PDF Oxu

Araşdırma

  • 9 179

Xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş iqtisadi strategiya

Xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş iqtisadi strategiya

Bu gün ölkəmizin daha da güclənməsi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin son 9 ildən artıq dövr ərzində gördüyü işlər, bunların nəticəsi olaraq ölkəmizin qazandığı uğurlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən geniş təhlil olunur və yüksək qiymətləndirilir.Azərbaycanın bü günki inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır.

Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hal-hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası nəticəsində Azərbaycan enerji sahəsində dünya miqyasında çox ciddi tərəfdaşa çevrilib. Respublikada həyata keçirilən neft-qaz layihələri Azərbaycanın dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkə kimi tanınması ilə nəticələndi. Bu siyasətin davamı olaraq Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş TANAP layihəsi demək olar ki, bütün dünyaya səs saldı. Dünyanın aparıcı ölkələri və beynəlxalq qurumlar birmənalı olaraq bu layihəyə öz dəstəklərini bildirdilər. "Gələcəkdə bizi daha da böyük layihələr gözləyir" söyləyən dövlət başçısı İlham Əliyev bir mühüm reallığı da diqqətə çatdırır ki, Azərbaycanın təşəbbüşçüsü və iştirakçısı olduğu layihələr dünya enerji xəritəsində yeni çığırlar açır.

Ölkəmizlə iqtisadi əməkdaşdlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Yeni yataqların aşkarlanması, müxtəlif ölkələrlə imzalanan sazışlər, anlaşma memorandumları bunu söyləməyə əsas verir ki, ölkəmiz qarşıdaki illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. Beləliklə bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir və ölkəmizin artan iqtisadi imkanları uğurlu sosial siyasətin həyata keçirilməsini təmin edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də ölkəmizin artan nüfuzunun və siyasi çəkişməsinin təsdiqidir.

"Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavaistə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik – neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünki reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək." Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəlləyişi həm gözlə görmək mümkündür, həm də statistik rəqəmlərdə öz əksini tapir. Ötən ilin nəticələrinə nəzər saldıqda qeyri-neft sektorunun 9,7 faiz artmasını müşahidə etmək olar. Bu da, Respublikanın ümumi daxili məhsulun səviyyəsinin artımına öz müsbət təsirini göstərmişdir.

Son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılması qeyri-neft sektorunun sürətlə inkişafına zəmin yaratmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq paytaxt və bölgələrdə quruculuq və abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Dövlət başçısı İlham Əliyevin regionların inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün bölgələrə mütəmadi səfərləri, hər səfərdə yeni-yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması, ən əsası, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün sərəncamlar imzalamaq, Prezidentin Ehtiyyat Fondundan müvafiq məbləğlərin ayrılması və sair kimi addımlar ölkənin hərtərəfli inkişafında xüsusi önəm daşıyır. "Azərbaycan Respublikası Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları"nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, bu sahədə nəzərədə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Bundan sonrakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətləndirilməsi və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır.

Bu gün Azərbaycanda gedən sosial-iqtisadi inkişafda iki amil öndədir. Dövlət rəhbərliyi iqtisadi potensialı daim möhkəmlətmək və sosial problemləri mütəmadi və operativ sürətdə həll etmək üçün çox fəal və dinamik tədbirlər həyata keçirir. İqtisadiyyatın müasirliyini və rəqabətədavamlılığını təmin etmək üçün məqsədyönlü və uğurlu investisiya siyasəti yürüdür. Ötən il 22 milyard dollardan çox sərmayə qoyuluşu olmuşdur. Diqqəti çəkən müsbət məqam odur ki, bu göstəricinin 13 milyardını daxili, 9 milyardını xarici vəsaitlər təşkil edib. Göründüyü kimi, daxili kapital qoyuluşunun daim artması bir faktdır və Azərbaycanın iqtisadi və maliyyə qüdrətinin göstəricisidir, digər tərəfdən ölkənin xarici borclardan asılı olmadığını əyani şəkildə sübut edir. Xarici kreditlərinin cəlb olunması isə beynəlxalq iqtisadi inteqrasiyanı reallaşdırmaq və səmərəli əməkdaşlıq üçün çox vacib və zəruri şərtdir. Ötən il Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində xarici investisiyanın qoyulması ölkəmizin bu sahədə öz cəlbediciliyini saxlamasının göstəricisidir.Son illər bir cox Dünya və Avropa səviyyəsində tədbirlərə ev sahibliyi etmiş Azərbaycan bu il aprel ayinin 7-8 də yenidən bütün dünyanin nəzərini özünə yönəldəcəkcək. Cünki dövlətimiz bu dəfə Beynəlxalq İqtisadi Foruma ev sahibliyi edəcəkdir. Bu da Respublikada aparılmış iqtisadi islahatların nəticəsidir ki, böyük iqtisadiyyata malik olan Avropa və dünyanının inkişaf etmiş ölkələri ilə Azərbaycan bu sahədə eyni addımlayır.

Hazırki dövrdə dövlətin siyasətində ən prioritet məsələlərdən biri işsilik və yoxsulluq problemlərinin aradan qaldırılmasıdır. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmış və bu da öz növbəsində işsizliyin böyük dərəcədə azalmasına xidmət göstərmişdir. 2012-ci ildə işsizliyin səviyyəsi əvvəlki illərə nisbətən xeyli aşağı düşərək hazırki dövrdə 5,2 faiz səviyyəsinə enmişdir. İşsizliklə biləvaistə əlaqəli olan yoxsulluğun səviyyəsi də aşağı düşərək 7,6 faizdən 6 faizə enmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etmişdir ki, "2013-cü ildə görüləcək işlər yeni infrastruktur layihələrinin, sosial proqramlarının icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də təmin ediləcəkdir."

Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına kreditlərin verilməsi prosesi yerlərdə yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. Əlbəttə ki, bu da işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Azərbaycanda vətəndaşların əmək haqqlarının artırılmasına davamlı proses kimi diqqət yetirilməsi, beynəlxalq standartlara əsaslanan pensiya-sığorta sisteminin tətbiqi ilə ölkə əhalisinin rifah halı yüksəlib.

Sosial məsələlərin həllinə gəldikdə qeyd etmək lazımdır ki, 2012-ci ildə uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamış və ilin sonunda artıq proqramın böyük hissəsi icra edilərək vətəndaşlara milyonlarla manat vəsait verilmişdir. Bu, Dövlət başçısının Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırmasına yönəlmiş addım idi. "Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır." Cənab Prezidentimizin gərgin və səmərəli fəaliyyəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən iclasda inamla söylədiyi sözlərdə bir daha öz təsdiqini tapmış oldu.

Son 10 il ərzində davamlı olaraq müxtəlif sosial proqramlar icra edilmiş və edilməkdədir. Sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür – yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. Keçən il məcbri köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondu tərəfindən 300 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabina 20 mindən çox köçkün yeni və yaraşıqlı mənzillərlə, evlərlə təmin edilmişdir. Bu evlər çox yüksək səviyyədə tikilərək ən yüksək standartlara cavab verir. 2013-cü ildə də davam olunması nəzərdə tutulan bu sosial proqram qaçqın və məcburi köçkünlərin dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.

Ölkə başçısı İlham Əliyevin fərmanı ilə təstiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında yeni hədəflər və onlara çatmaq yolları də müəyyənləşdirilib. Bu konsepsiyada qeyri-neft sektorunun inkişafının əsasını məhz İKT və onun hərəkətverici təsiri altında ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması təşkil edir. Yaxın on ildə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir.

Belə ki, 2013-cü ilin ölkədə "İnformasiya Kommunikasiya Texnologiyaları İli" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təstiqidir. 8 fevral tarixində Azərbaycan yeni bir uğura imza atdı. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azərspace-1" orbitə buraxılmışdır. Tarıxımızdə çox əlamətdar olan bu hadisə Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Bu layihəni yalnız yüksək iqtisadi inkişafa malik dövlətlər həyata keçirə bilər. Azərbaycan öz peykini orbitə çıxarmaqla ötən illər ərzində sürətli inkişaf yolu keçdiyini bir daha isbatladı. Bu Azərbaycan Dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır, və eyni zamanda Prezident İlham Əliyevin strateji hədəfinin dəqiqliyidir. Bu gün Azərbaycan peykinin orbitə çıxarılması ilə biz kosmik ölkələr klubuna daxil olduq, həmçinin bu hadisə Azərbaycanı dünya miqyasında, beynəlxalq aləmdə kosmik sənaye sahəsində nailiyyətlər qazanan ölkələr sırasına daxil etdi.

Yaxın dövrdə "Texnopark" adlanan yüksək texnologiyalar parkının yaradılması nəzərdə tutulub. Həmin parkda İKT sahəsində çalışan yerli və xarici iri şirkətlərin fəaliyyətinin cəmləşdirilməsi planlaşdırılmışdır. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanda kadrların hazırlanması üçün İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında fərman imzalamışdır. Bu universitetin Azərbaycanda yaradılması bu sahədə milli kadr potensialının gücləndirilməsi və ölkənin yeniləşdirilməsi ilə bağlı stratejı planlara cavab verəcəkdir.

2012-ci ilin sonunda Avropada Azərbaycan üçün mühüm bir tarixi qərar qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. Məlim olduğu kimi, indiyə qədər heç vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir. Doğrudur, Olimpiya Oynlarının təməli Avropada qoyulmuş və baron de Kuberten tərəfindən Avropada bərpa edilmişdir. Amma başqa qitə oyunlarından fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdir. Bu oyunların keçirilməsi haqqında qərar qəbul ediləndə və oyunların Bakıda keçiriləcəyi elan ediləndə Azərbaycanın istənilən vətəndaşı böyük məmnunluq hissləri içərisində idi.

Sevindirici haldır ki, Avropa idman ailəsi bu oyunların Bakıda keçirilməsinə böyük üstünlüklə səs vermişdir. Artıq respublikamız bu qitə miqyaslı, fəqət bütün dünyada maraqla izlənəcək həmin oyunlara ciddi şəkildə hazırlaşır. Dövlət başçımızın dediyi kimi, biz Azərbaycanı olimpiya hərəkatının inkişafı mərkəzinə çevirəcəyik. Necə ki, ölkəmizi qısa müddətdə beynəlxalq kosmos ölkələri ailəsinə qatmağı bacardıq. Bütün bunların təməlində isə ölkə iqtisadiyyatının gündən- günə inkişaf etdirilməsi dayanır.

Göründüyü kimi, uğurlu başlanğıc hədəflərə nail olmaq üçün əsasdır. Hər dövrün çağırışlarına yüksək səviyyədə cavab verən Azərbayanın qarçısında daha yeni imkanlar və üfüqlər açılır.

yap.org.az

Digər xəbərlər