PDF Oxu

Araşdırma

  • 7 541

ELŞAD ABDULLAYEVİN HƏBSİ UZAQDA DEYİL

Qanunvericiliyin tələblərinə görə rüşvət alanlarla yanaşı, rüşvət verənlər də cinayət məsuliyyəti daşıyırlar

ELŞAD ABDULLAYEVİN HƏBSİ UZAQDA DEYİL

Fevralın 13-də barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova barəsində daha bir sensasion məlumat yayılıb. Artıq məlumata görə, məhkəmənin hökmündən dərhal sonra G.Əhmədovanın mülklərinin müəyyənləşməsi və nəzarətdə saxlanması, eləcə də, onlarda müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb. Eyni zamanda Baş prokurorluq da bu barədə məlumat yayıb.

Xatırladaq ki, istintaq dövründə təqsirli bilinən şəxsin əmlakının özgəninkiləşdirilməsinin qarşısının alınması üçün onlara həbs qoyulur və bu əmlakın hansı yolla əldə edilməsi müəyyənləşdirilir. İstintaq zamanı G.Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi mülkləri müəyyənləşib. Məlum olub ki, bu mülklər milyonlarla manat dəyərindədir.

Eyni zamanda, hüquq mütəxəssisləri və ekspertlərin qənaətlərinə görə G.Əhmədovaya məxsus olan obyektlər satılarsa, E.Abdullayevin iddia etdiyi və deputat olmaq üçün rüşvət kimi verdiyi pulları əvəz edir.

Beləliklə, deputatlıq bazarlamasında rüşvət alan G.Əhmədova həbs olundu. İndi isə növbə rüşvət verənin - Elşad Abdullayevindir. Çünki qanunvericiliyin tələblərinə görə rüşvət alanlarla yanaşı, rüşvət verənlər də cinayət məsuliyyəti daşıyırlar.

E.Abdullayev G.Əhmədovanın həbsindən dərhal sonra yenidən müxalifət mediasına çıxaraq, bunula özünün nə qədər "təmiz" və "qanunpərəst" olması haqqında fikirlər səsləndirməyə başlayıb. Eləcə də onun, itkin düşmüş qardaşı M.Abdullayevin (bir sıra mənbələrin tutarlı dəlillərinə görə, qardaşı M.Abdullayevin itkin düşməsində, yaxud öldürülməsində bilavasitə E.Abdullayevin marağı və əli olub - R.R.) yoxa çıxmasını yenidən siyasiləşdirərək, dövlətin nüfuzlu şəxslərinə qarşı şantaj etməyə başlaması, əslində, E.Abdullayevin digər cinayətlərinin ifşa olunmasına xidmət edir.

Elşad Abdullayev də erməniyə "dayı" deyirmiş

Əldə etdiyimiz məlumatlara görə, fəaliyyəti dayandırılmış ABU-nun hazırda Fransada yaşayan cinayətkar "rektoru" dələduzluq, orqan ticarəti və başqa cinayətləri ilə yanaşı, həm də ermənilərlə davamlı əlaqədə olub, onlarla birgə öz cinayətkar əməllərini həyata keçirib.

Belə ki, ötən yazılarımızın birində E.Abdullayevin ABU-nun Moskva filialının açılmasında ermənilərlə iş birliyində olması haqqında kifayət qədər məlumatlar verilmişdi. Əldə etdiyimiz digər məlumatlara görə, artıq həmin informasiyaların da həqiqətəuyğunluğu müvafiq sənədlərlə öz təsdiqini tapır. Bu sənədlər vasitəsilə bəlli olub ki, uzun illər Azərbaycanda "vətənpərvərlikdən", "milli mənafedən" dəm vuran E.Abdullayev dələduz ermənilərlə necə işgüzar sövdələşmələr aparıb, Azərbaycanda minlərlə tələbənin və valideynin göz yaşları içində ələ keçirdiyi pulları Moskvada ermənilərə necə verirmiş... Məsələn, E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş bir qondarma universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karlenoviçdən almışdır. Həmin sənədlərin biri 12 iyul 2005-ci ildə imzalanmış "Beh Müqaviləsi"dir. Sənədin bir tərəfini 29 iyun 1959-cu ildə Moskva şəhərində anadan olmuş Sarkisyan Feliks Karlenoviç imzalayıb, digər tərəfini isə Azərbaycan vətəndaşı, 25 sentyabr 1954-cü ildə Kürdəmir rayonunda anadan olmuş Abdullayev Elşad İslam oğlu imzalamışlar. "Müqavilə"nin 1-ci bəndində göstərilir ki, Abdullayev Elşad İslam oğlu göstərilən müqavilə əsasında 900 kvm sahəsi olan torpaq sahəsinə, həmçinin, həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 491,70 kvm. olan yaşayış evinə, nəhayət, ümumi sahəsi 247,80 kvm. sahəsi olan qonaq evinə görə Sarkisyan Feliks Karlenoviçə qabaqcadan beh kimi 200 min dollar pul verir. Həmçinin, müqavilənin 1.1. bəndində göstərilir ki, E.Abdullayev həmin məbləğdə olan pulu şəxsən F.Sarkisyana vermişdir.

Müqavilənin 2-ci bəndində isə qeyd olunur ki, tərəflər alqı-satqı üzrə bütün sənədləşmələri 12 avqust 2005-ci ildə başa çatdırmağı öhdəsinə götürür. Bundan əlavə, müqavilənin 2.2 bəndindən isə məlum olur ki, bu əmlakın ümumi dəyəri 800 min dollar civarında qiymətləndirilib. Həmin bənddə o da qeyd olunur ki, tərəflərdən E.Abdullayev öhdəlik götürür ki, 800 min dolları verir, V.Sarkisyan isə həmin məbləği qəbul etdiyi andan adıçəkilən obyekti E.Abdullayevə təhvil verir. Beləliklə, müqavilənin yekun hissəsində bir daha qeyd olunur ki, F.Sarkisyan E.Abdullayevdən beh kimi 200 min dolları qəbul etdi. Və həmin sənədin sonunda tərəflərin imzaları verilib.

Vəkil Ramiz Zeynalov: "Siz fikir verdinizmi, bu maşennik Azərbaycandan talayıb apardığı pulları erməniyə verir, müqaviləni ermənidən alır, hətta səlahiyyətli nümayəndəsi olan Malik Mehdiyevə etibarnamə verən notarius da erməni L.A.Musaelyandır"

E.Abdullayev cinayətini yaxından təhlil edən hüquqşünas vəkil Ramiz Zeynalov da cinayətkar "rektorun" qaranlıq əməllərinin ifşasında bir sıra məlumatlara malik olduğunu mətbuata yaymaqdadır. Belə ki, hüquqşünas vəkil apardığı araşdırmalar nəticəsində daha bir dəlili ortaya çıxarmağa nail olub. Məlum olub ki, yuxarıda qeyd edilən sənədlərin sırasında "Mehdiyev Malik Hüseynqulu oğlu" adlı bir imzaya da rast gəlinib: "Əlimdə olan digər bir alqı-satqı müqaviləsi isə 22 sentyabr 2005-ci ildə bağlanıb. Bu müqaviləni isə bir rəsmi tərəf kimi Sarkisyan Feliks Karlenoviç, ikinci rəsmi tərəf kimi isə Mehdiyev Malik Hüseynqulu oğlu imzalayıb. Bu yekun alqı-satqı müqaviləsinə isə Elşad Abdullayevin Moskvada dövlət notariusu L.A.Musaelyan tərəfindən verilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi Malik Mehdiyev imza atıb. Bu müqavilənin də 9-cu bəndində göstərilir ki, Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi olan Malik Mehdiyev Feliks Sarkisyana 1 miyon 975 min 530 min rubl nəgd pulu təhvil verdi... Və əlimdə bir də hər üç digər sənədlərdən biri də torpaq sahəsi, onun üzərindəki yaşayış binası və qonaq evinə aid olan üç mülkiyyət şəhadətnaməsi vardır... Siz fikir verdinizmi, bu maşennik Azərbaycandan talayıb apardığı pulları erməniyə verir, müqaviləni ermənidən alır, hətta səlahiyyətli nümayəndəsi olan Malik Mehdiyevə etibarnamə verən notarius da erməni L.A.Musaelyandır".

E.Abdullayevin kompanyonu F.Sarkisyan Qarabağ ermənisidir və valideynləri "DQR"də yaşayır, bu qondarma quruma maliyyə yardımı edənlərdən biridir

Məlumata görə, E.Abdullayevin Moskvada aldığı bu obyektlərə görə 800 min dollar pul verdiyi F.Sarkisyan Qarabağ ermənisidir və valideynləri, yaxın qohumları "DQR"da yaşayır, bu qondarma quruma maliyyə yardımı edənlərdən biridir. E.Abdullayev də Azərbaycanda dələduzluq yolu ilə əldə etdiyi külli miqdarda pulu F.Sarkisyana verməklə, həm də birbaşa olaraq "DQR"ə yardım etmiş olub.

E.Abdullayev ermənilərin əli ilə Dubayda da ABU adlı cinayətkar yuvası yaradıbmış, pozğun qadınlara "tələbə bileti" verib Dubaya "oxumağa" göndərirmiş

Hələ Azərbaycanda olarkən Moskvadakı rektoru erməni olan Moskva Açıq Universitetinin rəhbəri ilə sıx əlaqələr quran E.Abdullayev onun və digər ermənilərin əli ilə Dubayda ABU adlı cinayətkar yuvası yaratmağı planlaşdırıb. Hətta digər məlumatlara görə, çox qısa müddət ABU-nun Dubay filialı mövcud olub. Hansı ki, E.Abdullayev bu qondarma filialın da adına Azərbaycandakı gözüyaşlı valideynlərin pullarını Dubaya daşıyaraq orada da mülklər, obyektlər alıb. Həmçinin, E.Abdullayevin Dubay sərgüzəştləri ilə bağlı tükürpədici informasiyalar meydana çıxmaqdadır.

Məsələ ondadır ki, ABU-nun Dubay filialının qondarma fəaliyyəti adı altında bir zamanlar E.Abdullayevin adamları Dubaya ağıldan və ayaqdan sürüşkən, pozğun həyat tərzi keçirən məlum qadınları "universitetin" Dubay filialının "tələbələri" kimi tələbə bileti verib göndərirmişlər. Bu qadınlar da tələbə kimi heç bir şübhə yaradılmadan, sərbəst olaraq Dubaya istədikləri "oxumağa" vaxt gedib-gəlirmişlər.

Nəticədə, E.Abdullayevin "hüquq doktoru" kimi nə qədər "təmiz" fərd olduğu bu kimi sübut və dəlillərdən də görünür.

Onun bu istiqamətdəki "uğurlu təhsil" faliyyəti haqqında növbəti sayımızda geniş təfərrüatlar açıqlanacaq. Bizi izləyin...

R.RƏSULOV

Digər xəbərlər