PDF Oxu

Araşdırma

  • 2 157

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərləri müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi. Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.

(Əvvəli ötən saylarımızda)

"Onaltılar"

Həmin dövrlərdə baş verən hadisələrdən doğan maraqlı cəhətlərdən biri də odur ki, "yurdçu"lar tərəfindən mətbuata ötürülən "15 sentyabr müraciəti"nə qarşı məhz "Yurd"un təsiri altında olan qəzetlərdə geniş kampaniya başladı. Baş verən hadisələrin mahiyyətindən diqqəti yayındırmaq, "15 sentyabr müraciəti"nin əhəmiyyətini azaltmaq məqsədi ilə onu imzalayan AXCP-nin 11 rayon şöbəsi rəhbərliyini "Onaltılar" kimi təqdim olunması və bu məsələ ilə bağlı heç bir mətbuat orqanının müraciət imzalayanların mövqeyini işıqlandırmaması məsələnin çox ciddi olmasından xəbər verirdi. Buna baxmayaraq, həmin müraciət təşkilat daxilində ciddi əks-səda verməklə yanaşı, ajiotajlar yaratdı. 1997-ci ilin 15 sentyabr müraciətini imzalayan AXCP-nin 11 rayon şöbə rəhbərləri, yəni "onaltılar" adlandırılanlar bunlar olub - İzmir şöbəsinin sədri, Ali Məclis üzvü, Qaradağ şöbəsinin sədri- Ali Məclis üzvü, Nərimanov şöbəsinin sədri- Ali Məclis üzvü, Abşeron şöbəsinin sədri-Ali Məclis üzvü, Sumqayıt şöbəsinin sədri-Məclis sədri, Xətai şöbəsinin şöbə sədri, Səbayil şöbəsinin şöbə sədri, Sabunçu şöbəsi, Məclis sədri, "ELM" şöbəsi,Ali Məclis üzvü, Fizuli şöbəsi, şöbə sədri, Laçın şöbəsi, şöbə sədri.

Sentyabr müraciətini müdafiə edən şöbələr isə bunlar oub - İzmir, Səbayil, Nərimanov, Xətai, Abşeron, Sumqayıt, Qaradağ, Füzuli, Maştağa, Ağsu, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Cəlilabad, Lənkəran, Astara, Tovuz, Ağstafa, Qazax, Salyan, İsmayıllı,Zaqatala, Bərdə.

AXCP Rəyasət Heyəti Ali Məclisinin sessiyasını çağırması və 11 rayon şöbə rəhbərlərinin "fərdi məsuliyyəti"nin qoyulması haqda qərarı vəziyyəti daha da mürəkkəbləşdirdi

Ali Məclisin gərginliklə keçən 21 sentyabr iclasında "cəbhəçilərin" Elçibəyin Bakıya dönüşünə əngələ çevrilən, partiyanın idarəçiliyində acınacaqlı vəziyyət yaradan, ölkədə baş verənlərə seyrçi mövqe tutan Rəyasət Heyətinin buraxılması ilə əlaqədar təkliflərə "yurd"çular Dağıstan sərhədlərində olmayan "gərginliklə", "ciddi addımların Rusiyanın xoşuna gəlməməsi kimi" "maraqlı arqumentlərlə" cavablandırırdılar. Məhz həmin hadisələrdən sonra etiraz əlaməti olaraq Ali Məclisin 23 üzvü iclası nümayişkəranə şəkildə tərk etdi. "Yurd" Əli Kərimovun stalinizm ənənəsinə sadiq qalaraq yetərsaysız Məclisdə "qərarlar" qəbul etdi və Elçibəyin uzaqlaşdırılması üçün daha bir addım atıldı.

Qeyd: "Azadlıq" qəzetinin Ali Məclisin 21 sentyabr iclasına həsr edilmiş məqaləsində Elçibəyin Bakıya qayıtması ilə bağlı hər hansı təklifi "Yurd"un necə narahatlıqla qarşıladığı aydın ifadə olunur:

"...AXCP-nin İdarə Heyətindəki intellektualların, professor Cəmil Həsənlinin, Nəriman Qasımovun, eləcə də, Əli Kərimovun Rusiya-Azərbaycan qarşıdurmasının güclənməsi, Dağıstan sınırlarında yağı güclərin yaratdığı gərginlik, təşkilatın radikallaşmasının zərəri ilə bağlı çıxışları, çağırışları eşidilmir, onlar bir-birinin ardınca çıxış edərək, Elçibəyin Bakıya qaytarılması üçün AXCP-nin ardıcıl radikal addımlar atılmasını istəyirdilər." ("AXCP axır "ÇP" sınağında", 23.09.97)

1998-2000-ci illərdə "Yurd"un törətdiyi növbəti qarşıdurmalar

Əli Kərimovun planlarına əsasən, AXC-nin hüquqi bazasında yaradılmış problemləri inkişaf etdirərək təşkilat işlərinə ciddi zərbə vuruldu, Ali Məclisin 1/3 tərkibi, Ali Məclisin Rəyasət Heyəti "Yurd"laşdırıldı. Həmçinin, Mirmahmud Fəttayevin sədr Elçibəyi Bakıya gətirməsindən sonra müavinlərin RH-nin üzvü olmaqla sədrdən üstün səlahiyyətləri davam etdirilmişdir. Nəticədə, RH-nin AXC-dəki dağıdıcılıq fəaliyyəti daha da kəskinləşmiş, RH-nin rəhbərliyi ilə Elçibəyə və AXCP-yə qarşı təbliğat aparan qəzetlər və muzdlu yazarlar dəstəsi fəaliyyət göstərmiş, təşkilatın ali qərarverici orqanlarında və onların vasitəsiylə yaradılan problemlər yaradılmışdır.

"Yurd" - Əli Kərimov və Ali Məclis üçlüyünün yaratdığı problemlər

Artıq AXC rıçqalarına yiyələnmiş Əli Kərimov AXC-AXCP-nin normativ sənədlərində yeni, özünəməxsus problemlər yaratmaqla daha bir xəyanətkarlıq ilkininə imza atmışdır. Belə ki, o, AM-in 1/3 tərkibini və RH-ni qurultaydan əvvəl formalaşdırmaqla, iclaslaçının bir qayda olaraq yetərsaysız olmasıyla (qeydiyyat qaydasının dəyişdirilməsi), gündəlikdə olan məsələlərin bir çox hallarda yarımçıq qalmasıyla, rayon (şəhər) şöbələrinin hüquqlarını pozmaqla funksiyasını yeredürdü. Hətta Elçibəyin etirazları Ə.Kərimovun funksiyasının qarşısını almaq gücünü itirmişdi.

1.AM-in bütün fəaliyyətini öz nəzarətinə almış və səlahiyyətlərini mənimsəmiş;

2. Sədr aparatının formalaşmasına və normal fəaliyyətinə imkan verməmiş;

3.Təşkilat şöbəsinin işini öz üzərinə götürmək ənənəsini bir azdan AM-ə daşımış;

4.NTK-nın rəy və tövsiyələrini nəzərə almamış;

5. AM orqanı RH-nə AM-in sədri deyil partiya sədrinin I müavini rəhbərlik etmiş;

6.Partiya sədrinin I müavini sədrin və AM sədrinin səlahiyyətlərini mənimsəmiş;

7.Siyasi funksiyaları deyil, qrup üzvü olmayan cəbhəçilərə və AXC məramına sadiq şöbələrə qarşı cəza tədbirləri ilə məşğul olmuş;

8.Partiya həyatını iflic vəziyyətə salmışdır;

9.Partiya sədri ilə AM arasında ziddiyyət yaratmış;

10.Özünün fəaliyyəti üçün partiya Nizamnaməsinə zidd reqlament tərtib etmişdir.

Sədr aparatı -formal qurum

Rəyasət Heyətinə rəhbərlik edən Əli Kərimovun Sədr Aparatına da rəhbərlik etməsi onun formalaşmasına və normal fəaliyyət göstərməsinə imkan verməyərək, onu formal quruma çevirmişdir. Sədr Aparatında: işə götürmə, sənədləşmə, informasiya, analitik təhlil, ezamiyyət, ezamiyyət xərcləri, əmək haqqı və bu kimi bütün məsələlərin həllinə ikili standartlarla yanaşılmış (yurdçuların xeyirinə), AXCP üzvlərinə münasibətdə ayrıseçkilik hökm sürmüş, aparatın bütün imkanları AXC-AXCP-nin parçalanaraq zəifləməsinə, AXC-AXCP bazasında "Yurd"un təşkilatlanmasına, "Yurd"yönümlü qurumların yaradılmasına, seçki və digər bu kimi məsələlərdə "Yurd"un maraqları çərçivəsində AXC-AXCP-dən sui-istifadəyə yönəldilmişdir.

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər