Məlum olduğu kimi, bir neçə gündür həm Tel-Əvivə, həm də Qəzzaya atılan bombalar dünya ictimaiyyəti və büynəlxalq təşkilatlar tərəfindən pislənməkdədir. Məhz bu bombardıman sayəsində İsrail tərəfindən 3, Qəzzada isə uşaqların da daxil olduğu 110 yaxın insanın ölməsi iğtişaşın ciddiyətini bir daha təsdiqləyir. Bu mənada hər kəs Qəzza şəhərində atəşkəsin tez bir zamanda elan edilməsini istəyir. Bir çox dünya lideri bu məqsəd ilə hər iki tərəfə də mesaj göndərir. Ancaq hələlik atəşkəs mesajlarına hər iki tərəf də əməl etmir. Fransa və Almanya xarici işlər nazirləri artıq regiondadır. BMT baş katibi də bugün orada olmalıdır. Ərəb liqası və Türkiyənin də iştirakı ilə xarici işlər nazirləri Qəzzaya gedirlər. Məhz Misirli məsul şəxslərin vasitəçilyi ilə İsrail və Həmas təmsilçiləri hal-hazırda Qahirdə vasitəli atəşkəs planlarını görüşürlər.
Hal hazırda aparılan görüşmələrdə Həmas atəşkəs elan olunması üçün İsrailin sadəcə bombardman etməməsini deyil, eyni zamanda, Qəzza mühasirəsini qaldırmasını da tələb edir. İsrail isə Həmasın roket atması ilə bərabər gizlicə silah almalarını də kəsməsini tələb edir. Atəşkəs razılığı əldə olunmaz isə fəlakət daha böyük ola bilər. Belə ki, İsrail sərhəddində gözləyən ordu Qəzzaya girərsə, çox şiddətli və qanlı bir vuruşmanın olacağı labüddür.Ümumiyyətlə, bu problemin həllində bir neçə məqama diqqəet etmək lazımdır. Bunlardan biri budur ki, bundan dörd il əvvəl İsrail ordusunun Qəzzaya girməsi ilə nəticələn hücum kimi yenidən buraya müdaxilə etmə vəziyyəti daha da mürəkkəb hala gətirəcəkdir. Nə Həmas atdığı raketlər ilə, nə də İsrail Qəzzaya havadan və qurudan müdaxilə etmək ilə problemi həll edə bilər. Bu məsələnin həll olunması Fələstin probleminin siyasi müstəvidə həll edilməsindən keçməkdədir. Məhz Qəzzanın bombalanmaması da Fələstin problemi daxilində yer almaqdadır.Digər cəhətdən İsrailin son hücumları ilə ABŞ-ın İsraili dəstəkləməsi son illərdə "ərəb baharı" adlanan üsyan dalğalarından sonra ərəb dünyasında fərqli reaksiyalara da səbəb ola bilər. Belə ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu dəstəkləməyə vurğu edərək "ərəb baharı" nəticəsində ABŞ-ın ərəb dünyasında demokratiya adına müsbət imicinə mənfi təsir göstərəcəyini və balansın dəyişəcəyini ifadə etməsi siyasi reallğı əks etdirir. Digər tərəfdən, Barak Obamanın son günlərdə Misir prezidenti Mursi və Türkiyə baş naziri R. Ərdoğana telofon vasitəsi ilə Həması durdurun mesajını çatdırması ilə, öz növbəsində, R.Ərdoğanın da mətbuat vasitəsi ilə İsraili də siz durdurun ifadə etməsi problem ətrafında paradoksal siyasi görüşlərdən xəbər verməkdədir. Məhz Ərdoğan, Misirə səfərində Ərəb liqasını və BMT-ni bu problemin həllində gücsüz qaldığını vurğulayaraq ciddi şəkildə tənqid etdi.Məhz siyasi ekspertlərə görə son günlərdəkki bu iğtişaşlar, xüsusi ilə İsrailin Qəzzanı bombardman etməsi ABŞ-da keçirilən prezident seçkilərindən sonra yeni administrasiyaya qarşı təsirin artırılması və növbəti ildə İsraildə keçiriləcək seçkilərdə muhafizəkar təbəqənin səslərini toplamağa istiqamətlənmiş addımlardır. Digər tərəfdən, Qəzzada yenidən bu problemin baş qaldırması Suriya məsələsində fikirlərin yayındırlmasına və eyni zamanda Bəşər Əsədə bu minval ilə köməklik göstəriləcəyi də yeni siyasi iddialar arasında yer almaqdadır.İsrail eyni zamanda bu bombardman ilə "ərəb baharı" adlanan üsyanlar nəticəsində Misir və Suriya ilə olan əlaqələrini də yoxlamaqdadır. 1979-cu ildən bu tərəfə sülh kartı ilə İsrailin təhlükəsizliyini garantiya edən Misir və Colan təpələrini geri almaq üçün 31 ildir tək bir mərmi atmayaraq İsrail ilə olan müharibəsini Hizbullah və Həmas vasitəsilə həyata keçirən Suriyanı da yoxlamaqdadır. Məhz Misirdə islamçıların hakimiyyətə gəlməsi və Suriyada daxili çəkişmə eyni zamanda İsraili də dərindən maraqlandırır. İsrail bununla dövlət olaraq təhlükəsinə istiqamətlənmiş planları məhv etməyə və Fələstinin bir dövlət kimi tanınmamasına qarşı çıxdığını da göstərməkdədir. Bu mənada, Suriyadakı müxalifət İsrail ilə olan əlaqələrində İsrailə təhlükəsizlik mövzusunda qarantiya verəbiləcəyi təqdirdə daha müvəffəq ola bilər. Nəticədə müharibə İsrail liderləri üçün həm daxildə, həm də xaricdə dəstək və maddi yardıma çevriləcək bir faktordur.Ümumiyyətlə. Fələstin problemində ABŞ müttəfiqləri olaraq İsrail və Türkiyənin də problemli şəkildə qarşı-qarşıya gəlməsi məsələnin həllini daha da çətinləşdirməkdədir. Məsələ sülh yolu ilə həll olunmasa İsrail hər zaman Türkiyə ilə problem yaşayacaqdır. Digər cəhətdən İranın regiondakı nüfuz dairəsi və Hizbullaha verdiyi dəstək bu problemin başqa bir tərəfini də meydana çıxarır. Nəticədə İsrail mərkəzli Fələstin problemi dünyanı idarə edən güclər arasında bariz konfliktlərin olduğunu və yaxın zamanda bu konfliktlərin daha da qızışacağı ehtimalını göstərməkdədir.
Rəşad İlyasov,fəlsəfə doktoru