PDF Oxu

Araşdırma

  • 1 649

Elşad Abdullayev ampluasına uyğun cıxışlar edir

Elşad Abdullayev ampluasına uyğun cıxışlar edir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin, keçmiş rektoru Elşad Abdullayevi tanımayanlar da tanıdı. O mənada ki, bütün "gücü"nü fırıldaqlara sərf edən və dələduzluq yolu tutan bu adam olmayan mənəviyyatını və bir ömür qəlbində gəzdirdiyi anti-Azərbaycan niyyətini ortaya qoydu. Özü də buna hər kəs şahid oldu. Mənə elə gəlir ki, E.Abdullayev universitet rektoru vəzifəsini daşıyanda, ona qarşı cox humanist davranılıb. Çünki o, bütün varlığı ilə çirkin oyunların içində idi və ABU-ya tələbələri qeyri-qanuni yollarla qəbul etdirib, killi miqdarda pullar alırdı.. Eyni zamanda, universitetin nəzdində klinika yaradıb qanunsuz orqan köçürmə əməliyyatları aparırdı. Bütün bunları izləməli, qeyd etməli ( Elşadın öz üsulunda ) və ABU bağlanan kimi onun da ölkədən çıxışı qəti şəkildə qadağan olunmalı idi.

Qonşumuzda Səbuhi Ələsgərov adlı bir gənc var. O, 2004-cü ildə düz E. Abdullayevin özünə 5000 dollar verib, ABU-ya qəbul olmuşdu. O, bu pulu əlbəəl Elşadın otağında özünə vermişdi. Sonradan ABU bağlandı, pul da batdı, Səbuhi də diplom ala bilmədi. Minlərlə belə vətəndaşlarımız var ki, Elşad onları aldadıb universitetə qəbul etdi, sonra isə hamısı çöldə qaldı. Görünür, bu sahəyə nəzarət etməli olan qurumlar kifayət qədər Elşada inam və etimad bəsləyiblər. O da bu etimaddan sui-istifadə etməklə vətəndaşları, xüsusi ilə də yetişməkdə olan gənc nəsli aldadıb. Sadəlövh valideynlər də gərək işlərini ehtiyatlı tutaydılar və Elşada pulları verəndə, gizli yollarla videogörüntüyə alaydılar. Və özünü "əsil rejissor" hesab edən bu şəxsin qarşısına əks arqumentlər qoyulmalı idi. Saxta videolara pul xərcləyib, ayağının ləpiri belə ola bilməyən şəxs haqqında qondarma videogörüntülərlə özünü "qurban" statusunda təqdim edən Elşad anlamalıdır ki, ABU kimi onun şantajının da saxta olduğu tezliklə üzə çıxacaq.

Soyuqdan küncə sığınan küçə itləri kimi Avropada özünə "siyasi sığınacaq" axtaran Elşadın Azərbaycanda etdiyi bütün cinayətlər, şübhəsiz ki, cəzasını alacaq. E.Abdullayevin ABU vasitəsilə Azərbaycan təhsilinə vurduğu zərbə göz önündədir. Min cür kələklə ABU-nu bir neçə il "ayaq üstə saxlayan" Elşad gördü ki, icazə verilə bilməz ki, onun mənəviyyatsız addımları davam etsin. Buna görə də dövlət ABU-da hüququ tapdalanan, zəlil edilən minlərlə insanın hüquqlarını bərpa etdi, onları müvafiq təhsil müəssisələrinə yerləşdirilməklə, gec də olsa kömək etdi. Saxta tələbə qəbulları ilə milyonlarla sərvətə malik olan Elşadın işlətdiyi bu cinayət cavabsız qalmamalıdır. O, bəlkə də etdiyi cinayətlərdən sığortalanmaq üçün saxta, şantaj üsullarından istifadə edir ki, özünə dividend qazansın. Tarixdə belə şəxsiyyətlər də az deyil. Belə insanlar şəxsi maraqlarını milli maraqlardan üstün tutaraq, doğma vətənində topladığı sərvətlə dövlətinə qarşı əsil xəyanət yolunu tuturlar.

2008-ci ildə Elman Hüseynov adlı gəncin ailəsi məhz Elşadın ondan ABU-ya qəbul olması üçün aldığı puldan sonra dağıldı. Elvin Babayev adlı ABU-nun tələbəsi 2007-ci ildə Elşadın adamları tərəfindən universitetin həyətində döyüldü. Elşadın qohumlarından ibarət mühafizəçiləri Səbuhi Heseynovun ayaqlarının üstünə "ştanq" atmaqla sındırdılar. Çünki bu gəncdən Elşad 5000 manat pul almışdı, ancaq geri qaytarmırdı. Səbuhi də pulunu birbaşa ondan tələb edirdi. Ona görə də Elşad xuliqanlarına tapşırıq verdi ki, onun ayaqlarını qırsınlar. Səbinə adlı qızın ata-anasını aldatmaqla, onlardan aldığı 10000 dollar pul hansı nəticələrə gətirib çıxardı!? Sonda gənc qız intihar etməli oldu, ardınca da anası dünyasını dəyişdi. Və ya Rizvan Rzayevi birbaşa ABU-nun III kursuna qəbul etmək məqsədilə aldığı 8000 manat pul Rizvanın ailəsində hansı fəlakətlər yaratmadı ki!

ABU-da qeyri-qanuni klinika yaradaraq insanlar üzərində qanunsuz böyrək köçürmə əməliyyatları keçirən Elşadın qazandığı pullardır ki, onu bu gün əsil dövlət canisinə çevirib və ölkənin ən hörmətli şəxsinə qarşı əsassız ittihamlarda bulunur. İmkansız insanları aldadıb onlara külli miqdarda pul verəcəyini vəd verib, onların böyrəklərini çıxarıb satışa çıxaran Elşad çox cüzi məbləğdə pul verməklə yüzlərlə insanın da sağlamlığına xətər vurdu. Bax, əsil cinayət bunlardır. Özünü "qurbana" çevrilən insan kimi tanıdıb, Avropanın üzündə "gülüş" yaratmaq istəyən Elşad Abdullayevin ipi artıq qırılmaq üzrədir. Artıq ona himayəçilik edən bəzi anti-Azərbaycan qüvvələr də ondan imtina etməyi düşünür. Çünki heç kim Elşadın apardığı düşük və iyrənc oyunun qurbanı olmaq istəmir.Tezliklə hər kəs şahid olacaq ki, Elşad Abdullayev artıq əl açıb Ermənistandan da "sığınacaq" istəyə bilər. Çünki onun Avropaya "ümid"i sınmaqdadır. Bax, bu zaman əlinə saman çöpü də keçməyəcək ki, ən azı nəyəsə ümid eləsin və bütün cinayətlərinin də cəzasını alacaq.

Samir Feyruzov

Digər xəbərlər