PDF Oxu

Araşdırma

  • 1 248

"Reuters": Ermənistan İrana Qərbin sansksiyalarından yayınmağa kömək edir

"Reuters": Ermənistan İrana Qərbin sansksiyalarından yayınmağa kömək edir

"Reuters" agentliyi bildirir ki, Qərb ölkələrinin İran banklarına sanksiyalar tətbiq etdiyi bir vaxtda Tehran öz bank şəbəkəsini Ermənistan vasitəsi ilə genişləndirməyə çalışır.İran öz valyutasını Ermənistanda daha geniş yaymaqla maliyyə sanksiyalarından yaxa qurtarmağa çalışır. Tehrana bu prosesdə əlavə imkanı Ermənistanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək niyyətində olması yaradır. ABŞ və Avropa İttifaqı İranın 10-dan çox bank və şirkətinin fəaliyyətini məhdudlaşdırıb. Ermənistan rəsmiləri isə İranla qanunsuz bank əlaqələrini inkar edir.BMT-nin ekspertləri İranın sanksiyalardan qaçmağa cəhd etdiyi haqqında məruzə haızrlayıblar.

Onlar məruzədə İrana yardım edən dövlət kimi Ermənistanın adının keçdiyini bildiriblər.İran prezidenti M.Əhmədinejadın sözlərinə görə, ölkənin Ermənistanla ticarət dövriyyəsi 1 milyard dollar təşkil edir. Hazırda İrandan Ermənistana neft boru xətti çəkilir. Bu iş müəyyən bank əməliyyatları aparmağı tələb edir. Yəni Ermənistanın İranla qanunsuz bank əlaqələrində olduğunu inkar etməsi əsassızdır.Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin 2012-ci ildə hazırladığı məruzədə göstərilir ki, İran qanunsuz bank əməliyyatı həyata keçirməkdə Ermənistanı əsas tərəfdaş kimi nəzərdə tutur. Türkiyə və BƏƏ-yə olan təzyiqlərin artması ilə İran iqtisadçıları əsas hədəf olaraq Ermənistanı seçiblər.İran Ermənistanın əsasən "ACBA Credit Agricole" bankı vasitəsi ilə əməliyyatlar aparır. 2011-ci ildə bu bank vasitəsi ilə 574 milyon ABŞ dolları dəyərində əməliyyat həyata keçirilib. Ermənistan bankları İttifaqının rəhbəri Aşot Osipyan isə "ACBA"-nın İranla əlaqələrini etiraf etmir. Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin məruzəsi isə bunun əksini göstərir.ABŞ İranın Ermənistanda dövlət vəzifəsində olan ermənilərdən sanksiyadan yayınmaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır. Dövlət katibi Hillari Klinton bu ilin iyununda İrəvanda olarkən həmin məsələni S.Sarqsyanla müzakirə edib. Klinton müzakirəni belə qiymətləndirib: "Müzakirənin dəqiq məzmunu və nəticəsi qeyri-müəyyən idi".İranın "Mellat" bankının Ermənistanda filialı var. Ermənistan Mərkəzi bankından bildiriblər ki, filialın fəaliyyəti məhdudlaşdırılıb. Ancaq nədənsə "Reuters" agentliyinin suallarını filialın rəhbərliyi cavablandırmayıb. Bank əlavə heç bir şərh də verməyib.

Newtimes.az

Digər xəbərlər