PDF Oxu

Araşdırma

  • 1 359

Engelbert Humperdinck və Loreendən sonra Cennifer Lopez...

İsa Qəmbərlə Əli Kərimlinin yenidən arzuları ürəklərində qaldı, siyasi bəyanat olmadı

Engelbert Humperdinck və Loreendən sonra Cennifer Lopez...

SİA ötən gün maraqlı bir məlumat əldə edib. "Eurivision-2012" mahnı müsabiqəsində olduğu kimi, müxalifət bu dəfə də Cennifer Lopezin Bakıda olmasından istifadə edib xanım müğənnini siyasi məqsədləri üçün istifadə etməyə çalışıb. Belə ki, Müsavat Gənclər Təşkilatının növbədənkənar yığıncağında təşkilatın sədr müavini Nigar Yaqublunun həbsi ilə bağlı dünyanın məşhur müğənnisinə müraciət ünvanlanıb. Lakin müraciətlə bağlı rəsmi açıqlama verən Cennifer Lopez bildirib ki, siyasətə heç vaxt qarışmayıb. Ona adının siyasi partiyaların işində hallanmasında isə qəti şəkildə maraqlı deyil.Əlbəttə ki, radikal müxalifətin Cennifer Lopezə də müraciət etməsi və bəyanat dilənməsi də səbəbsiz deyildir. Yəni, Azərbaycan cəmiyyəti dağıdıcıların bu hərəkətlərinin əyani təzahürünü "Eurovision-2012" ərəfəsində gördü...

"Eurovision-2012"dəki rusvayçılıq təkrar oldu

Bildiyimiz kimi, radikal düşərgənin antimilli siyasəti "Eurovision" dövründə daha parlaq" şəkildə təzahür etməsinin altında müəyyən məqsədlər yatırdı. Keçirilmiş icazəsiz aksiyalar cəhdi zamanı bəzi KİV-lərdə yayımlanan videomateriallarda da görünürdü ki, düşərgənin məqsədi heç də bəyan etdiyi kimi, demokratiya və ya başqa bir şey deyil. Azərbaycanda demokratiya tam bərqərar olub və ölkəmiz məhz bu ənənələrlə inkişaf edir. Aksiyaya çıxanların xaricilərə zorla başa salmağa çalışdığı yalanlar onların məqsədlərini açığa çıxarır. Çünki gələn turistlər və qonaqlar ölkəmizdə yaradılan şəraitə, insanların sosial rifahının yüksək olmasını, o cümlədən, abadlıq-quruculuq işlərini öz gözləri ilə görürlər. Digər tərəfdən, xarici KİV nümayəndələri bütün məsələlərlə maraqlanırlar və onlar Azərbaycanın necə yüksək inkişaf səviyyəsinə malik olduğunu əyani şəkildə müşahidə etmiş olurlar. Belə olan halda, istər radikal müxalifətin, istərsə də illərdir bəzi anti-Azərbaycan dairələrin apardıqları yalan təbliğatın iç üzü açılır.

Cennifer Lopezdən əvvəl Engelbert Humperdinck və Loreen radikalları məyus etmişdi

Radikal müxalifətin "Eurovision-2012" musiqi yarışmasını siyasiləşdirmək üçün mayın 22-də Bakıdakı "Villa Petroleum"da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Erikssonun bu ölkəni "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) görüşündən istifadəyə cəhd etmişdi. Həmin görüşdə səfir Lorindən "Eurovision" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş etmişdi. Səfirlə müğənninin görüşündə "İctimai Palata"nın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak etmişdilər. Səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi" olmuşdu. Sonradan isə radikal düşərgə təmsilçiləri bu faktı danaraq, guya onların yanında belə söhbətin olmadığını iddia etmişdilər.

Qeyd etmək yerinə düşər ki, hələ "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin, radikal müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək, müğənniləri siyasi bəyanatlarla çıxış etməyə çağırmışdılar. Hətta İsa Qəmbər öz çıxışlarında bəzi avropalı dostlarının "Eurovision-2012" musiqi yarışmasını boykot çağırışlarını da dəstəkləmişdi. Sonradan onlar bu cəhdlərini dansalar da, görünən budur ki, radikal düşərgə öz antimilli siyasətinə son vermək istəmir. Bu kimi faktlar İsa Qəmbər və Əli Kərimlinin xalqın, dövlətin maraqlarına qarşı mövqe tutmaqda davam etdiyini göstərir. Onların apardıqları bu çirkin oyunlar isə elə ümid bəslədikləri xarici müğənnilər tərəfindən rədd edilir. Bununla yanaşı, Britaniyalı mügənni Engelbert Humperdinckdən belə bir xahiş edilmişdi. Lakin mügənni siyasi bəyənat verməkdən boyun qaçırmışdı.

Məsələ ilə bağlı, o zaman KİV-ə açıqlamasında Azərbaycan Prezidenti Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bunu "müsabiqəni siyasiləşdirmək cəhdi" adlandırmışdı. Ə.Həsənov bildirmişdi ki, istər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun, musiqi yarışmasını siyasiləşdirmək olmaz: "Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışmaçısı arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək".

PA rəsmisinin sözlərinə görə, görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən, bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə "Eurovision" yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik edilməsi bəlli məqsədlərlə edilə bilər və bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik.

Cennifer Lopezdən bəyanat diləyən müxalifət...

Anti-"Eurovision" kampaniyası aparan və bu yolda hər kəslə işbirliyinə gedən, hətta erməni ilə ittifaqa girənlər, ölkədə icazəli-icazəsiz mitinqlər təşkil etməyə cəhd göstərənlər, özlərini dağa-daşa salanlar, heç nəyin onların işinə yaramadığını görüblər. Keçirdikləri icazəli mitinqlərə 100-200 adam çıxara bilməyən və nəticədə xarici ağalarının qarşısında biabır olan radikal düşərgə daha sonra icazəsiz aksiyalara əl atıb. Burada da gülünc günə qalandan sonra, antiazərbaycançı dairələrə yalvarıb Azərbaycana gələn müğənnilərlə görüş istəyiblər...

Bu dəfə də işə Cennifer Lopezi qatmağa çalışan İsa Qəmbər və Əli Kərimli yenidən məyusluğa düçar olub. Artıq əlləri hər yandan üzülən, Bakıda reallaşan yarışmaya hər hansı bir təxribatla kölgə sala bilmədiyini görən radikal düşərgənin bu cür gülünc variantlara əl atması seldə saman çöpündən yapışmağa bənzəyir.

İsa Qəmbərlə Əli Kərimli ciddi siyasətçi deyil...

Əslində, radikal müxalifətin bu addımı, düşərgə təmsilçilərinin Engelbert Humperdinck və Loreendən sonra Cennifer Lopezin dizlərinə qapanıb imdad diləməsi onların hansı duruma, hansı vəziyyətə düşdüyünün göstəricisidir. Özünü ciddi siyasətçi adlandıran, hətta belə demək mümkündürsə, hakimiyyətə iddia edən birisinin xarici ölkədən olan bir gəncdən imdad diləməsi, oturub onunla siyasi problem müzakirə etməsinin özü radikalların "ciddilliyinin" dərəcəsinin göstəricisidir. Artıq Azərbaycan xalqında Qərbə, Şərqə, dünyanın hansı məkanına, təşkilatına gəldi donoslar yazan, hədyanlar söyləyən, yalanlar danışan radikal düşərgə elə bir vəziyyətə düşüb ki, özünə müsahib kimi bu gənc müğənnini tapıb. Musiqiçi bir gəncə öz siyasi yalanlarını təbliğ etmək istəyirlər. Görəsən, budurmu Əli Kərimli ilə İsa Qəmbərin apardığı ciddi siyasət? Əslində, həm Əli Kərimli, həm də İsa Qəmbər yenə də dövlətini, xalqını harada gəldi biabır etməyə, harada, kiminlə gəldi müzakirə etməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu gün dünyaya səs salan, dünyanın aparıcı beynəlxalq təşkilatlarına rəhbərlik edən dövlətimiz və xalqımız üçün bu, təhqirdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər