PDF Oxu

Araşdırma

  • 1 263

"ŞPİGEL" DƏRGİSİ - NEONASİZM SİYASƏTİNİN TƏBLİĞATÇISI

"ŞPİGEL" DƏRGİSİ - NEONASİZM SİYASƏTİNİN TƏBLİĞATÇISI

Alman nəşrinin ölkədə baş verən irqçilik və aqressiya olaylarına etinasız yanaşması məhz belə düşünməyə əsas yaradır

Almaniyada dərc edilən "Şpigel" dərgisinin Azərbaycana qarşı qərəzli və sifarişli məqalələr dərc etməsi fonunda bu ölkənin "demokratiya", "söz azadlığı" axtarışına çıxması hər zaman qeyri-ciddi və qeyri-obyektiv yanaşmaları ilə yadda qalmışdır. Belə ki, bu cür qərəzli və siyasi manipulyasiyalar arxasında görünən tərəf odur ki, burada əsas mahiyyət kimi Almaniyada fəaliyyət göstərən bəzi siyasi dairələrin Azərbaycanda olan siyasi və digər maraqlarının təminatı məsələsi dayanıb. Ancaq bu kimi fəaliyyət təbii ki, real görünmür və ciddi qəbul olunmur. Çünki adıçəkilən alman nəşrinin səhifələrində qaranlıq dairələrlə iş birliyində olan, onlardan təlimatlar alan dağıdıcı müxalifət mənsubları, düşərgəyə məxsus media təmsilçiləri təbliğ olunur.

"Şpigel" daim birtərəfli mövqedən çıxış edərək, dağıdıcı müxalifət təmsilçilərinə yer ayırır

Maraqlıdır ki, Azərbaycanda "demokratiya" axtarışında olan "Şpigel" dərgisi nədənsə hakimiyyət, dövlət strukturlarından heç bir məlumat, informasiya almayaraq, yalnız birtərəfli mövqedən çıxış edərək, radikal müxalifət təmsilçilərinə yer ayırır. Bu faktor isə jurnalın obyektivliyini, ümumiyyətlə, minimum həddinə endirir. Məsələn, bu günlərdə alman dərgisinin ölkədə heç bir nüfuzları olmayan müxalif meyilli fərdlərdən müsahibələr alması, həmin müsahibələri özünə sərf edən və qızışdırıcı suallarla işıqlandırması da sözügedən konteksti kifayət qədər xarakterizə edir. Özünə "yazar" statusu verən Əli Əkbərin, "Azadlıq" radiosunun əməkdaşı, artıq cəmiyyət arasında "seks simvol" ayaması ilə tanınan Xədicə İsmayılovanın, "Azadlıq" qəzetinin şöbə müdiri Vidadi Məmmədovun, özünə qondarma "dissident" adını verən, bu vasitə ilə xarici təşkilatların sifarişlərini həyata keçirən Emin Millinin, nəhayət, hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarını xəyanətkarcasına satan, siyasi karyerasını mənəviyyatsızlıq üzərində quran AXCP sədri Əli Kərimlinin "Şpigel"dəki çıxışları, sözün həqiqi mənasında, onların məqsədlərini tam çılpaqlığı ilə açığa çıxarmış olur. Guya ölkədə "gənclərin ovlanması" (?!-R.N.), "repressiyanın" baş alıb getməsi, "kitabların yandırılması" (maraqlıdır, əgər almanların da Əkrəm Əylislisi olsa idi onlar nə cür davranardılar?), dünyanın ən sürətlə inkişaf edən dövləti - Azərbaycanın guya "orta əsrlərə geri qayıtması", "siyasi məhbus" kimi qondarma iddiaların qabardılması və s. kimi qərəzləri özünəməxsus tərzdə yayımlayan "Şpigel" nədənsə başqasının gözündə tük axtararkən, öz gözündəki tiri görməməzliyə vurur. Əgər bu amil mövcuddursa, alman dərgisi nəyə görə məhz Almaniyada son illər baş qaldıran neonasizm, etnik azlıqlara qarşı dözümsüzlük və digər qəbulledilməzlik meyillərini öz səhifələrində işıqlandırmır? Məgər onlar demokratiyanı bu cürmü dərk edirlər?

Yaxud "möhtərəm" "Şpigel" jurnalının siyasi korrupsiyaya, böhtan və şantaj kampaniyalarına qoşulmuş rəhbərliyi hazırda Almaniyada məhkəmə, bank, sosial təminat problemlərini nəyə görə dünya ictimaiyyətinin diqqətinə çatrımır? Məsələ bəllidir. Bəllidir ki, əgər "Şpigel" belə şeylərə vaxt ayırsa, qaranlıq gəlirlərini itirmiş olar, bununla da dərginin maddi vəziyyəti müflisləşməyə doğru inkişaf edər. Ona görə də qərəzli dərgi hər zaman öz "ənənəvi" ampluasından çıxış edərək, inkişaf edən, tərəqqi edən ölkələrə qarşı həyasızcasına qarayaxma kampaniyaları aparmaqda israrlı olduğunu sərgiləyir. Lakin...

Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurmuşdu

Lakin görünən tərəf budur ki, onlar öz daxillərindəki kirli əməlləri, çirkili siyasi korrupsiya oyunlarını nə qədər gizlətməyə cəhd göstərsələr də, dünya ictimaiyyəti əsil həqiqəti görür. Dünya ictimaiyyəti görür ki, hazırda Almaniya dövləti bir çox olaylarda dalana dirənməkdədir. Bunu Almaniyada hərəkat kimi yaradılan "Franfurt occupy" ("Frankfurtu zəbt et") təşkilatının lideri Tomas Piltsin, Almaniyanın türk icmasının rəhbəri, məşhur ictimai-siyasi xadim Kenan Kolatın, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellisin bəyanatlarından da görmək mümkündür. Adıçəkilən insanlar tərəfindən göstərilən faktlar əslində, avropalılar üçün "soyuq duş" təsiri bağışlamaqdadır.

Onu da xatırladaq ki, bir müddət öncə azərbaycanlı hüquq müfadiəçisi Eynulla Fətullayev tərəfindən yaradılan beynəlxalq analitik qrupun qərəzsiz hesabatında və yayımladıqları sənədli filmdə Almaniyada milli azlıqların, xüsusilə türklərin bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğunu və bunun arxasında alman xüsusi xidmətlərinin dayandığını, Frankfurtun timsalında öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyünü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığını, "dərin dövlət"in dəstəyi ilə neonasist ideologiyanın yenidən çiçəklənməyə başladığını və bunun əsasən müsəlman türklərə, yəhudilərə, qaraçılara və digər azsaylı millətlərə qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığı və bunların Almaniyanın kansleri Merkel tərəfindən etiraf edildiyi öz əksini tapıb.

Nəticədə alman hökumətində korrupsiya hallarının açıqlanması avroparlamentarilərin kəskin reaksiyasına səbəb olub. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurmuşdu. Həmçinin, qeyd edək ki, Avropa parlamentinin nümayəndələri və siyasətçiləri Merkel hökumətinin yürütdüyü siyasətdən hiddətlənib və bütün Avropaya "demokratiya dərsi" keçən Almaniya hökumətinin Avropa dəyərləri ilə bir araya sığmayan siyasət yürütmələrini hiddətli şəkildə pisləmişlər.

Hər 11-ci almanın antisemit olduğu üzə çıxıb

Başqa tərəfdən, "Şpigel"in nəzərində olmalıdır ki, Qərbdə nüfuzu ilə seçilən "Welt Online" saytının məlumatına görə, hazırda Şərqi Almaniyada da ölkənin Qərbində olduğu kimi, diskriminasiya və irqçilik meyilləri artır. Belə ki, Fridrix - Ebert Fondunun apardığı tədqiqatların nəticələri Avropada rezonansa səbəb olub. Fondun keçirdiyi sorğunun nəticələrinə görə, Şərqi Almaniyada respondentlərin 15,8 faizi aşırı sağçı - ultramillətçi ekstremist mövqedən çıxış ediblər. Qeyd edək ki, 2010-cu ildə bu rəqəm 10,5 faiz təşkil edirdi. Federal hökumətin miqrasiya üzrə dövlət naziri Mariya Böhmer Almaniyanın miqrantların sıx yaşadığı bölgələrində ksenofobiya və irqçilik meyillərinin xüsusilə geniş yayıldığını bildirib. Sorğunun nəticələrinə görə hər 11-ci almanın antisemit olduğu üzə çıxıb. Həmçinin, ölkənin şərqində yaşayan almanların 23 faizi, qərbində yaşayan almanların isə 16 faizi, təbiətləri etibarı ilə, digər xalqlardan üstün olduqlarını, vaxtilə faşist ideologiyasını dünyada tədbiq etməyə can atan Adolf Hitlerin "ari irqinə" məxsus olduqlarını iddia ediblər. Təkcə 2012-ci ildə Almaniyada 102 dəfə insan haqlarının pozulması faktı araşdırmaçı təşkilatların hesabatlarına daxil edilib.

Hüquq eksperti Aleks Qrin: "Almaniya hökuməti insan hüquqlarını qorumağa çalışan şəxsləri susdurmaq istəyir"

Son olaraq "Şpigel"in Azərbaycan hakimiyyətinə və demokratik dəyərlərinə qısqanclıqla yanaşmasının arxasında daha bir faktor kifayət qədər nəzərə çarpır. Məsələn, tanınmış hüquq müdafiəçisi Aleks Qrin bununla bağlı bildirib: "Almaniya hökuməti insan hüquqlarını qorumağa çalışan şəxsləri susdurmaq istəyir".

Almaniyada insan hüquqlarının kobud şəkildə pozulması faktları BMT çərçivəsində keçirilən dinləmələrdə də səsləndirilib. Bu ölkənin bir çox hüquq müdafiəçiləri Merkel hökumətinə qarşı etiraz səslərini ucaltmağa başlayıblar. Alman hüquq müdafiəçisi Yorq Henzel ölkəsindəki hüquq pozuntularını ucadan səsləndirənlər arasındadır. Amma Merkel hökuməti onu susdurmaq üçün iyrənc yola baş vurub. Azərbaycanlı ekspert Eynulla Fətullayevin Almaniyada insan hüquqlarının pozulması ilə bağlı hazırladığı hesabatda ekspert kimi çıxış edərək, səsləndirilən faktları müdafiə edən Henzel üçün psixi yoxlama təyin edilib. Almaniya federal hökuməti hüquq müdafiəçisinə təzyiq etmək, onu susdurmaq üçün Şlezviq-Qolşteyn federal torpağının ərazisində yerləşən universitet klinikasında hüquq müdafiəçisinin psixi cəhətdən normal vəziyyətdə olub-olmamasını yoxlamadan keçirilib. Bu məsələni dəyərləndirən ekspert Aleks Qrin bildirib ki, bu gün Almaniyada insan hüquqlarının qorunması ilə bağlı vəziyyət həyəcanvericidir: "Bu gün Almaniyada insan hüquqlarının və hüquq müdafiəçilərinin qorunması vəziyyəti çox təhlükəlidir. Vəziyyət elədir ki, Almaniyada hakimiyyətin qarşısında dayananlara münasibətdə Hitler Merkeldən daha demokratik idi. Alman hökuməti onların hamısını psixi xəstə elan edəcək. Əgər sən hüquq sistemindəki özbaşınalıqla razı deyilsənsə, onda psixi xəstəsən. Yox, əgər psixi müalicə istəmirsənsə, onda "demokratiyaya" görə sevinməyə məcbursan. Henzel hökumət üçün daha çox təhlükə kəsb etdiyindən ondan başlayıblar. Məsələ ondadır ki, Henzel Almaniyadakı qanunsuzluq və ədalətsizliyə qarşı əzmlə mübarizə aparır. Bu isə həmin qanunsuzluqları törədənlərin xoşuna gəlmir".

Göründüyü kimi, bu gün istər "Şpigel" dərgisinin, istərsə də Almaniyanın digər media qurumlarının qərəzləri qarşısına çıxarmaq üçün kifayət qədər əsaslı faktlar mövcuddur. Bu cür faktlar qarşısında belə nəşrlərin özlərini daha da nüfzdan salmaları isə, əslində, həm Azərbaycanda, həm də Qərb dünyasında təəccüb doğurmaqdadır. Çünki "Şpigel" jurnalı - həm də neonasizm siyasətinin təbliğatçısı kimi də nəzərə çarpmaqdadır. Daha dəqiq desək, alman nəşrinin ölkədə baş verən irqçilik və aqressiya olaylarına etinasız yanaşaraq, başqa dövlətlərdə "demokratiya axtarışına" birtərəfli mövqedən və qərəzli olaraq çıxması məhz bu cür düşünməyə zəmin yaradır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər