PDF Oxu

Araşdırma

  • 5 100

Müxalifətin satqınlıq sindromu

Müxalifətin satqınlıq sindromu

2013-cü il ölkəmizdə prezident seçkiləri ilidir. Seçkiləri hər bir ölkənin mütərəqqi inkişafının, sabit vətəndaş cəmiyyətinin əsası kimi qiymətləndirən dövlət başçısı İlham Əliyev seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atır. Yenilik, müasirlik dövlət siyasətinin əsasını təşkil edir.

Seçkilər hər bir siyasi partiya üçün sınaqdır

2013-cü il ölkəmizdə prezident seçkiləri ilidir. Seçkiləri hər bir ölkənin mütərəqqi inkişafının, sabit vətəndaş cəmiyyətinin əsası kimi qiymətləndirən dövlət başçısı İlham Əliyev seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atır. Yenilik, müasirlik dövlət siyasətinin əsasını təşkil edir. Daim yeni təcrübələrin öyrənilməsinə, yeniliklərin qəbul olunan qanunlarda öz əksini tapmasına səy göstərən dövlətimizin 2003-cü ilin mayında Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə əməkdaşlığı və rəyi əsasında qəbul olunan Seçki Məcəlləsinə mütəmadi əlavə və dəyişikliklərin edilməsinə maraq göstərməsi də bu istəyin təsdiqidir. 2005-ci il parlament və 2008-ci il prezident seçkiləri ərəfəsində adları çəkilən beynəlxalq təşkilatlarla birgə müzakirələr əsasında Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Seçkilərdə yeni təcrübələrdən olan "exit poll"un keçirilməsi, barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması və s kimi hallar yüksək dəyərləndirilir, seçkilərin demokratikliyini, şəffaflığını yüksək səviyyədə təmin edir. Bir faktı da qeyd edək ki, Azərbaycan dövləti hər zaman seçkilərdə yerli və xarici müşahidəçilərin iştirakına xüsusi önəm verir. Beynəlxalq təşkilatların qısa və uzunmüddətli müşahidə missiyalarının seçki proseslərini izləməsi və son nəticə barədə ilkin hesabatları da bu demokratikliyə təsir göstərən amillərdəndir. Bir sözlə, dövlətimiz seçkilərin demokratikliyini, azad və şəffaf keçirilməsini təmin etmək üçün hər cür şəraitin yaradılmasında, yeniliklərin tətbiqində maraqlıdır.

Seçkilər eyni zamanda hər bir siyasi partiya üçün sınaqdır. Yəni siyasi partiyaların hansı nüfuza, siyasi çəkiyə, sosial dayağa malik olması seçki proseslərində bir daha özünü nümayiş etdirir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi və onlara lazım olan şəraitin yaradılması göz qabağındadır. Ötən il demokratik islahatlar sahəsində qazanılan uğurlardan biri "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması və cari ilin dövlət büdcəsindən partiyaların maliyyələşməsinə vəsaitin ayrılmasıdır. Bu addım sözsüz ki, partiyaların fəaliyyətində və maliyyələşməsində gizli məqamların açıqlanmasında yardımçı rolunu oynayacaq. Bu yardımçılığa razı olmayan qəbul etməyən partiyaların qanunun qəbulu zamanı qopardıqları hay-küy hər kəsə bəllidir. AXCP və Müsavat kimi maliyyəsi xaricdən qaynaqlanan partiyalar belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan hakimiyyəti bu addımı ilə siyasi partiyaların fəaliyyətini öz nəzarəti altına alır. Bu kimi fikirlərin qərəzdən başqa bir şey olmadığı bəllidir. Təbii ki, demokratik, hüquqi cəmiyyətdə yaşayırıqsa, hər bir məsələnin hüquqi yolla həlli, qanunlar əsasında tənzimlənməsi vacib məqamdır. 1992-ci ildə qəbul olunan "Siyasi partiyalar haqqında" qanun həmin dövrün reallıqlarına uyğun olsa da, bu gün üçün onun təkmilləşdirilməsinə böyük zərurət duyulurdu. Azərbaycanın inkişafı fonunda həmin qanuna əlavə və dəyişikliklərin edilməsi dövrün tələbi kimi gündəmə gətirildi. Beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində yeni qanun layihəsi işlənib hazırlanaraq parlamentdə müzakirəyə çıxarıldı və qəbul olundu. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında qanun qüvvəyə mindi. Azərbaycanın bugünkü maliyyə imkanları siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə böyük imkanlar yaradır.

Bu gün isə həmin ünsürlər münnəcimlik edərək, prezident seçkilərinin demokratikliyini şübhə altına almaq üçün ciddi səylər göstərirlər. Dağıdıcıların birləşdiyi "İctimai palata"da ölkədə seçki mühitinin müzakirəsi ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinin iştirakı əsasında tədbirlərin keçirilməsinə start verilməsi, icazəsiz aksiyaların keçirilməsinin zəruriliyinin gündəmə gətirilməsi də onların çirkin niyyətlərinin göstəricisidir.

Müxalif düşərgədə maraqlar dostu düşmənə, düşməni dosta çevirir

Ölkədə keçirilən hər bir seçki prosesi, eyni zamanda, əhəmiyyətli tədbirlər öncəsi müxalif düşərgədə cərəyan edən proseslər hər kəsə məlumdur. Barışıq üçün körpüləri tamamilə yandıran "dostlar" müttəfiqlik görüntüsü yaratmaq üçün dəridən-qabıqdan çıxır, ictimai fikirdə özləri barədə böyük görüntü sərgiləmək üçün "birlik" yaratmağa çalışırlar. Bu "birlik" dağıdıcı ünsürlərin özlərinə deyil, xarici himayədarlarına gərəkdir. Xarici antiazərbaycan qüvvələrin hazırladığı ssenarilərin əsas "qəhrəmanları" olan Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli bir müddət öncə vahid namizəd məsələsində heç bir problemin olmadığını bildirib, bir-birlərinə "dostyana" əl uzatsalar da, sonradan ayrı-ayrılıqda namizədliklərini irəli sürmələri, bir müddət keçdikdən sonra yenidən əvvəlki qərarlarında bulunduqları barədə açıqlamalarla çıxış etmələri bir çox məqamlara aydınlıq gətirdi. Hətta rəqib "dostlar" lazım gəldikdə öz namizədliklərini geri götürməyə hazır olduqlarını da bildirdilər. Görəsən "dostlar" açıqlamalarının doğruluğuna inanırlarmı? Əgər bu qərarlar doğrudan da sifarişə deyil, səmimiyyətə əsaslanırsa, onda ayrı-ayrılıqda namizədliklərini irəli sürmədən vahid namizəd məsələsini "böyük güc mərkəzi" kimi təqdim etdikləri İctimai palatının daxilində həll edə bilərdilər. Bu ünsürlərin xarici dairələrin əlində oyuncağa çevrildikləri, onların göstərişləri əsasında hərəkət etdikləri, hətta nəfəs almağı belə onların icazəsi ilə icra etdikləri məlum olaylardandır. Bu da onların öz şəxsi ambisiyalarının girovuna çevrilmələrindən irəli gəlir. Maraq bu qüvvələri ən çirkin yola, hətta ermənilərlə belə işbirliyi qurmağa sövq edir. Bu məqamı təsdiqləyən faktları ətraflı şəkildə açıqlayacağıq.

"Dost"ların "nüfuz" davası

AXCP təmsilçilərinin və onların tabeliyində olan "Azadlıq" qəzetinin AXCP-ni digər müxalifət partiyalarından "daha fəal", "güclü", "ən layiqli namizədə malik" partiya kimi təqdim etmələri, bu istiqamətdə təbliğat kampaniyasının sürətini artırmaları son günlərin diqqətçəkən hadisələrindəndir. AXCP təmsilçilərinin və "Azadlıq" qəzetinin mənbəyi məlum olmayan sorğuları geniş müzakirə mövzusuna çevirmələri də deyilənlərin təsdiqidir. Bu artıq AXCP-Müsavat "dostluğu"nun hansı səviyyədə olmasına işıq salır. Prezident seçkilərinə gedən yol yaxınlaşdıqca dağıdıcıların birləşdiyi qurumda "nüfuz" davası kulminasiya nöqtəsinə çatır. Baxmayaraq ki, rəqib "dostlar" bunu ört-basdır etmək üçün cilddən-cildə girir, müxtəlif bəhanələr səsləndirməklə ictimai fikri çaşdırmağa çalışırlar. Bu iki partiya arasında nüfuz davası bu günün, dünənin işi deyil. Bütün fəaliyyətləri boyu iki qoçun başının bir qazanda qaynamasının mümkünsüzlüyünü öz əməlləri ilə sübut ediblər. Hər zaman düşərgə təmsilçilərinin də etiraf etdikləri kimi, AXCP-nin müxtəlif adlarda fəaliyyət göstərməsi Müsavat başqanı İsa Qəmbərin, eyni zamanda, Əli Kərimlinin birincilik azarına yoluxmalarının nəticəsidir. Mənəmlik iddiasının bu "lider"lərdə yüksək səviyyədə olması onların partiya daxilində də böyük narazılıqla üzləşmələrinə böyük təsir göstərir. Müsavat başqanı açıq-aşkar bəyan edir ki, onu başqanlıqdan yalnız ölüm ayıra bilər. Partiyanın qurultayının bu günə qədər uzanmasında da onun başqanlıqdan istefa məsələsinin gündəlikdə olmasıdır. Baxmayaraq ki, İ.Qəmbər ictimai fikri yayındırmaq üçün yer probleminin olmasını önə çəkir. Zaman hadisələrə ən böyük dəyərini verir. Bu ünsürlər çox yaxşı bilirlər ki, ictimaiyyətdən gizli saxlamağa çalışdıqları hər bir olay proseslərin gedişi zamanı tam şəkildə açıqlanır.

Hələ ki, maraqlar AXCP və Müsavatı "dost" edib. Tarixin arxivinə müraciət etsək, dağıdıcıların müxtəlif adlarla yaratdıqları blokların künclərdə olduğunun şahidi olarıq. Bu artıq müxalif düşərgədə öz təsdiqini tapan bir məqamdır ki, istəklər gerçəkləşməyəndə, sandıqlar açılır, pambıqlar tökülür. ADP sədri Sərdar Cəlaloğlunun açıqlamasında da bu reallıq öz əksini tapıb. Prezident seçkiləri yaxınlaşdıqca İctimai palatada ziddiyyət və qarşıdurmaların gərginləşdiyini qeyd edən S.Cəlaloğlu bildirir ki, İctimai palata müəyyən müddət ərzində iki partiya arasındakı konfliktləri ört-basdır etdi. Amma indi qarşıdan prezident seçkiləri gəldiyinə görə, partiya maraqları daha sürətlə qabarmağa başlayır. Əgər ortalıqda dövlət və milli maraqlar yoxdursa, onda insanlar fərdi maraqlarını təmin etmək üçün qarşı-qarşıya gələcəklər. Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı da Müsavatla AXCP arasında böhtan, qarayaxma kampaniyasının böyük sürət aldığını təsdiqləyir.

AXCP və Müsavatın birliyi xaricdən gələn sifarişdir

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin dağıdıcılarla gizli görüşlərdə bulunmaları çox məqamlara aydınlıq gətirir. Diqqət yetirsək, namizədliklərini ayrı-ayrılıqda irəli sürüb bununla da "birləşən" yollarını yenidən ayıran AXCP və Müsavat "lider"lərinin bu günlərdə təkrarən bir-birlərinə güzəşt etməyə hazır olduqları barədə fikirlər səsləndirmələri də dağıdıcıların ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla keçirdikləri görüşün "məhsuludur."

Xatırladaq ki, AXCP və Müsavatın superpartiyada birləşmək ideyası ötən il "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Müsavat qərargahında keçirilən görüş zamanı Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle tərəfindən irəli sürülmüşdür. AXCP və Müsavatın bir partiyada birləşməsinin onların xaricdən idarə olunmalarını asanlaşdırdığı xüsusi qeyd edildi. Hətta bu birliyə R.Quliyevin partiyası olan Açıq Cəmiyyət Partiyasının da qatılmasının vacibliyi bildirilmişdir. Öz şəxsi maraqları naminə xarici himayədarlarının quluna çevrilən bu "üçlük" bütün fəaliyyətləri dövrü xalqın, dövlətin mənafeyini, milli maraqları arxa plana keçiriblər. Onların mahnı müsabiqəsi ərəfəsində icazəsiz aksiyalara can atmaları da həmin gizli görüşdə cızılan ssenarinin əsas tərkib hissələrindən biri idi. Xalq həmin ərəfədə bir daha bu ünsürlərin kimliyinin, hansı məqsədlər uğrunda mübarizə apardıqlarının şahidi oldu. Dünyanın Azərbaycana diqqətinin yönəldiyi bir zamanda ölkənin demokratik imicinə zərbə vurmaq üçün belə çirkin yollara əl atmaq mənəviyyatsızlıq, xalqa, dövlətə xəyanət kimi dəyərləndirildi. Ölkədə keçirilən seçki proseslərində bu qüvvələrin xalqdan "yox" cavabını almaları da bu kimi çirkin əməllərindən irəli gəlir. Xalq kimə səs verdiyini, Azərbaycanın gələcək taleyini kimə bağaladığını çox yaxşı bilir. İctimai fikri çaşdırmaq üçün iqtidarın gördüyü işlərə, uğurlarımıza kölgə salmaq bu ünsürlərin şəxsi ambisiyalarına xidmət edən qısqanclıq hisslərinin göstəricisidir. Belələrinin bir adı var-Siyasi korlar.

Bu qüvvələrin son zamanlar dövriyyəyə buraxdıqları dezinformasiyalarından biri də guya hakimiyyətin AXCP-Müsavat birliyinin gücündən ehtiyat etməsidir. AXCP və Müsavatın necə "böyük qüvvə" olduğunu ölkə ictimaiyyəti keçirilən seçki proseslərində görür. Bu, günədək bütün seçkilərdə xalqın "yox" cavabı ilə üz-üzə qalan partiyaların hansısa qurumda birləşərək seçkilərə vahid namizədlə qatılması xalqın böyük dəstəyini, inamını qazanan iqtidarı nə üçün narahat etməlidir? Guya Qərb dağıdıcı müxalifət partiyalarını dəstəklədiyindən iqtidar narahatdır. Qərb dövlətlərinin təmsilçiləri hər zaman müxalifəti zəiflikdə, qərəzçilikdə və inkar yolu tutmaqda ittiham edirlər. Ötən il ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri zamanı ölkəmizdə olarkən Azərbaycan müxalifəti ilə görüşdən imtina etməsini xatırlayaq. Onun ardınca Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizdə səfərdə oldu. Avropa rəsmisi də müxalifətlə görüşü məqsədəuyğun bilmədi. Qərb və Avropa rəsmiləri dağıdıcıları ciddi siyasi qüvvə kimi qəbul etmədiklərini bu kimi addımları ilə təsdiqləyirlər.

Dağıdıcıların "dəstək" olduğu beynəlxalq təşkilatlar

Dağıdıcıların "Human Rights Watch", "Amnesty International", "Freedom Hause" kimi təşkilatların hesabatlarını özləri üçün istinad mənbəyi seçdikləri məlumdur. Bu da həmin hesabatların özləri tərəfindən hazırlanmasından qaynaqlanır. Əgər həmin hesabatlar üçün müraciət olunan mənbələr dəyişməzdirsə, yəni, həmin qurumlar ancaq birtərəfli qaydada hesabatları hazırlayırsa, demək onların müəllifi dağıdıcı müxalifət liderləri və onların səsinə səs verən "hüquq müdafiəçiləridir". Bunu beynəlxalq ekspertlər də təsdiqləyirlər ki, adları çəkilən təşkilatların hesabatları 3-4 qeyri-hökumət təşkilatının rəyi əsasında hazırlanır. Hansı ki, Azərbaycanda 3 mindən artıq QHT fəaliyyət göstərir.

Məlum olduğu kimi, dağıdıcılar yanvarın 26-da İsmayıllıya dəstək adı altında aksiya keçirdilər. "Amnesty International" təşkilatı gör nə qədər "fəal", "operativ" çalışır ki, dərhal aksiya ilə bağlı "bəyanat" yaydı. Bu "bəyanat"la eyni vaxtda, müxalifət mətbuatında, guya ABŞ-da Azərbaycanla bağlı kampaniyanın başlandığı barədə məlumatlar dərc olundu. Guya müraciətdə ölkəmizdə siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilir. O da qeyd edilir ki, guya fevralın 27-dək bu müraciətə 100 min insan qoşulsa, ABŞ prezidenti Barak Obama Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə münasibət bildirəcək. Bu kimi dezinformasiyaların ardınca dağıdıcıların inhisarında olan mətbu orqanlarda "Human Rights Watch" təşkilatının 2012-ci ildə dünyada insan hüquqlarının vəziyyəti haqqında hesabatı yer aldı. Guya həmin hesabatda ölkəmizdə insan hüquqlarının, vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğu qeyd edilir. Dağıdıcıların mətbu orqanlarının manşetini bəzəyən fikirlərə diqqət yetirdikə onların hansı məqsəd naminə çalışdıqları aydın görünür. Həmçinin həmin yazılarda səsləndirilən fikirlər onların təşkilatın təmsilçilərinə deyil, özlərinə məxsus olduğunu açıqlayır. Guya Avropa Şurası Parlament Assambleyasının komitələrindən birinin məruzəsində Azərbaycanda 89 siyasi məhbus olması haqqında məlumat yer alıb. Qeyd edək ki, bu günlərdə AŞPA-nın qış sessiyasında Azərbaycanda "siyasi məhbus"larla bağlı hesabatın qəbul edilməməsi aparılan bu əsassız təbliğata tutarlı cavabdır. Qurum təmsilçiləri Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində atılan addımları yüksək dəyərləndirdiklərini bildirərək, bu amili xüsusi önə çəkilmişdir ki, insan hüquqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi üçün görülən işlər təqdirəlayiqdir. Demokratiya və azadlığın təbliği adı altında fəaliyyət göstərən, həqiqətdə isə bu anlayışın mahiyyətini dərk etməyən belə təşkilatların hesabatları, bəyanatları heç vaxt birmənalı qarşılanmayıb. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir ki, adları çəkilən təşkilatlar heç vaxt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarını dilə gətirmirlər. Bu, bir daha həmin hesabatların dağıdıcı ünsürlərin və erməniləri müdafiə edən "hüquq müdafiəçiləri"nin məlumatları əsasında hazırlandığını təsdiqləyir. Çünki onları heç vaxt Dağlıq Qarabağ problemi, bir milyondan artıq soydaşımızın pozulmuş hüquqları narahat etməyib. Buna görə də beynəlxalq təşkilatlara göndərdikləri müraciətdə, verdikləri məlumatlarda bu məsələlər yer almır.

Reallıq budur ki, Azərbaycan uğurları ilə dünyanın diqqətindədir. Bircə faktı qeyd etmək kifayətdir ki, 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamdan sonra "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq olunub ictimai müzakirəyə çıxarılması dövlətimizin siyasətində insan amilinin öndə dayandığını bir daha ortaya qoydu. Bu fakt da hər kəsə bəllidir ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qurumlar, dairələr dağıdıcıların dostuna çevrilir, uğurları düzgün dəyərləndirib, ölkəmizin inkişaf, tərəqqi yolunda inamla irəlilədiyini bildirən təşkilatlar isə hər zaman bu ünsürlər tərəfindən tənqidə tuş gəlib, hakimiyyətə xidmət etməkdə suçlandırılıblar.

Dağıdıcıların və "ziyalı" adına ləkə gətirən "ziyalılarımız"ın erməni sevgisi

Bu mövzunu bir cümlə ilə də ifadə etmək mümkündür. Mənəviyyatsızlığı, simasızlığı, xəyanətkarlığı özlərinə bir həyat amalı seçən şəxslərdən hər addım gözləniləndir. Xalqın yazıçısı adını alan əkrəm əylislilər millətini, xalqını aşağılayıb, ermənini üstün tutursa, öz millətini qaniçən kimi təqdim edirsə, dağıdcı müxalifətə xidmət edən mətbu orqanlar xalqın qəzəbinə, nifrətinə səbəb olan "Daş yuxuları" hissə-hissə öz səhifələrində çap etdirirsə, o əsəri yazanın da, onun müdafiəsinə qalxanın da mənəviyyatı, vətənə, xalqa sevgisi budur.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər