"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən
(Əvvəli ötən sayımızda)
Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərlərinin müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi.
Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.
Ali Məclis Rəyasət Heyətinin təşkilatda məqsədyönlü problem yaradan qərarları - 16 yanvar 1996-cı il qərarından
AXCP Ali Məclisinin tərkibində boş olan yerlərə seçkilərdə iştirak etmək üçün aşağıdakı AXCP üzvlərinin AXCP sədri ilə razılaşdırılmış namizədlikləri Ali Məclisin növbəti sessiyasına təqdim edildi. Əli Əmirhüseyn oğlu Kərimov, Mirmahmud Mirəli oğlu Fəttayev, Asim Nazim oğlu Mollazadə, Arif Fəxrəddin oğlu Paşayev, Kamil Nəriman oğlu Vəliyev. Bu şəxslər Ə.Kərimov başda olmaqla, AXCP daxilində problemlər yaratmaqla və yaradılmış problemləri özləri tərəfindən həll edərək, "Yurd" şefinə partiyadaxili nüfuz qazandırmaqla təlimantlandırılmışdılar.
30 yanvar 1996-cı il qərarı - Gəncə "cəbhəçiləri"nin ələ alınması
AXCP Ali Məclisinin Rəyasət Heyəti AXCP Gəncə şəhər şöbəsində yaranmış vəziyyəti müzakirə edərək AXCP Ali Məclisinin 1996-cı il 27 yanvar tarixli sessiyasının qərarına uyğun olaraq qərara alınmışdı ki, AXCP Gəncə şəhər şöbəsinin seçkili orqanların və vəzifəli şəxslərin səlahiyyətlərinə xitam verilsin.
Bu məqsədlə AXCP Gəncə şəhər şöbəsinin konfransının keçirilməsini təmin etmək üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradıldı ki, onların hər biri "Yurd" daxilindən çıxan şəxslər olub: Şamil Quliyev (sədr), Yunis Nuriyev, Rüşdü Məmmədov, Tahir Həsənli, Salman İmanlı.
1997-ci il qərarları - partiyadan xaric edilənlərin hər biri Əbülfəz Elçibəyə yaxınlıqları ilə seçilənlər idi
AXCP NTK-nın sədri Şamil Quliyevin NTK üzvlüyündən çıxarılması haqqında
AXCP Gənclər Komitəsinin sədri Oqtay Güləliyevin AXCP sıralarından xaric edilməsi haqqında
Natiq Ələsgərovun partiya sıralarından xaric edilməsi haqqında
Filologiya elmləri namizədi Yaşar Məmmədlinin AXCP sıralarından xaric edilməsi haqqında
08 noyabr 1999- cu il qərarı- bölgələrdə "cəbhəçiləri"nin Ə.Kərimovun təlimatları əsasında susdurulması
AXCP Naxçıvan şəhər şöbəsindəki vəziyyət haqqında 22 noyabr 1999- cu il qərarı:
Mətbuatda partiyadaxili proseslər və münasibətlər barəsində diskusiyaların dayandırılması haqqında
27 dekabr 1999- cu il qərarı:
Xətai rayon şöbəsində yaranmış vəziyyət haqqında
31 yanvar 2000-ci il qərarı:
AXCP Daşkəsən rayon təşkilat komitəsinin yaradılması haqqında AXCP Samux rayon təşkilat komitəsinin yaradılması haqqında 8 fevral 2000-ci il qərarı:
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fazil Qəzənfəroğluna tənbeh tədbiri kimi xəbərdarlıq edilməsi haqqında
14 fevral 2000-ci il qərarı:
AXCP Xətai rayon şöbəsi Məclisinin sədri Azər Quliyevin AXCP üzvlüyündən xaric edilməsi haqqında.
14 fevral 2000-ci il qərarı:
Bəzi AXCP üzvlərinin partiya nizamnaməsinə zidd hərəkətləri haqqında
AXCP AM RH bəzi AXCP üzvlərinin partiya nizamnaməsinə zidd hərəkətləri haqqında məsələyə baxaraq, qeyd edir ki, RH-nın 31.01.2000-ci il tarixli iclasında Daşkəsən və Samux rayonlarında AXCP rayon şöbələrinin təşkil edilməsi üçün Təşkilat Komitələrinin yaradılması məsələsi müzakirə olunarkən AXCP Gəncə şəhər şöbəsi "Qızılhacılı" dayaq dəstəsinin üzvü M.Əlizadə özünü başqa şəxs kimi təqdim edərək, partiya rəhbərliyini (burada Ə.Kərimov nəzərdə tutulur) aldatmağa cəhd göstərmiş, iclasda iştirak edən Gəncə şəhər şöbəsinin sədri S.İmanlı isə bu barədə düzgün məlumat verməmişdir. AXCP Təşkilat Şöbəsinin müdir əvəzi B.Əbilov həmin məsələ barədə Rəyasət Heyətinə hazırladığı yazılı məlumatda əsassız olaraq Ali Məclisin katibi Ə.Nuriyevi də saxtyakarlıqda, "saxta sənədlər və saxta adamlar" təşkil etməkdə ittiham etmişdir.
Rəyasət Heyəti AXCP üzvləri M.Əlizadə, S.İmanlı və B.Əbilov tərəfmdən ayrı-ayrılıqda partiya nizamnaməsinin III.8. bəndinin tələblərinin pozulduğunu nəzərə alaraq və AXCP nizamnaməsinin III.9., III.10. VI.9.12. bəndlərini rəhbər tutaraq qərara alır:
1. AXCP Gəncə şəhər şöbəsi "Qızılhacılı" dayaq dəstəsinin üzvü Miraləm Əlizadə AXCP sıralarından xaric edilsin.
2. AXCP Gəncə şəhər şöbəsinin üzvü Salman İmanlıya xəbərdarlıq edilsin.
3. AXCP Təşkilat Şöbəsinin müdir əvəzi Bəybala Əbilova xəbərdarlıq edilsin.
AXCP Ali Məclisinin nizamnamə pozuntusu və məqsədyönlü olaraq təşkilat daxilində problem yaratmaqla qəbul etdiyi qərarları (Elçibəy trəfdarlarının sıxışdırılması üçün nəzərdə tutulub)
AXCP NTK-nın Rəyasət Heyəti tərəfindən qəbul edilməyən rəyləri və təklifləri Ali Məclis Rəyasət Heyətinin təşkilatda məqsədyönlü problem yaradan qərarları AXCP sədr müavini Ə.Kərimovun sərəncamları və imzaladığı bəzi sənədlər
"AXCP Ali Məclisinin iclaslarında dəfələrlə üzürsüz səbəbdən iştirak etmədiklərinə görə "Rauf Qarayev, Kamil Vəliyev, Aida Babayeva, Aydın Abbasov, Firidun Səməndərov, Saleh Məmmədovun AXC Ali Məclis üzvlüyündən xaric edilmələri haqqında " AXCP Ali Məclisinin qərarı.
AXCP AM RH-nin "Yurd" qruplaşmasının əlinə keçməsi Elçibəy tərəfdarlarını çıxdaş etməkdə, sıradan çıxarmaqda idi. Çıxdaş edilən "cəbhəçilər" isə Ə.Kərimovun dağıdıcılıq fəaliyyətinin qarşısını ala bilmirdilər. Bir sözlə, hər şey "Yurd"un planlarına uyğun şəkildə gedirdi. Ancaq Ə.Kərimovun daha bir neçə planı mövcud idi...
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU