PDF Oxu

Araşdırma

  • 1 164

KTMT təlimləri Rusiyanın Ermənistana hərbi yardımını pərdələmək üçündür

KTMT təlimləri Rusiyanın Ermənistana hərbi yardımını pərdələmək üçündür

Məlum olduğu kimi, bu günlərdə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyə başlayıb. Azərbaycan tərəfindən aydın şəkildə müşahidə olunan məşğələ-manevr xarakterli təlimlərdə ağır artilleriya, zirehli texnika və motoatıcı silahlardan istifadə olunur. Artıq Azərbaycan tərəfindən məsələyə münasibət bildirilib və bunun Ermənistanın aqressiv siyasətinin nəticəsi olduğu göstərilib.

Qeyd edim ki, bu cür təlimlər tez-tez keçirilir. Lakin bu təlimdən sonra daha böyük - KTMT təlimlərinin başlamasının planlaşdırılması məsələyə diqqəti cəlb edir. Yəni bir növ bu təlimlər KTMT təlimlərinə bir başlanğıc kimi qiymətləndirilə bilər. Sentyabr ayının 5-dən 8-dək keçiriləcək təlimlərdə irimiqyaslı əməliyyatların keçirilməsi gözlənlir ki, burada da Rusiyanın xüsusilə iştirakı vurğulanır. Hətta keçiriləcək təlimlərin Rusiyanın Ermənistana hərbi yardımının göstəricisi olacağını iddia edənlər də var. Görünür, Ermənistana himayədarlıq edən, onun ərazisində öz hərbi bazasını yerləşdirən Rusiya KTMT çərçivəsində bu yardımını daha da genişləndirməyə və işğalçı rejimin apardığı siyasətə dəstək verməyə çalışır. Təbii ki, bunlar təşkilat çərçivəsində keçirilən tədbirlərdir. Lakin bu tədbirlərin Azərbaycanın işğal olunmuş ərazilərinə müdaxiləsi bu gün bizim diqqət mərkəzində saxladığımız əsas məsələdir.

İşğalçı ölkənin növbəti beynəlxalq hərbi təlimləri işğal altındakı torpaqlarda keçirməsi, təbii ki, Azərbaycan tərəfindən xüsusi narazılıqla qarşılana və rəsmi şəkildə etirazın verilməsinə səbəb ola bilər ki, bunun da dolayı yolla Rusiyaya da aidiyyatı olacaq. Çünki bu gün KTMT məhz Rusiyanın nüfuzu əsasında fəaliyyət göstərən və onun ətrafına topladığı ölkələrin hərbi əməkdaşlıq təşkilatıdır. KTMT-yə daxi olan ölkələr bu gün bəyan edirlər ki, onlardan hər hansı birinin ərazisinə təcavüz olarsa digərləri ona yardım edəcəklər. Təbii ki, bu qərarın Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə aidiyyatı olması da maraqlı məsələlərdəndir. Bir müddət bundan öncə isə KTMT-nin baş katibi N.Bordyuja məsələ ilə bağlı mövqeyini açıqlayarkən bununla bağlı açıq fikir söyləməmiş Dağlıq Qarabağla bağlı siyasətlərinin hələ də müəyyən olunmadığını bildirmişdi. Təbii ki, bu gün Rusiyanın rəhbərlik etdiyi bir təşkilatın Azərbaycana qarşı çıxması və açıq şəkildə bunu bəyan etməsi Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri baxımından təhlükəlidir. Yəni Rusiya birbaşa olaraq Azərbaycana qarşı çıxdığını deyə bilmir. Bununla o, istər ikitərəfli münasibətlərdə, istərsə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinə etibarsızlığın yaranmasına səbəb ola bilər. Bu isə Rusiyanın apardığı siyasətə ziddir. Onun Azərbaycanda olan maraqları Ermənistana dəstəyini nümayiş etdirməyə imkan vermir.

Lakin bunula bərabər Rusiya Ermənistanı himayə etməkdə davam edir və və hərbi-siyasi dəstəyini nümayiş etdirir. KTMT isə bunu gerçəkləşdirmək üçün ən yaxşı metoddur. Təşkilatdaxili məsələ kimi hərbi yardımı pərdələmək düşünülmüş bir addımdır. Ermənistanın hərbi təlimlərin keçirilməsi üçün məkan kimi seçilməsi də təsadüfi deyil.

MURAD

Digər xəbərlər