PDF Oxu

Araşdırma

  • 4 917

Əkrəm Əylisli ictimaiyyətin kəskin qınağında

Əkrəm Əylislinin son günlər ciddi müzakirələrə səbəb olan, Rusiyanın "Drujba narodov" jurnalında çap olunmuş "Daş yuxular" əsəri, həmçinin, mətbuatdakı müsahibələri Azərbaycan cəmiyyəti qəzəblə qarşılayıb

Əkrəm Əylisli ictimaiyyətin kəskin qınağında

Xalq və tarix qarşısında xəyanət

İsa Həbibbəyli: "Daş yuxular" əsəri Azərbaycandakı müvcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat cinahından yönəldilmiş xəyanət və arxadan zərbədir"

Millət vəkili İsa Həbibbəyli "Daş yuxular" əsərini ictimai-siyasi bədii cəhətdən zəif və zərərli hesab edir: "Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qara qüvvələr ölkəmizə və xalqımıza qarşı obyektiv olmayan, tariximizi saxtalaşdırmaq niyyətlərini gizlədə bilmirlər. Belə bir məsuliyyətli məqamda dövlət müstəqilliyimizi, tariximizi real gerçəkliyimizi ikili standirtlara əsaslanan qərəzli, uydurma bəyanatlardan, yad nəzərlərdən qorumaq statusundan və siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur. Bütün bunların əksinə olan Əkrəm Əylislinin "Daş yuxular" romanı ölkəmizin uzaq və yaxın tərixinin qəsdən saxtalaşdırılması üzərində qurulmuşdur. Bu, Azərbaycan vətəndaşı olan və xalq yazıçısı adını daşıyan yazıçıya heç cür yaraşmayan, milli mövqedən uzaq uydurma fikirləri ifadə edən, nəticə etibərilə mənsub olduğu xalqa öz içindən xain zərbəsi vuran bir əsərdir. Qırx ildən çoxdur ki, Əylisdəki Azərbaycan ruhundan yazan Əkrəm Əyilsli birdən-birə Əylisdən - Buzbulaqdan erməni mənbələrinə əsaslanan mövqeyə keçməklə özünü və buna qədərki bütün yaradıcılığını inkar etmişdir. Əkrəmin yazdıqları çar Rusiyasının və sovet dövlətinin çirkin oyunlarının icraçıları olan ermənilərin Bakıda və Sumqayıtda və.... Əylisdə, törətdikləri məqsədli qətliamları ört-basdır etməyə yönəldilmişdir."Daş yuxular"da istinad olunan tarixi mənbələr də erməni müəlliflərinin ermənipərəst uydurmaçıların formalaşdırdıqları saxta qaynaqlardır. Bu mənbələrdəki fikirlərin və Əkrəmin baxışlarının nə qədər yalnış olduğunu ermənilərin hansı dərəcədə qəddar olduqlarını dəqiq və aydın şəkildə təsəvvür etmək üçün Məmməd Səid Ordubadinin Ordubad şəhərində yaşayarkən 1906-cı ildə yazıb. 191l-ci ildə Bakıda nəşr etdirdiyi "Qanlı sənələr" əsərindəki qədim Azərbycan şəhəri İrəvandan başlamış Naxçıvanı Cəbrayıl, Suşa-Cavanşir qəzalarını, Gəncəbasarı və nəhayət, Bakını əhatə edən geniş ərazilərdə törətdikləri qanlı əhvalatların təsvirinə nəzər salaraq kifayətdir. Böyuk ədib İrəvandan təlimat almış erməni ordu komandanı Aşotun başçılığı ilə regionda törədilən və insanlığa sığmayan vəhşilikləri özunün də müşəhidələrinə əsəsən olduğu kimi təqdim etmişdir. Əkrəm Əylislinin müdafiə etdiyi günahsız və humanist kimi qələmə verdiyi verəmnilərin Ordubad-Zəngəzur ətrafında törətdikləri yüzlərlə hadisələrdən biri Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsərində aşağıdakı kimi öz əksini tapmışdır. "Şaqqarsuyun ətrafında bir qan çanağı göründü... daşın bir tərəfindən damcı-damcı qan sızırdı. Daşların arasında isə 62 nəfər övrət və uşaq cənazəsi bir-biri üstə qalaq-qalaq tökülmüşdü. Qadın cəsədlərinin arasından bir şırıltı eşidildi. İki qızlarından yaralanıb bihuş düşmüş bir övrətin həyat ilə ölüm arasındakı ahuzarı meydana çıxdı. Zavallı bu sözləri söylədi. Molla Həsən Əfəndinin yanında olan bir üvrət tayfaları o məhrumun doğrandığını görüb qaçaraq bu daşların arasına pənah gətirdik. Bir dəstə erməni gəlib bu qətl olunmuşları bu hala qoydu. Həsən Əfəndinin qətli yenidən bir az şimala qarşı bir palaz parzası görünsə də, camaatı büsbütün ağlatdı. Zira, palazı kənar etdikdə 15 nəfər üzündə zizək, yəni abilə əlaməti körpə çoçukların kəsilmiş başları və bir para bir-birinı qarışmış başlar və bədənlər göründü. Cənub səmtdə həddən artıq üvrət-uşaq bədənləri tökülmüşdü".Məmməd Səid Ordubadinin qələmə aldığı bu dəhşətli qanlı hadisələr "Daş yuxular"ın görüntüləri deyil, tarixin daş yaddaşına həkk olunmuş reallıqlardır. Bu qəbildən olan yüzlərlə faktlar və çoxsaylı tutarlı mənbələr ola-ola Əkrəm "Daş yuxular" əsərindəki "ermənilər yox, biz özümüz pisik", "ermənilər tərəfdən müsəlmanlardakı qədər qəddarlıq heç vaxt görünməmişdir" kimi əsassız iddiaları Azərbaycan ədəbiyyatında bu günədək görünməmiş xəyanət və şərəfsizlik nümunəsidir. Bu əsərdə müəllifin içindəki kin və qəzəb ruhu onun hadisələrə bədiilik səviyyəsində yazıçı olaraq yanaşmasına imkan verməmişdir. "Daş yuxular" əsəri birtərəfli qaydada ermənilərin haqsız mövqelərinin müdafiəsinə xidmət edir. Burada ortaq mövqe düşüncəsi də yoxdur, romandakı Saday Sadıqlı obrazı da Əkrəmin "Adamlar və ağaclar" silsiləsindəki Buzbulaqlı Sadıqdan fərqli olaraq kilsələrin dərin xiffətini çəkən, zahiri obyektivlik pərdəsi altında ermənilərin mövqeyində dayanan surətdir. Saday Sadıqlıdakı güclü ermənipərəstlik ruhu, aşırı həddə çatan kilsə təəssübkeşliyi, müəllif bunu gizlətməyə çalışsa da, bu surətin ən azı azərbaycanlı tərəfi ağır gəlməyən qarışıq soykökə malik obraz olduğunu düşünməyə əsas verir. Əkrəm Əylislinin ermənipərəst mövqeyinin nəyə əsaslandığı, hansı hədəflərə hesablandığı anlaşılmazdır və qəbuledilməzdir. Buna görə də "Daş yuxular" əsəri Azərbaycandakı müvcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat cinahından yönəldilmiş xəyanət və arxadan zərbədir. Bu, Azərbaycan tarixinə və ümumiyyətlə, müasir gerçəkliyə zidd olan, xalqa xəyanətə hesablandırılmış hərəkətdir. Fəaliyyəti Azəbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən Əkrəm Əylislinin "Daş yuxular" əsəri ilə uzaqlarda daha nələrə iddia etməsinin arxasında xalqının inamını və etimadını itirmək kimi faciəli bir aqibət dayanır. Əsil ədəbiyyat adamı üçün bundan ağır heç bir cəza ola bilməz. Ona görə də, Azərbaycan xalqının tarixi, taleyi və müasir həyatı ilə heç cür uyğun gəlməyən, reallığı əks etdirməyən mövqeyinin və baxışlarının müqabilində xalq, tarix və ədəbiyyat qarşısında cavabdehlik və məsuliyyət Əkrəm Əylislinin özünün üzərində qalır. "Daş yuxular" əsərində yazılanlarla xalq yazıçısı adı bir araya sığmır. Bu haqda hamıdan çox Əkrəm Əylisli özü fikirləşməli, xalqa xəyanət etdiyinə görə özünün sonrakı aqibətini düşünməlidir".

Ordubad rayon ziyalıları, gənclər, dindarlar və şəhid ailələri Əkrəm Əylislini lənətləyiblər

Ordubad rayon ziyalıları, gənclər, dindarlar və şəhid ailələri Eldar Zeynalov, Rafiq Bayramov, Yusif Rüstəmov, Raqib Baxşıyev və başqaları Əkrəm Əylislini lənətləyərək, bildiriblər ki, onun azərbaycanlı adını daşıması xalqımızın adına qara bir ləkədir: "Ağı qaradan seçən ordubadıların gözəl bir ifadəsi vardır. Zatını biruzə verdi. Əkrəm Əylisli sən də axır ki zatını büruzə verməklə, bu gün nəinki Əyli kəndində, bütün Azərbaycan torpağının hər bir qarışında olan daşlar səni lənətləyir. Çünki bu daşlar erməni vəhşiliyinin şahidi olmuşlar. Bu gün Həcc ziyarətinə gedən insanlar ilk öncə sənin evini daşlayıb, sonra ziyarətə getməlidirlər. Ordubadın ziyalıları sadə peşə adamları, dindarları, gəncləri 2005-ci ildə sənin layiq olmadığın Ali Quruma özlərinin vəkili seçdilər. Ordubadlıların səmimiyyətlərindən istifadə edib öz şərəfsiz işini davam etdirdin".Bildirilir ki, Əkrəm Əylislini Azərbaycan xalqı ilə heç nə bağlamır: "Çünki onun damarlarında görünür erməni qanı axır. Əgər bu ölkənin layiqli vətəndaşı olsaydı ermənipərəst niyyətindən əl çəkər düşmənlərimizə saxta tarix yaratmaqda köməklik göstərməzdi. "Daş yuxular" əsəri sənin simasızlığın və mənəviyyatsızlıgının növbəti təsdiq kimi biz ordubadlıların dərin hiddətinə səsəb olur. Sən milli maraqlarımızı, qədim tariximizi ermənilərə güzəştə getdiyinə və onların qaniçən ideoloqlarına qoşulduğuna görə xalq yazıçısı adını daşımağa layiqli deyilsən. Sənin son əsərin Azərbaycan ədəbiyyatına qara bir ləkədir. Biz bu gün ölkəmizin inkişafı və çiçəklənməsi üçün çalışır və bu yolda şəhidliyə belə hazırıq. Sənin kimi saxtakarlığı və riyakarlığı özünün həyat devizinə çevirən bir yazıçı hər birimizin nifrətinə və qəzəbinə layiqlidir. Bilin ki, heç vaxt bizim ölkəmizə zərər yetirə bilməyəcəksiniz. Ölkəmizin tarixində sənin kimi saxtakarlara az olmamış deyil. Onlar elə tarixin zibilliyinə atılıb qalıblar. Sənin də son mənzilin oradır".

Ordubad gəncləri də Əkrəm Əylisliyə erməni olduğunu xatırlatdılar

Ordubad rayon gəncləri adından Yeni Azərbaycan Partityasının Ordubad rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədov qəzetimizə Əkrəm Əylisli ilə bağlı məktub göndərib. Məktubda Əkrəm Əylislinin Ordubadın adına ləkə gətirdiyini və Ordubada xəyanət etdiyi vurğulanır: "Azərbaycan adlı məmləkət ümumbəşəri dəyərləri özündə əks etdirən canlı bir ensiklopediyadır. Əfsuslar olsun ki, sənin kimi səviyyəsiz dırnaqarası yazçının azərbaycanlı adını daşıması xalqımızın adına qara bir ləkədir. Sən ordubadlıların və əylislilərin, o cümlədən, bütün Azərbaycan xalqının heysiyyatına toxundun. Yazdığın "Daş yuxuları" romanı ilə sübut etdin ki, sən ermənipərəstsən. Sənin ordubadlılığın hər zaman bizim qəlbimizi göynədəcək. Çünki ordubadlı olan kəs heç vaxt Azərbaycan xalqına xəyanət edə bilməz. Bunu biz xəyanət və ermənipərəstlik adlandırırıq. Səni ordubadlılar özlərinin vəkili seçərək etimad göstərdilər. Sən isə şərəfsizlik edərək vətəni, torpağı erməni dığalarının ayağına verdin. Sən iblis donuna girmiş şeytansan. Bu gün uğurla inkişaf edən müstəqil Azərbaycanın gəncləri bildirir ki sənin kimi qələmini və ömürünü erməniçiliyə həsr edən yazıçıya bizim aramızda yer yoxdur. Sən dövlət tərəfindən verilmiş ali mükafatlara layiq deyilsən və əminik ki, Azərbaycandan tezliklə çıxıb gedəcəksən".

R.KAMALQIZI

Digər xəbərlər