PDF Oxu

Araşdırma

  • 1 051

Ermənistanda sosial vəziyyət pik həddinə çatıb...

Ermənistanda sosial vəziyyət pik həddinə çatıb...

Ter-Petrosyan: "Serj Sarkisyan Ermənistanı cəhənnəmə döndərib"

Ermənistanda fevral ayının 18-də keçirilən prezident seçkilərindən sonra ölkədə ağır iqtisadi və sosial vəziyyət ağır vəziyyətə düşüb. Ölkədə böhranlı vəziyyətin hökm sürməsi, əhalinin ümumi yaşayış səviyyəsinin günü-gündən aşağı düşməsi, kütləvi etirazların getdikcə geniş vüsət alması Ermənistanın tam iflic vəziyyətinə düşəcəyini və hakimiyyətlə xalq arasında qarşıdurmanın son həddə çatacağını təsdiqləyir. Beynəlxalq analitiklər Ermənistanda mövcud olan vəziyyəti şərh edərkən, ölkədaxili hər hansı bir siyasi hadisə ilə bağlı proqnoz verərəkən sabiq prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və hazırkı prezident Serj Sarkisyan qarşıdurmasının prizmasından baxırlar.

Ermənistanın eybəcərləşmiş lideri

Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Ermənistanda hazırkı vəziyyəti dəyərləndirərkən bildirib ki, xalqın səsini, malını oğurlayan prezident ölkəyə necə rəhbərlik edə bilər? L.Ter-Petrosyan Serj Sarkisyanın növbəti dəfə prezident seçildikdən sonra ölkədə istər siyasi, istərsə də iqtisadi vəziyyətin kəskin hal aldığını bildirib: "Bu gün Ermənistan cəhənnəmə dönüb. Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur. Ermənistanın büdcəsi 7,5 milyard dollar olmalıdır. Başqa cür desək, Serj Sarkisyan, Tiqran Sarkisyan onlaradək isə Robert Köçəryan xalqın hər il 5 milyardını oğurlayır".Ter-Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini deyib: "Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə, Serj Sarkisyan əhalini elə bir həddə gətirib ki, onlar könüllü şəkildə babalarımızın olduğu ərazilərə sürgünə gedirlər. Robert Köçəryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə problem həllini tapmayacaq".

Əgər Sarkisyanın kişiliyi çatırsa...

Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyanın Serj Sarkisyana ünvanladığı bu sözlər onun prezident yox, ölkəni, milləti qarət edən bir cinayətkar olduğunu ortaya qoyur: "Əgər Sarkisyanın kişiliyi çatırsa, əlini stola vurub desin ki, "bu gündən oğurlamağı dayandırırıq".L.Ter-Petrosyan onu da bidirb ki, ölkədə sürətli bahalaşma var və qiymət artımından ən çox əziyyət çəkənlər də, təbii ki, adi vətəndaşlardır: "Ermənistan əhalisinin sürətli yoxsullaşması müşahidə olunur. Səfil günə salınmış əhali gündəlik, minimal ehtiyaclarını ödəmək üçün pul tapa bilmir. Mövcud hakimiyyətdən, onun rəhbərliyindən bəzən sadə erməniləri Sarkisyanı quldur, cinayətkar, eyni zamanda, Ermənistanın eybəcərləşmiş siması da adlandırırlar".Sabiq prezident Ter-Petrosyan prezident seçkiləri zamanı səslərin sayılması zamanı saxtakarlıq kimi mexanizmlərdən istifadə edildiyini də bildirib: "Bu seçki mövcud rejimə və şəxsən S.Sarkisyana xalqın kin və nifrətinin dərəcəsini nümayiş etdirdi. Məlum oldu ki, xalqın iradəsi ortaya qoyulmadan və beynəlxalq birliyin müvafiq münasibəti olmadan bu rejim seçki saxtakarlığından vaz keçmək niyyətində deyil. Beynəlxalq birlik bu rejimə dayəlik etməyə və Ermənistandakı qanunvericilik manipulyasiyalarını islahat kimi təqdim etməyə son qoymalıdır.

A.Səmədova

Digər xəbərlər