ABŞ Dövlət Departamenti yeni hesabatını açıqladı. Hesabatın Azərbaycanla bağlı hissəsini oxuyanda, elə bilirsən ki, onu Sarkisyan hazırlayıb. İnsan o hesabatı oxuyur, sonra da ətrafına baxır. Görür ki, bu qədər qərəzli, ikiüzlü münasibət sadəcə Azərbaycan dövlətçiliyinə qarşı deyil, həm də azərbaycanlılarla düşmənçilik mövqeyidir. Hesabatı oxuya-oxuya insan özün Suriyada hiss edir. Bu da başa düşüləndir, çünki ABŞ hər yerdə Suriyadakı kimi inqilab hazırlaya bilməsə də, bu cür kağız-kuğuzla ürək bulandırmağı da yaxşı bacarır.
Yazır ki, Azərbaycanda söz-mətbuat azadlığı pozulur, jurnalistlər təqib olunur, daha nələr. O zaman ABŞ niyə öz içini görmür. Son 1 ildə ABŞ-da 22 jurnalist ağır şəkildə döyülüb və bu haqda fikirlər mütəmadi olaraq ABŞ senatorları tərəfindən səsləndirilir. Və ya onlarla siyasi məhbusu olan bu dövlət əgər bu cür çirkin işlərini gizlədə bilirsə, bu, o demək deyil ki, ABŞ bütün dünyaya "demokratiya" dərsi deməlidir. Öz gözündə tiri görməyən ABŞ başqalarının gözündə qıl axtarır. Çox bacarıqlıdır ABŞ bu sahədə. Ən çox təqiblər də orda olur, ən çirkin işlər də orda baş verir, insanlar qətlə yetirilir, amma çox gözəl pərdələyib, örtürlər bunları hamısını. Dünyanın gizli həbsxanalarının çoxusu bu ölkədədir.
Kim yerindən qalxıb "Axı ABŞ kimdir ki, bizdən nəsə tələb edir, daxili işlərimizə müdaxilə edir?" deyə soruşanda, səhəri günü o adam ya qətlə yetirilir, ya da ki, başqa bir şey. ABŞ sui-qəsd sahəsində də dünyaya nümunədir, ən çox sui-qəsdlərin hazırlandığı ölkədir. Elə C. Kennedi, Reyqan prezident olsalar da, bu terrorun qurbanlarına çevrildilər. Bu, indi də belədir. ABŞ-da hər kəs təqib olunur, amma daha "mədəni". Heç kimin ruhu incimir, maşınla gedəndə tormoz sıradan çıxır, çay içirsən 3 aydan sonra ürək çatışmazlığından ölürsən, bilmədiyin yerdən səni şüa ilə vururlar və sairə. Bunların hamısını "təbii hadisə" kimi dəyərləndirib, arxivə gömürlər. Görəsən, əcəba, "Əl-Qaida", "Taliban" nə istəyir ABŞ-dan?!
2001-ci il 11 sentyabr hadislərindən sonra MKİ-in əməkdaşlarının maaşlarının gizli şəkildə bir neçə dəfə qalxması maraq doğurmurmu!? QHT adı altında dünyaya inqilablar ixrac edən ABŞ Suriyadakı hadisələrə milyardlar ayırmırmı?! Fələstində ölənlər ABŞ qəlpələri ilə qətlə yetirilirmi!?
Gözəl bəhanələri var ABŞ-ın. Əfqanıstana, İraqa girmək lazım idi. Dərhal da terror yolu ilə özünü qurban göstərib, istəyinə nail oldu. Bu çox gözəl bəhanə idi ki, ABŞ Şərqə girsin. Amma işğaçı kimi yox, "qurban" kimi, "demokratiya" carçısı kimi.
Bu yaxınlarda ABŞ-da baş verən terror hadisəsini törətməkdə təqsirkar bilinən gənc oğlanın dili niyə tutuldu!? Axı, o danışırdı, özü də bülbül kimi. Bu nəyə bəhanədir, görəsən? Dünya dövlətlərinə "Baxın, mən də terror qurbanıyam" bəyanatını vermək üçünmü?
İşinizi-gücünüzü atıb, Azərbaycanın işinə qarışmayın, bura sizin üçün nə Misir, nə də Suriyadır. Siz gedin monastrlarınızda, kilsələrinizdə pornoqrafik filmlərinizi çəkin. Daha nəyə lazım ki, "dini tolerantlıq"dan dəm vurursuz. Azərbaycanda kim nə istəyir yazır, istəyir qəzetlərdə, sosial şəbəkələrdə, istəyirsə də başqa cür. Amma heç kimin gözünə toz düşmür. Fakt göstərmədən bunun əksini yazmağın həyasızlıqdan başqa adı yoxdur.
Bir az bacınızla da maraqlanın, yəni İngiltərə ilə. Hələ XVI əsrdə Nostradamus sizi "bacı-qardaş dövləti adlandırıb, Fransanı da "xoruz" dövlət (bayrağında xoruz şəkli var)". Yəni bir az da loru dildə desək, bacına yiyə dur. İngiltərədə, Frnasanda yüzlərlə siaysi məhbus var, hələ xaricə srügün olunanları demirəm. Yoxsa alınmır, nədir!?
Deyin görək, "Mİ-6", "Komitet-300" və kimi təşkilatların son 5 ildə qətlə yetirdiyi adamların, jurnalist və siaysətçilərin adlarını sayıb qurtara bilərikmi? Xeyr. Hanısa xarici ölkədə "zəlzələdən, vəlvələn" jurnalisti öldürürsüz, sonra da gəlib hesabatda yazırsız ki, orda jurnalist ölüb.
Bir az özünüzə də baxın, 50 ştatın 48-də işsizlik 45-50 faizdir. Yolda da ki, kim kimi istəyir "zad" eləyir. Odur ki, əvvəl öz evinin içini düzəlt, sonrasına baxarıq.
Samir