PDF Oxu

Araşdırma

  • 1 346

Serj Sarkisyan nəyə "and içdi"?

Serj Sarkisyan nəyə "and içdi"?

Hadisələr onun xalqdan daha çox oğurlamağa görə and içdiyini göstərir

Son prezident seçkilərindən sonra Ermənistanda gərginləşən siyasi vəziyyət hakimiyyətlə xalq arasında yaşanan qarşıdurmanın daha da dərinləşməsi ilə müşayiət olunmaqdadır. Müxalifətin fasiləsiz aksiyaları isə total saxtakarlıqla yenidən hakimiyyəti qəsb edən Serj Sarkisyanın durumunu daha da ağırlaşdırır. Belə bir vaxtda isə Serj Sarkisyan aprelin 9-da Ermənistan prezidenti kimi ikinci müddətə işə başlaması ilə bağlı and içdi. "Transparency İnternational"ın Ermənistan ofisinin başçısı Varucan Oktanyan bildirib ki, Serj Sarkisyan ona and içdi ki, əhalisinin üçdə ikisindən çoxunun yoxsulluq həddindən aşağı səviyyədə yaşamasına çalışacaq. İnsanların çox onun iqtisadi siyasətinə ümidlərini itiriblər. Çox ciddi narahatlıq var - ölkənin 3,1 milyon əhalisinin 250 mini Serj Sarkisyanın prezidentliyi dövründə ölkəni tərk ediblər, görəsən bundan sonra ölkədə yaşayan bir insan qalacaqmı?

Total saxtakarlıqla əldə olunan qələbə

"Amnesty İnternational" beynəlxalq təşkilatının hesabatında Ermənistanda keçirilən prezident seçkiləri zamanı insan hüquqlarının kobud şəkildə pozulduğu, seçicilərin qorxudulduğu və hədələndiyi hallarına təsadüf edildiyi, amma bunlar barədə hər hansı tədbir görülmədiyi qeyd olunub. Həmin dövrdə xoşagəlməz hadisələr qeydə alınıb, ölkənin güc strukturlarının seçki kampaniyasına açıq-aşkar müdaxilə edərək seçiciləri hədələmək, qorxutmaq və təhdid etmək yolu tutub, seçicilərə qarşı zorakılıq tətbiq ediblər. Təşkilat Ermənistandakı nümayəndəsinə istinad edərək bildirib ki, bəzi seçki məntəqələrini mühasirəyə alan polis 15 müxalifətçinin səs vermələrinə mane olub və bununla da onların hüququ kobud şəkildə pozulub. Bu cür hallar onlarla səsvermə məntəqələrində qeydə alınıb. Serj Sarkisyanın tərəfdarları bəzi məntəqələrdə seçki prosesinə açıq-aşkar müdaxilə edərək seçiciləri zorla ona səs verməyə məcbur ediblər. Bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri seçki prosesində yol verilən nöqsanları foto və video lentə çəkəcəkləri halda öldürüləcəkləri barədə xəbərdarlıq alıblar. Hətta bəzi məntəqələrdə jurnalistlərə səsvermə prosesini izləməyə belə imkan verilməyib. Ermənistanın "Joxovurd" qəzeti fevralın 18-də keçirilmiş və Sarkisyanın "qələbəsi" ilə başa çatmış prezident seçkiləri ilə bağlı maraqlı faktları açıqlayıb. Burada qeyd edilir ki, həmişə siyasi hadisələrə passiv reaksiyası ilə diqqətdən kənarda qalan ucqar kəndlər indiki seçkilərdə nədənsə aktivlik nümayiş etdiriblər. Lakin bildirilir ki, əslində, hakimiyyətdə təmsil olunanların doğulduğu bölgələrdə icra strukturlarının nümayəndələri daha çirkli üsullarla seçicilərin səslərini oğurlayıblar. Bununla yanaşı, Fransadakı erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalında "Amnesty İnternational" Ermənistanda keçirilmiş prezident seçkilərində yol verilən zorakılıq hadisələrini araşdırmağa çağırır" sərlövhəli yazı dərc olunub. Məqalədə bildirilir ki, Ermənistan rəsmilərinin fevralın 18-də ölkədə prezident seçkilərinin sakit, seçici fəallığı ilə, demokratik və şəffaf keçdiyi barədə səsləndirdikləri bəyanatlar dünya ictimaiyyətini aldatmağa yönələn növbəti cəhddir. Əslində, seçkilər zamanı çoxlu sayda ciddi saxtakarlıq halları, seçicilərə təzyiqlər göstərilməsi kimi xoşagəlməz hadisələr müşahidə olunub.

Sarkisyanın inauqurasiyası qanlı aksiya ilə keçdi

Sreji Sarkisyanın inaqurasiyası zamanı prezidentin iqamətgahına doğru irəliləməyə çalışan mitinq iştirakçıları ilə polis arasında toqquşma olub. "News.am" xəbər verir ki, müxalifət tərəfdarları yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən Baqramyan küçəsindən Moskovyan küçəsinə istiqamət götürüblər. Bundan əvvəl Raffi Ovanisyanın tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların irəliləməsinə imkan verməyib. Müxalifət tərəfdarları ilə polis arasında baş verən toqquşma nəticəsində "İrs" partiyasının sədr müavini Armen Martirosyan və deputat Zarui Postandjyan, mitinq iştirakçılarından 12 nəfər xəsarət alıb. Həmçinin, Sarkisyanın inauqurasiyasına etiraz edən "Universitet gənclər hərəkatı" adı altında etiraz aksiyası keçiriblər.

Ermənistanda kütləvi həbslər başlayıb

Ermənistan paytaxtında müxalifət tərəfdarlarının keçirdiyi aksiya zamanı ciddi toqquşmalarla yanaşı, polis çoxlu sayda aksiya iştirakçısını həbs edib. Prezident iqamətgahı qarşısında baş verən toqquşmalarda yaralananların olduğu bildirilir. Prezidentliyə sabiq namizəd, "Radio Hay" radiosunun direktoru Andrias Qukasyan da saxlanaraq polis məntəqəsinə aparılıb. Ermənistan mətbuatının yazdığına görə, ölkə inqilabi çevriliş astanasındadır. Analitiklərin sözlərinə görə, Sarkisyan ikinci müddət ərzində dəyişikliklərə nail olmaq üçün müxalifətlə danışmağa məcbur olacaq. Onların fikrincə, Sarkisyanın ictimaiyyətin artan narazılığına məhdud reaksiya qabiliyyətini artırmaq üçün lazımdır.

Avropalılar Sarkisyanın halına ağlayır

"European Voice"nin reportyoru Cenifer Rankin Ermənistanda keçirilən prezident seçkilərini tam çılpaqlığı ilə təsvir edən məqalə yazıb. Ztv.az anspressə istinadən məqalədən bir hissəni oxucularının diqqətinə çatdırır: "Serj Sarkisyan aprelin 9-da Ermənistan prezidenti kimi ikinci müddətə işə başlayacaq. Əgər inaqurasiya mərasimi keçən dəfəki kimi keçərsə, siyasətçi Ermənistanın 18 illik Konstitusiyasına və 1400 illik İncilə əl basaraq 2018-ci ilə kimi hakimiyyətdə qalacağına and içəcək. Rituallar hər şeyi mötəbər göstərsə də, Sarkisyanın qələbəsi haqqında narahat suallar qalmaqdadır. Sarkisyanın əsas rəqibi Raffi Ovannisyan ölkəni gəzərək çoxminlik kütlələr toplayır və təkid edir ki, fevral yarışmasının qalibi özüdür. Seçkilər üzrə beynəlxalq missiyanın yekun məruzəsi də apreldə peyda olacaq, gözlənilir ki, o, prezident üçün əlverişsiz olacaq. Amma bu, Sarkisyanın birinci prezidentlik müddətinin ilk günləri ilə müqayisədə daha sakit başlanğıcdır. 1 mart 2008-ci il tarixdə ehtimal olunan saxtakarlıqlara etirazla bağlı on adam öldürüldü və onlarla insan yaralandı. Sarkisyanın köhnə dostu və vəzifəni tərk etməkdə olan keçmiş prezident Robert Köçəryan üç həftəlik fövqəladə vəziyyət elan etdi, parlament isə kütləvi toplantıları qadağan elədi. Bu gün də Sarkisyan bu yolu gedir: "İnsanların çoxu onun iqtisadi siyasətinə ümidlərini itiriblər. Çox ciddi narahatlıq var - ölkənin 3,1 milyon əhalisinin 250 mini Serj Sarkisyanın prezidentliyi dövründə ölkəni tərk ediblər. Bütün bunlar isə Serj Sarkisyanın halının hansı durumda olmasına nə isə deməyə ehtiyac duyulmur".

Aytən Səmədova

Digər xəbərlər