PDF Oxu

Araşdırma

  • 1 345

Ermənilərin xəyala çevrilən arzuları

Ermənilərin xəyala çevrilən arzuları

Ac insanların ac liderə ümidləri

Ermənistanda prezident seçkilərindən sonra seçicilərin 37 faiz səsini toplayıb mübarizəni ikinciliklə, məğlub tamamlayan Raffi Ovannisyan seçkinin nəticələrinin açıqlanmasından dərhal sonra, ən çox özünün səs qazandığını və seçkilərdə saxtakarlığın olduğunu, hazırkı prezident Serj Sarkisyana seçkilərin yenidən keçirilməsi ilə bağlı çağırış edib. Ancaq bu çağırış elə çağırış olaraq qalıb. R.Ovannisyan may ayının əvvəlində bir də Serj Sarkisyanla görüşməyə cəhd edib. Bu dəfə də, necə deyərlər, "oxu daşa dəyib".

Acgöz rəhbərlik erməni xalqının qanına susayıb

Azərbaycan inkişaf etdikcə, Ermənistan tənəzzülə uğrayır. Artıq bütün regional layihələrdən kənarda qalmış, diaspor təşkilatlarının və böyük dövlətlərin yardımlarına möhtac olan qonşu dövlət bizimlə müqayisə olunmayacaq dərəcədə geridədir. Fikrimizcə, bir faktı qeyd etmək yerinə düşərdi: "Təkcə son aylarda dünya bazarlarında neftin qiymətinin 30 faizə yaxın qalxması büdcəmizin gəlir hissəsinin eyni dərəcədə artımına səbəb olmuşdur. Bu isə rəqəmlərin dilində 2 milyard ABŞ dollarına yaxın əlavə gəlir deməkdir." Müqayisə üçün Ermənistan cəmiyyətindəki vəziyyəti nəzərinizə çatdırırıq. Xatırladaq ki, Ermənistan müstəqilliyini bərpa etdikdən bu günə kimi ölkəni büdcə vəsaitləri hesabına idarə edə bilmir. Kəskin maliyyə çatışmazlığı iqtisadiyyatı, vətəndaşların rifah halını, bir sözlə, həyatın bütün sahələrini tənəzzülə uğratmışdır. Odur ki, Ermənistan rəhbərliyi, ictimai təşkilatları və sair qurumlar vaxtaşırı dünya ictimaiyyətinə müraciət edərək, pul toplamaqla məşğul olurlar. Vəsaitlər əsasən xaricdə yaşayan imkanlı ermənilərdən və ya ermənipərəst zəngin insanlardan toplanır. Heç təsadüfi deyil ki, Ermənistan rəsmiləri də ölkələrindəki acınacaqlı vəziyyət barədə danışmaq məcburiyyətində qalmışlar. "Panorama.am"ın "Nə etməli ki, vətəndaşlar öz səslərini qəpik-quruşa satmasınlar?" başlıqlı məqaləsində ölkənin baş naziri Tiqran Sarkisyan öz narahatçılığını bu şəkildə bildirir: "Ölkədə vətəndaş cəmiyyətinin qurulması üçün ictimai təşkilatların rolu artırılmalıdır. Ermənistanda vətəndaş cəmiyyəti tam qurulmayıb. Bunun müəyyən səbəbləri var. Vətəndaş cəmiyyətinin əsası budur - insanlar öz iqtisadi gələcəyini müstəqil surətdə qururlar, sovet dövründəki kimi dövlətdən nə isə tələb etmirlər. Ona görə ki, dövlətin vəsaitləri azdır, onların tələbini ödəməyə kifayət etmir... Kiçik və orta biznesin stimullaşdırılması bu baxımdan ən gözəl strategiyadır. Əgər bizdə minimum 150 min ailə iqtisadi cəhətdən öz ehtiyaclarını ödəyə bilsə, mülkiyyət sahibi olaraq ona görə məsuliyyət daşısa və yalnız özünə ümid bəsləsə, vətəndaş cəmiyyətini qurmaq üçün obyektiv əsaslar olacaq... Əhalisinin əksər hissəsi asılı vəziyyətdə olan, gələcəyi öz əlində olmayan, ən azı 35 faizdən çoxu kasıbçılıq həddində yaşayan bir ölkədə vətəndaş cəmiyyəti qurmaq çox çətindir... Kiçik və orta biznesin yaradılması günün tələbidir."

Ermənistanın eks baş naziri Qrant Baqratyanın yerli mətbuata verdiyi açıqlamasında mövcud iqtisadi vəziyyət ölümcül kimi qiymətləndirilir. O, ictimaiyyəti əmin edir ki, Ermənistan iqtisadiyyatında heç bir inkişaf müşahidə olunmur, sadəcə, götürülən kreditlərlə köhnə borclar ödənilir. Bu da ölkənin onsuz da ağır olan iqtisadiyyatını ölümcül edir.

Göründüyü kimi, münaqişənin həll olunmaması Ermənistanı getdikcə daha ağır duruma salır. Gec, ya tez bu bu problem həll olunacaq, amma bu, Ermənistanın tamamilə məhv olmasından öncə baş versə, ermənilər üçün daha yaxşı olardı.

A.Səmədova

Digər xəbərlər