İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis... HÜSEYN CAVİD
Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...
(Əvvəli ötən sayımızda)
"Yurd" qruplaşmasının seçki proseslərindəki fırıldaqları
"Yurd" şefi Əli Kərimov lideri Əbülfəz Elçibəyə qarşı addımları çərçivəsində bir sıra mövqelərini möhkəmləndirdikdən sonra, ölkə seçkilərində özünə dividend axtarışlarına çıxmağa başladı. Bu baxımdan, 1998-ci il bələdiyyə seçkilərində "Yurd"un AXCP-nin, eləcə də, Elçibəyin mənafeyi əleyhinə getdiyi sövdələşmələrlə bağlı çoxlu faktlar var. Bu faktlar AXCP-nin müxtəlif orqanlarında çox ciddi müzakirələrə səbəb olmuş, bir hissəsi mətbuat səhifələrinə çıxmışdır. Həmin nümunələrə də nəzər salarkən, aydın olur ki, "Yurd" şefi özünə yaxın əksər dairələrlə əlaqəyə girərək, bir sıra sövdələşmələrə gedib. Sövdələşmələrdə əsas məqsədinin siyasi dividendini artıqmaq olduğunu gizlətməyən Ə.Kərimov onu da açıqca etiraf edib ki, artıq AXCP-də Elçibəy erası sona çatıb. "Şərq" qəzetinin 30 yanvar 2000-ci il tarixində eks "Yurd"çu Mahir Səmədovun dediklərinə nəzər salaq: "...Mən dəhşətə gəlirəm ki, bu cavanlarda, həyat onları cəzalandırmayıb, onlarda insanlara qarşı yaranmış nifrət haradandır?"
Onu da xatırladaq ki, "Yurd" şefi bələdiyyə seçkilərinin "müşahidə"sindən təyinatı üzrə xərclənməyən qrant qazanclarını da mənimsəyib. Sonradan Ə.Kərimovun həmin fırıldaqlarının da üstü açılıb.
"Yurd" şefi Əli Kərimov erməni lobbisindən kifayət qədər yararlanıb
"Yurd" şefi sonradan daha bir məqsədini reallaşdırmağa müvəffəq oldu. 2000-ci il parlament seçkilərində o, "Elçibəy-İsa Qəmbər" seçki blokunu parçaladıqdan sonra, AXCP-nin proporsional seçki siyahısını "təsdiqlətdirdi". Bununla da Elçibəyin imzasını şübhə altına salmaqla yanaşı, artıq özünün partiya sədri olmaq istiqamətində xəyanətlərini artırmağa başladı.
"İki Sahil" qəzeti özünün 17 oktyabr 2001-ci il sayında yazır: "Qrantlar bütün il boyu müntəzəm alınsa da, "Yurd"un ən gəlirli mövsümü seçkilərin keçirildiyi illərə təsadüf edir. Azərbaycanda isə seçki qrafiki belədir ki, burada prezident (1998), bələdiyyə (1999) və parlament seçkiləri bir-birini əvəzləyir. "Yurd"un başlıca qrant donorları sırasında "Avrasiya", "Soros" (Açıq Cəmiyyət İnstitutu) və Fridrix Nauman Fondunun adı çəkilir. Lakin digər mənbələr də yox deyil... O da az maraq doğurmur ki, "Yurd"un qrant donorları arasında erməni əsilli sponsorlar da var.
Bu barədə Azərbaycan mətbuatında müxtəlif yazılar dərc olunub. Həmin yazılarda "Yurd"un təkcə bir kanal - ADİF vasitəsilə aldığı qrantların toplam məbləğini 311 min ABŞ dolları olduğu vurğulanır. O da bidirilir ki, erməni sponsorların əsas söz sahibi olduğu "Avrasiya" Fondunun "Yurd"a ayırdığı müxtəlif qrantların həcmi yüz minlərlə dollarla ölçülür."
Ədalət Tahirzadənin Əli Kərimovun öz liderinin imzasını ekspertizaya göndərməsi cəhdindən sonra dediklərindən ("Reytinq" qəzeti, 6 sentyabr, 2000-ci il): "Onlar Elçibəyə qarşı böyük ədalətsizlik, tərbiyəsizlik ediblər"
"O, mənə bir nəfərlə bağlı giley elədi" "...Əbülfəz bəyin deputat siyahısındakı imzasının ekspertizaya göndərilməsi cəhdi mənim ürəyimi ağrıtdı. Elçibəy üçün bundan böyük təhqir ola bilməzdi... Hansı haqla, hansı hüquqla onları cəbhəçi adlandırmaq olar? Ona görə də mən Cəbhədən kənarda olsam da, onlarla barışmayacam. Onlar Elçibəyə qarşı böyük ədalətsizlik, tərbiyəsizlik ediblər.
RÖVŞƏN NURƏDDİNOĞLU