PDF Oxu

Araşdırma

  • 1 918

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis...

HÜSEYN CAVİD

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

(Əvvəli ötən sayımızda)

Əli Kərimov AXC-nin 150.000 ABŞ dollarından çox vəsaitini necə oğurlayıb?

Xatırladaq ki, lideri Əbülfəz Elçibəyə mənəvi zərbələr vurmaqla xəyanətlər törədən "Yurd" şefi Əli Kərimov bununla yanaşı, AXCP-dən oğruluqlar da edib. Daha dəqiq desək, partiyanın büdcəsindən şəxsi mənfəətlərinin təminatı istiqamətində talançılıq edərək, külli miqdarda pul vəsaiti mənimsəyib. Məhz bu səbəbdən, hələ 1998-ci ildə AXCP sədri Elçibəyin sərəncamı ilə "...təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün" komissiya yaradılıb. Həmin komissiya üzvlərinin arayışından da həmin faktorları daha səlist görmək mümkündür. Belə ki, AXCP sədri Elçibəy Bakıya dönəndən sonra "Yurd" birliyinin özbaşınalığının həddini müəyyənləşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətlə araşdırır və ola biləcək fəsadların qarşısını almağa çalışırdı. Təşkilatın maliyyə vəziyyətini yoxlamaq üçün 4 nəfərdən ibarət özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev var idi. Sözügedən komissiya konkret bir məbləğin (95.000 və daha artıq ABŞ dolları) qazanc gətirməsi və xərclənməsi ardıcıllığını izlədi və bu pulun üç nəfərə istifadəyə verildiyini, əldə edilən qazancın necə xərcləndiyini araşdırarkən məlum oldu ki, Seymur adlı bir şəxs, Əliyev familiyalı digər şəxs və həmin komissiyanın üzvü Z.Abdullayev bir müddət həmin qazancı doğrudan da təşkilatın xəzinəsinə təhvil vermiş və AXCP sədrinin I müavini İbrahim İbrahimlinin imzası ilə əmək haqqı ödəməyə və digər xərclərə sərf olunmuşdur. Bir neçə dəfə həmin puldan böyük məbləğdə "Azadlıq" qəzetinə borc verilmiş, sonralar bu borclar ya qaytarılmamış, ya da bağışlanmışdır. Müəyyən müddət sonra Z.Abdullayev özünün işlətdiyi pulun geri alındığını və xərcləndiyini bildirir. Seymur adlı şəxsdən nəinki qazanc gəlmir, pulun əsas hissəsi də geri qaytarılmır. Əliyev deyilən şəxsdən də qazanc gəlmir və pulun əsas hissəsi də geri qaytarılmır. Qeyri-rəsmi məlumata görə bu şəxslə məsələni o zaman "Yurd" qruplaşmasında təmsil olunan Asim Mollazadə həll etmişdir.

Komissiyanın əldə etdiyi sənədlər: arayışlar, izahatlar, qəbzlər, sərəncam surətləri və digər faktlar-dəlillər komissiyanın üzvü Z.Abdullayevdə qalmışdır.

Eyni zamanda, AXCP-nin Elçibəy qanadı bir çox hallarda mətbuatda hallandıraraq bildirmişdilər ki, məhz "Yurd", xüsusilə, Ə.Kərimov tərəfindən AXC-nin 150.000 ABŞ dollarından çox vəsaiti Türkiyəyə aparılaraq mənimsənilmişdir. Lakin bütün bu məsələlərlə bağlı "Yurd" yetkililəri məsələyə münasibət bildirməmiş, bundan yayınmışlar.

"Yeni Müsavat" 1998-ci ildə yazırdı...

Qeyd edək ki, Ə.Kərimovun əsas məqsədlərindən biri də təşkilatı maddi tərəfdən zəiflətməkdə ibarət olub. Eyni zamanda, rayon (şəhər) şöbələrinə problemlərlə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparatın "yurdçu" olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyə xərcləri verilməmişdir. Təşkilatın mətbuat orqanlarına müxtəlif mövqedən yanaşılmış: "Azadlıq" qəzetinə külli miqdarda yardım edilsə də, "Cümhuriyyət" qəzetinə, "Qurtuluş" jurnalına (həmin qəzetlər məhz Elçibəyin təbliğatı ilə məşğul idilər) köməklik göstərilmədiyindən fəaliyyət göstərə bilməmişlər.

Mətbuatda Əli Kərimov ona ünvanlanan "Bu imkanlar hardandır?" sualına adətən "Dostlarım kömək edir" (?-R.N.) məzmunlu cavab verirdi. "Yeni Müsavat" qəzeti 29 aprel 1998-ci ildə yazırdı: "...Müxalifətin vacib simalarından birini (Burada Ə.Kərimli nəzərdə tutulub -R.N.) xarici ölkənin birinin rezidenti ilə yaxalayıblar və bu zaman onun üzərindən böyük miqdarda pul tapılıb. Həmin pulu da ona rezident ötürübmüş. Həmin şəxs siyasi karyerasının məhv olmaması naminə kimlərləsə sazişə girib".

Əli Kərimov erməni lobbiçiləri ilə iş birliyində olmasını hələ o dövrlərdə təkzib etmirdi

Bir daha qeyd edək ki, xüsusi komissiyanın da araşdırdığı bu kimi məsələlər Azərbaycan mətbuatında kifayət qədər hallansa da, Ə.Kərimov tərəfindən heç bir ciddi cavab, yaxud da təkzib xarakterli çıxış verilməmişdi.

Onun təkzib etmədiyi məsələlərdən biri də "Yurd"un xaricdən aldığı qrantlar məsələsi olub. Qərbin yönləndirdiyi qrantların əhəmiyyətli hissəsi "Yurd"un təsiri altında olan təşkilatlara verilirdi. Bunun səbəblərindən biri "Yurd"un AXC-AXCP adından çıxış etməsi olsa da, digər səbəbləri də mövcud idi. Xaricdən aldıqları pulun hesabına idi ki, "Yurd" və onun funksionerləri ölkə ictimaiyyətinin "Qərbin əl uşaqları" epiteti ilə "mükafatlandırılıb". Bu isə o deməkdir ki, Əli Kərimovun xaricdən alınan pullar "qrantlar" hesabına "siyasətçi" olduğunu artıq bütün Azərbaycan bilir. Komissiyanın daha bir hesabatında qeyd olunur: "Qrantlar bütün il boyu müntəzəm alınsa da, "Yurd"un ən gəlirli mövsümi seçkilərin keçirildiyi illərə təsadüf edir. Azərbaycanda isə seçki qrafiki belədir ki, burada prezident (1998), bələdiyyə (1999) və parlament seçkiləri bir-birini əvəzləyir."Yurd"un başlıca qrant donorları sırasında "Avrasiya", "Soros" (Açıq Cəmiyyət İnstitutu) və Fridrix Nauman Fondunun adı çəkilir. Lakin digər mənbələr də yox deyil. Müxtəlif müəmmalı beynəlxalq qurumların səyləri ilə "Yurd" Qarabağ və Bütöv Azərbaycan məsələlərini də öz qrant əməliyyatları sistemində gəlirli və sərfəli obyektə çevirib. Özü də daha təhlükəli məqam budur ki, "Yurd" qrupu qrant kanallarını bir qayda olaraq qeyri-türk mənşəli şəxslərə həvalə edir. Burada incə bir siyasət yürüdülür. Sabah həmin kanallar qapadılanda bunu başqa şəkildə, məsələn, "Azərbaycanda qeyri-türklərə qarşı basqı" kimi təqdim etmək daha perspektivli görünür. O da az maraq dogurmur ki, "Yurd"un qrant donorları arasında erməni əsilli sponsorlar da var. Bu barədə Azərbaycan mətbuatında müxtəlif yazılar dərc olunub. Həmin yazılarda "Yurd"un təkcə bir kanal-ADİF vasitəsilə aldığı qrantların toplam məbləğini 311 min ABŞ dolları olduğu vurğulanır. O da bidirilir ki, erməni sponsorların əsas söz sahibi olduğu "Avrasiya" Fondunun "Yurd"a ayırdığı müxtəlif qrantların həcmi yüz minlərlə dollarla ölçülür."

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər