PDF Oxu

Araşdırma

  • 1 234

İşğalçı Ermənistandan növbəti terror təhdidi

ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb

İşğalçı Ermənistandan növbəti terror təhdidi

VI yazı

Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynayır. Ölkəmiz dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsində, bəşəriyyətin əmin-amanlığı, tərəqqisi naminə qlobal əməkdaşlığın möhkəmləndirilməsində fəal şəkildə iştirak edir. Kosovoda, Əfqanıstanda, İraqda sülhyaratma, antiterror əməliyyatlarında, müvafiq ölkələrə humanitar yardımın həyata keçirilməsində Azərbaycanın rolu kifayət qədər mütərəqqi, əvəzsizdir. Bütün bunların müqabilində ölkəmizin xoşməramlı addımlarına, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ciddi səylərinə baxmayaraq, ölkəmizə münasibətdə ikili standartlarla yanaşma nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır, torpaqlarımızın 20 faizinin işğalı davam edir. Bu səbəbdən 1 milyondan çox qaçqın və məcburi köçgün öz yurd-yuvasına qayıda bilmir.

Cəzasız qalan işğalçı, terrorçu Ermənistan

Laqeydlik və ikili standartlar ASALA-nı növbəti cinayətlərə şirnikləndirir

Erməni terrorçuları ötən əsrin əvvəllərində Osmanlı və Azərbaycan türklərinə qarşı törətdikləri qətliamları, əsrin sonlarında da davam etdiriblər. Dünyanın bu məsələyə seyrçi qalması, laqeyd yanaşması, BMT-nin Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnaməsinin 19 il ərzində yerinə yetirilməməsi, işğalçı Ermənistanın, erməni terrorçularının cəzasız qalması onları yenidən azğınlaşdırır, ASALA-nın timsalında azərbaycanlı diplomatların, iş adamlarının ünvanına terror, ölüm təhdidi ilə hədələyici məktublar göndərməyə cəsarətləndirir.

Terror halları harada, necə baş verməsindən asılı olmayaraq, Azərbaycanda qətiyyətlə pislənilir, irqi ayrı-seçkilik, etnik və dini zəmində düşmənçilik bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət kimi dəyərləndirilir. Dövlətimiz Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirir, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparır. Bu baxımdan, erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərində Azərbaycanın, Türkiyənin, İranın, qismən İraqın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri kütləvi qətliamlar soyqırıma görə, Osmanlı dövlətinin deyil, məhz ermənilərin və o zaman onları himayə edən Qərb dövlətlərinin məsuliyyət daşıdığını təkzibolunmaz faktlarla sübuta yetirir.

Puça çıxan ümidlər...

Və ya arxivə gömülən "böyük Ermənistan" xülyası

İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/III-1920) onun erməni məsələsinə marağını tamamilə soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) "Ermənistanın taleyi məsələsi" lazım olmadığı üçün Qərbi Avropa - Şimali Amerika dövlətlərinə verildi..."

Beləliklə iki "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "Böyük Ermənistan"la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kortəbii şəkildə sovet hakimiyyətinə can atırdılar. Azərbaycanda Rusiyanın müdaxiləsi ilə sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.

Ermənilərin Kars və İrəvan ətrafında törətdiyi qətliamlar

Gerçək soyqırımın üzərindən niyə sükutla keçilir?

Buna görə, daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyil edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda, daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda, ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: "beləliklə özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub Oltuya və Kaqızmana hücuma keçdilər...

Lozanna konfransında da ermənilərdən alət kimi istifadə olunub

1920-ci ilin dekabrında Ermənistanda sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhədi indiki xətlər şəklində müəyyənləşdirildi. Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər - "erməni ocağı" yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü...

Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü il yanvarın 27-də Çiçerin Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin göstərdi ki, sovet nümayəndə heyəti "erməni məsələsi"nin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə, həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin, Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər...

Ermənilərin soyqırımı iddiası uydurmadır

Bu, türklərə qarşı siyasi möhtəkirlik alətinə çevrilib

Ermənilərin yalanları artıq beynəlxalq səviyyədə tutarlı şəkildə, mötəbər tarixi faktlara, mənbələrə istinad edilməklə ifşa edilir, "erməni soyqırımı" iddiasının uydurma olduğu, beynəlxalq səviyyədə türklərə qarşı siyasi möhtəkirlik alətinə çevrildiyi əsaslı şəkildə sübuta yetirilir. Burada Türk-Azərbaycan diasporasının fəallaşması, dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq istiqamətində hərəkətə keçməsi də öz müsbət rolunu oynayır. 1985-ci ildə ABŞ-da Türk-Amerika Assosiyasiyası Assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabında bu və məqamlara ciddi mənbələrə istinad edilməklə, tutarlı dəlillərlə aydınlıq gətirilir.

Kitabda dərc edilmiş yeni, geniş ictimaiyyətə məlum olmayan faktlar "erməni məsələsi"nin saxta, qurama xaakterli olduğunu bilavasitə aşkara çıxarır. Burada sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə, erməni terrorizmi - onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu, beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından, ciddi məsələlərdən sayılır.

Bəlli olan odur ki, keçmişi terror üzərində cızılan, qurama sərhədlərə söykənən Ermənistan bu gün də irqçi, terrorçu düşüncəsindən uzaqlaşıb inkişaf etmək, sivil, mütərəqqi dəyərlərin daşıyıcısı olmaq istəmir. Bu mənada, günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər