PDF Oxu

Araşdırma

  • 2 968

Əkrəm Əylisli xəyanətində dağıdıcı müxalifət və rəzillik faktoru

Bu ünsürlər satqın yazarın Azərbaycan xalqının maraqlarına zərbə vuran əməlləri barədə susur, ictimaiyyətin xəyanətkara qarşı sərgilədiyi haqlı münasibətini tənqid edirlər

Əkrəm Əylisli xəyanətində dağıdıcı müxalifət və rəzillik faktoru

Xəyanətkar yazar, Azərbaycan xalqının milli şüuruna, milli- mənəvi dəyərlərinə, əqidəsinə və heysiyyatına qarşı ermənilər qədər düşmən kəsilən Əkrəm Əylisli (Naibov-R.N.) bu gün də sağlam düşüncəli cəmiyyət tərəfindən qınanılır, rədd edilir.

Lakin bu kimi hallarda daim cəmiyyətin milli marağını yerə vurmaqla özlərini xalqdan təcrid edən tərəflər də tapılır ki, onların ünvanları dəyişilməz olaraq qalır - dağıdıcı müxalifətin və anti-milli ünsürlərin cəmləşdiyi "İctimai Palata", eləcə də, onların qondarma "ziyalı", reneqat ətrafları. Məhz bu gün Əkrəm Naibov kimi rəzil fərdin dəstəkvericiləri olan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "Ziyalılar Forumu"nun reneqat təmsilçisi Eldar Namazov və Rüstəm İbrahimbəyov kimi xəyanətkarları Ə.Naibovun Azərbaycan xalqının maraqlarına zərbə vuran əməlləri barədə susur, daha çox ictimaiyyətin bu xəyanətkara haqlı münasibətini tənqid edirlər. Tənqid etdikcə də gizləndikləri qaranlıq pərdələrin arxasında özlərini ifşa edirlər. Söz yox ki, bu istiqamətdə onların təbliğat maşınları da "səmərəli" fəaliyyət göstərir. AXCP və Müsavat partiyalarının təhkimində olan "Azadlıq" və "Yeni Müsavat" kimi qəzetlər sözügedən məsələdə bilavasitə erməni dəyirmanına su tökür, düşmən mətbuatına necə deyərlər, tezislər ötürürlər.

"Azadlıq" qəzeti ənənəsinə sadiq qalaraq, ermənilərin Azərbaycandakı ruporuna və sözcüsünə çevrilmişdir

Məsələn, "Azadlıq" qəzeti AXCP sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq (xatırladaq ki, bu mətbu orqanda "siyasət şöbəsi" təqdimatı bilavasitə Ə.Kərimlinin gizli imzasıdır - R.N.) cəmiyyətin mövqeyinə qarşı çıxır, Ə.Naibovun əməlinə bəraət qazandırmağa, onu müdafiə etməyə cəhd göstərir. Bu gün "Azadlıq" qəzeti ənənəsinə sadiq qalaraq kosmopolit və anti-milli təfəkkürlü ünsürlərə geniş yer verir, normal düşüncəli cəmiyyəti məsələnin əsil mahiyyətindən yayındırmağa və siyasiləşdirərək hakimiyyətə qarşı yönəltməyə çalışır. Çünki qarşıdan prezident seçkiləri gəlir və həmin seçkilərin "antidemokratk" keçirilməsi istiqamətində veriləcək "bəyanatlarda" Ə.Naibov amilindən də kifayət qədər yararlanaraq, ermənipərəst siyasi dairələrdən dəstək qazanmaq mümkündür. Məhz bu səbəbdən, "Azadlıq" qəzeti ənənəsinə sadiq qalaraq, ermənilərin Azərbaycandakı ruporuna və sözcüsünə çevrilmişdir. Təbii ki, erməni təbliğat maşını da "Azadlıq" qzetinin anti-Azərbaycan xarakterli məlumatlarından istifadə edir, bu amildən Azərbaycana qarşı aparılan informasiya müharibəsində hücum vasitəsi kimi yararlanır. Belə olan təqdirdə, istər "Azadlıq", istərsə də "Yeni Müsavat" qəzetlərinin xalqın, dövlətçiliyin və milli dəyərlərin inkişafındakı qondarma "dəyərləri" bir daha önə çıxır.

Əkrəm Naibov xəyanətində onu müdafiə edənlər arasında daha çox canfəşanlıq edənlərdən biri də gözlənildiyi kimi Leyla Yunus oldu

Bu gün həmin xəyanətkarla toplumu millətin əksinə olaraq düşünürlər ki, vətəndaşların Ə.Naibova münasibəti Azərbaycanın milli maraqlarına zərər vurur. Ancaq söz yox ki, dağıdıcı müxalifətin ümummilli maraqlar haqqında qeyri-səmimi iddiaları cəmiyyətdə ironiya doğurur. Bu ironiyadan isə istər-istəməz haqlı suallar yaranır: Hansı səbəbə görə, bu gün "Əylisli yaradıcılığı"nı müdafiə edən tərəflər "Eurocision" mahnı müsabiqəsində, eləcə də, digər beynəlxalq tədbirlər ərəfəsində xarici jurnalistlərin qarşısına çıxıb, bir milyon qaçqın, itirilmiş torpaqlar və itkin düşmüş vətəndaşlar haqqında bir kəlmə də olsun danışmadılar? Yaxud, onlar müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iş aparanda, xarici anti-Azərbaycam dairələrlə sıx əməkdaşlıq edəndə və onların sifarişlərini yerinə yetirəndə, küçələrə çıxaraq xarici jurnalistlərin diqqətini yanlış istiqamətə tərəf yayındıranda, niyə milli maraqları xatırlamırdılar? Yoxsa milli maraqlar da onların qeyri-sağlam düşüncələri kimi tez-tez dəyişilir, fərqlənir? Əlbəttə ki, bu, belə deyil. Çünki milli maraqları anlamaq və qavramaq üçün insanın daxilində milli hiss olmalıdır. Bunlarda isə belə əhəmiyyətli amillər əzəldən mövcud olmayıb.

Əksinə, dağıdıcı müxalifət mətbuatının əvəzolunmaz "baş qəhrəmanı" Leyla Yunus Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi "publicdialogues.info" saytında xəyanətkar Ə.Əylislinin müdafiəsi ilə bağlı kampaniya həyata keçirir. O, bu kampaniya çərçivəsində Ramil Səfərov kimi qəhrəman zabitimizi "qatil" adlandırır və iddia edir ki, bu hadisədən sonra "Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Əylisli xilas edir" (?!). Uzun illərdir "hüquq müdafiəçisi" adı altında Azərbaycanın daxilində erməni maraqlarına xidmət edən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və təlimatlandırılan L.Yunus ölkə ictimaiyyətinin ən sərt qınağına, təpkisinə, hiddətinə və nifrətinə layiqdir. Çünki Azərbaycan xalqı dünyaya Xocalı kimi bir soyqırımı tanıtmağa çalışdığı bir zamanda, L.Yunus və onun kimi rəzil fərdlər Ə.Naibov kimi xəyanətkarları ermənilərin əlində olan "publicdialogues.info" saytında müdafiə edir. Bu həyasızlığa milli xəyanətdən başqa hansı adı vermək olar? Yəqin ki, bunu da cəmiyyət özü müəyyənləşdirəcək.

Reneqat Eldar Namazov Ə.Naibovun xalqa xəyanətinə şərik çıxıb

Xalqa və cəmiyyətə özlərini "ölkənin aparıcı ziyalıları" kimi sırıyan "Ziyalılar Forumu" habelə orada cəmləşən reneqatlar toplumu da Ə.Naibov məsələsində dağıdıcı ünsürlərdən fərqlənməyən hərəkətlər nümayiş etdirirlər. Artıq göründüyü kimi, reneqat E.Namazovun qruplaşması xəyanətkar Ə.Naibovu müdafiə edir, ona qarşı cəmiyyətin haqlı narazılığını tənqid hədəfinə çevirirlər. Söz yox ki, belə davranışların arxasında da müəyyən maraqların dayandığı şəksizdir. Bəs nədir həmin maraqlar? Çünki E.Namazovun mətbuatda bu barədə danışmaq istəməmək cəhdləri onun hansısa ifşadan qorxması ilə bağlıdır. Həmin ifşa isə baş verib. Qeyd etdiyimiz kimi, E.Namazov mətbuata açıqlamasında nəyə görəsə jurnalistin Ə.Naibova münasibətlə bağlı sualına cavab verməkdən yayınıb. Yayınmağı isə belə bir məqamla bağlıdır. Cəmiyyətə agah olub ki, E.Namazov bu romanla ("Daş yuxular"la) öncədən tanış olub və onun çap olunacağını bilərək qarşısını almaq üçün heç bir iş görməyib, hətta cəmiyyəti belə məlumatlandırmayıb. E.Namazov bunda "Ziyalılar Forumu", yaradılacağı və onun rəhbər gətiriləcəyi "El" təşkilatının perspektivi üçün, ümumiyyətlə, öz siyasi karyerası üçün təhlükə görüb. Göründüyü kimi, siyasi ambisiyaları xaritinə milli xəyanəti ifşa etməyən E.Namazov öz dividendlərinin reallaşması üçün bilərəkdən həmin addımı atıb. Bununla da Ə.Naibovun xalqa xəyanətinə şərik çıxıb.

Rüstəm İbrahimbəyov "Böyük Ermənistan" şəninə sağlıq deyən, eləcə də, "Əylisli yaradıcılığından" bəhrələnən rəzil ünsürdür

Xəyanətkar Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirənlərdən biri də Rüstəm İbrahimbəyovdur. Bu həmin R.İbrahimbəyovdur ki, onun ermənilərə simpatiyası tükənməzdir. O, ermənilərlə yaxın dostluq əlaqələrinə malik, Bakını ermənilərsiz təsəvvür etməyən, daşnaklarla eyni məclsilərdə oturub "Böyük Ermənistan"ın şəninə sağlıq deyən, eləcə də, "Əylisli yaradıcılığından" bəhrələnən rəzil ünsürdür. Bu gün əsassız iddialarla çıxış edən R.İbrahimbəyov onu ermənilərlə bağlayan səbəblər, öz cinayət əməlləri, talançılıq fəaliyyəti, dostlarına xəyanəti, qeyri-etik həyat tərzi barədə danışsa, daha səmimi görünər.

Onlar erməniləri təbliğ edən, erməni tarixini Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı mövqelərini söz azadlığı ilə pərdələməyə çalışırlar. Bu baxımdan, onların bu addımı Ermənistan Yazıçılar Birliyinin mövqeyindən qətiyyən seçilmir.

Bütün bunlar isə bir daha göstərir ki, reneqat E.Namazovun dəstəsi yalnız bu və ya digər səbəbdən incik düşmüş, öz biznes və karyera maraqlarını təmin edə bilməmiş ünsürlər toplumudur. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Bütün bunlar onlar üçün əsil simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir.

Son olaraq yazını bu cür sonlandırmaq mümkündür. Ermənistanda Ə.Naibovun "Daş yuxular" əsərinə bədii film şəkmək istəyirlər. Yəqin ki, 2013-cü il seçkilərindən sonra məğlub olacaq dağıdıcı müxalifət ünsürləri, reneqatlar toplumu, eləcə də, "hüquq müdafiəçiləri" xalqın üzünə çıxa bilməyərək (əgər bu utanc hissi onlarda varsa - R.N.) üzlərini Ermənistana tərəf tutub, oraya gedəcəklər. Çünki Ermənistanda onları daha bir yenilik - Ə.Naibovun "Daş yuxular" adlı əsərinə çəkilmiş tammetrajlı bədii filmin premyerası gözləyir...

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər