PDF Oxu

Araşdırma

  • 1 586

YAP rayon təşkilatlarından etiraz səsləri

Əkrəm Naibovun xəyanətkar addımı sağlam cəmiyyət tərəfindən kəskin olaraq pislənilir

YAP rayon təşkilatlarından etiraz səsləri

Əkrəm Naibovun (Əylislinin) xəyanətkar, Azərbaycan xalqının milli heysiyyatına zərər vuran "Daş yuxular" adlı qondarma əsəri sağlam cəmiyyət üzvləri tərəfindən etirazlarla qarşılanmaqdadır. Belə ki, bu haqlı etirazlarda Yeni Azərbaycan Partiyasının rayon təşkilatları da öz səslərini ucaltmaqdadırlar.

Ramiz Tatarov: " Bu "yuxular" Əkrəm Naibovun suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə xəyanətdir"

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Lakin buna baxmayaraq, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaq üçün sürətlə irəliləyir: "Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin işğal olunmuş torpaqları erməni işğalında qalmasın. Məgər 31 Mart Soyqırımı, Bakıda törədilən 20 Yanvar hadisələri, Şəhidlər Xiyabanı, Qafqaz İslam Ordusu, Türk Şəhidliyi göz önündə deyilmi?! Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi, həmçinin, Qarabağda vuruşan, amansızcasına öldürülən şəhidlərin qanı işğalçı erməni vandalizminin bariz nümunəsi deyilmi?!

Nəticə etibarı ilə bu "yuxular" Əkrəm Naibovun suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə xəyanətdir. Əkrəm bundan sonra getsin Eçmiədzində erməni katolikosunun köməkçisi vəzifəsini daşısın. Çünki o, bu əsərlə ermənilərin dəyirmanına su tökür. Yeni Azərbaycan Partiyasının üzvü olaraq mən də bu etirazlara qoşulur, kəskin etirazımı bildidirəm".

Mehriban Abasquliyeva: " Əkrəm Naibov bu ziyanlı əsəri ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsassız iddialarına zəmin yaradır"

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə vurğulayıb ki, Əkrəm Naibovun bu əsəri erməni ideologiyasına xidmət edir: "Əkrəm artıq "Əylisli" təxəllüsündən məhrum olunub. Bunu onun doğma kəndi olan Əylis camaatı tələb edib. İndi o sadəcə öz xalqına xəyanət etmiş Əkrəm Naibovdur. Onun nə xalq yazıçısı adını, nə də "İstiqlal" ordenini daşımağa haqqı yoxdur. O, açıq-aşkar erməni işğalına və erməni separatizminə haqq qazandırır. Əkrəm Naibov bu ziyanlı əsəri ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsassız iddialarına zəmin yaradır. Bu kitab Azərbaycanda heç vaxt nəşr olunmayacaq".

M.Abasquliyeva daha bir maraqlı məqama toxunaraq qeyd etdi ki, Ə.Naibov milləti, xalqı təhqir etməklə həm də müqəddəs ana obrazına da xələl vurub: "Çünki Vətən anadır. Vətənə qarşı çıxmaq, anaya qarşı çıxmaqdadır. Milləti təhqir etmək, onun heyssiyyatına toxunmaq həm də analara edilmiş həqarətdir. Sadəcə utansın, əgər bu üz onda varsa. İnanmıram ki, Əkrəm kimi naqis fərddə utanan üz ola. Çünki onun qanında Azərbaycan geni yoxdur".

Nizami Əhmədov: " Azərbaycan çörəyini yeyib, ona qarşı çıxanlar bu xalqın övladı ola bilməz"

YAP-ın Qax rayon təşkilatının sədri Nizami Əhmədov da siyasi həmkarları və sağlam düşüncəli cəmiyyətin etirazlarına qoşulduğunu bildirir. "Ölüm mələyi bir gün onun çiyninə qonanda onun tabutu bu millətin deyil, ermənilərin çiynində olacaq" deyə bildirən N.Məmmədov qeyd edib ki, ermənilər gələcəkdə Əkrəm Naibovun kitabını əllərində tutub sübut kimi göstərəcəklər: "Üstəlik, bir qondarma romanın içində öz xalqını təhqir etmək qəbuledilməzdir. İnanmıram ki, kökü saf olan adam belə işlər görə bilər. Tək Əkrəm yox, bütün anti-Azərbaycan təbliğatı aparanların bu durumu qaçılmazdır. Azərbaycan çörəyini yeyib, ona qarşı çıxanlar bu xalqın övladı ola bilməz. Onun etdikləri isə dəqiq nankorluqdur. Təklif edirəm ki, Əkrəm Naibov Azərbaycan vətəndaşlığından məhrum edilsin. Qoy getsin Qareginin yanında kilsədə ona nökər işləsin. Başqa yolu yoxdur".

Ramiz Şabanov: " Əkrəm bu xalqın, bu millətin qanını daşımır, onun qanı erməni qanı ilə qarışıqdır"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Əkrəm Naibov "yaradıcılığını" birbaşa erməni yaradıcılığı olduğunu deyərək vurğulayıb ki, bu əsər böyük xəyanətdir: "Bu, təkcə Ermənistandan gəlmiş azərbaycanlılar və qarabağlıların məsələsi deyil, bütün xalq səsini qaldırmalıdır. Əsərdə cürbəcür ayamalarla xalqın bütün üzvlərinə ad qoyulur. Bu, açıq təhqir. O, illər boyu Azərbaycan xalqı ilə oyun oynayıb, özünü daim xalqdan üstün tutub. Həmçinin, onun neçə il əvvəl yazdığı əsəri seçki ilində ortaya çıxarması da onun məqsədinin çirkin olmasından xəbər verir. Əkrəm bu xalqın, bu millətin qanını daşımır, onun qanı erməni qanı ilə qarışıqdır. Ar olsun ona!"

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər