Prezident İlham Əliyevin Sədrliyi ilə kecirilən müşavirədə səslənən prinsipial və əhəmiyyətli fikirlər ictimayyətin rəğbətlə qarşıladığı mövzuya cevrilib
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2009-2013-cü illər "Regionların sosial-iqtisadi inkşafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunları ilə bağlı müşavirə kecirildi. Müşavirədə iqtisadi-siyasi uğurlardan danışıldı və Prezident bəzi məmur özbaşnalığını, yerli icra orqanlarında sahibkarlara yardılan süni maneləri tənqid etdi. Cənab Prezidentin bu kimi sərt mövqeyi, fikirləri insanlarda, ictimaiyyətdə hansı təəssüratı yaratdı? Bu məsələ ilə bağlı şəhər əhalisi arasında sorğu keçirtdik.
Məhəbbət Rəsulov, ehtiyatda olan hərbiçi:
- Prezidentimiz İlham Əliyevin çıxışı bizlərdə çox gözəl təəssüratlar bağışladı, çox gözəl çıxış elədi və dediyi bütün sözlər aydın şəkildə aidiyyatı orqanlara çatdırıldı. Özbaşınalıq edən hər kəs bundan düzgün nəticə çıxarmalıdır. Vəzifələrindən süni şəkildə istifadə edənlər və eləcə də, onların övladları özbaşnalıqdan çəkinməlidirlər. Bütün ictimaiyyət, həmçinin də, mən bir hərbiçi olaraq cənab Prezidentin fikirlərini yüksək dərəcədə bəyənir və alqışlayıram.
Vəli Mustafayev, müəllim:
- Hər kəs kimi mən də cənab Prezidentin çıxışını çox müsbət qarşıladım. Prezidentimiz etimadı doğrulda bilməyən bəzi məmurları vəzifələrindən uzaqlaşdırsaydı, daha yaxşı olardı. Hökumət orqanlarında daha çox gənc kadrlara ehtiyac var. Ölkədə qanuna nə qədər riayət olunsa, xarici siyasətə qoşulmaq da bir o qədər asan olar. Vətəndaşların rifah halının birbaşa cənab Prezidentin şəxsən diqqətində olması tədqirəlayiqdir. Bu kimi addımlar əhali tərəfindən rəğbətlə qarşılanır.
İsmət Məmmədov, həkim:
- Mən özüm Gədəbəy rayonunda yaşayıram və həmin rayonda həkim işləyirəm. Regionlarda gedən təmir-tikinti, abadlıq işlərini, inkşafı görməmək mümkün deyil. Hər bir rayonda, hər bir kənddə əhalinin rifah halının yaxşılaşdırılması, tələbatının təmin olunması baxımından, çox səmərəli işlər görülüb və bu gün də görülməkdədir. Bu gün Azərbaycanda bu qədər işlərin görülməsinə baxmayaraq, məmur özbaşnalığı da mövcuddur. Cənab Prezident keçirilən müşavirədə çox haqlı iradlarını lazımi insanlara bildirdi. Biz Yeni Azərbaycan Partiyasının uzunömürlü olmasını istəyir və Cənab Prezidenti dəstəkləyirik.
Aləmzər İsmayılova, evdar xanım:
- Keçirilən müşavirədə Prezidentimizin söylədiyi bütün fikirləri dəstəkləyirəm. Əhalinin güzəranının yaxşılaşdırılması prossesinin Prezidentimizin birbaşa diqqətində olmasının özü sevindirici haldır. Xüsusən də, yaşlı insanlara qayğı, pensiyaların artımı bu qayğının göstəriciləridir. Cənab Prezidentin müşavirədə dediyi haqlı iradlar, fikirlər doğru və düzgün şəkildə deyildi. Müşavirədə əyləşən bəzi məmurlar ibrət götürməlidirlər. Qanun hər kəs üçün eynidir. Mən bir şəhər sakini olaraq, Prezidentimiz İlham Əliyevi dəstəkləyirəm.
Nailə Abbasova, müəllimə:
- Bəzi məmurların uşaqlarının özbaşnalığı, qanunları pozmaları mövcuddur. Çox böyük hallarda yol hərəkəti qaydalarını pozmaları, qəzalar törətmələri özbaşnalıqdan irəli gəlir. Bu kimi halların qarşısı alınmalı, onlar haqqında ölçü götürülməlidir. Cənab Prezidentin fikirləri cəmiyyətdə çox gözəl qarşılandı.
Arifə Məhyəddinova, kitabxanaçı:
- Biz birmənalı şəkildə Prezidentimizi dəstəkləyirik, Cənab İlham Əliyevin bütün fikirləri ilə razıyıq. Son zamanlar xalqın əsəbləri ilə oynayan bu insanlar Prezidentimizin sözlərindən ibrət götürsələr, yaxşı olardı. Məmurlar Prezidentimizin onlara göstərdiyi inam və etimaddan sui-istifadə edirlər və vəzifələrində boşluğa yol verirlər. Yəqin ki, müşavirədən sonra bu kimi neqativ hallar aradan qalxacaq.
Zinharə Həsənova, müəllimə:
- Mən bir müəllimə kimi Cənab Prezidentin gördüyü bütün işləri qiymətləndirirəm. Azərbaycan xalqının rifahı hər zaman Cənab Prezidentin diqqətində olmuşdur. Burada heç kim üçün ayrı özəllik yoxdur. Hər kəs Azərbaycan vətəndaşıdır: istər məmurlar, istərsə də sıravi insanlar.
Ətraf Sərraf, ziyalı:
- Təbii ki, mən Cənab Prezidentin fikirlərini çox gözəl qarşılayıram. Hər zaman arzumuz olub ki, gördüyümüz hər bir iş qanunla nizamlansın. Bu proses, əlbəttə ki, ölkəmizin inkşafına müsbət təsirini göstərəcək.
İntiazarə,
Babək