PDF Oxu

Araşdırma

  • 1 181

Vilnüsdə ermənipərəst Litva tarixçisi tutarlı cavabla susdurulub

Vilnüsdə ermənipərəst Litva tarixçisi tutarlı cavabla susdurulub

Litvadakı Azərbaycan diasporu ermənilərin və ermənipərəst qüvvələrin yalan təbliğatının qarşısını almaq və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində aparılan işləri gücləndirib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yaratdığı oyuncaq "dövlət" qurumunun beynəlxalq səviyyədə tanınması ilə bağlı hər cür vasitəyə əl atması sirr deyil. Bu ilin martında ermənilərin qara fitnə-fəsadları siyahısına daha bir biabırçı fakt əlavə olundu. Belə ki, Litva Respublikası Seymində 12 nəfər məsuliyyətsiz millət vəkili "Dağlıq Qarabağla parlament dostluq qrupunu" yaratdıqlarını bəyan etdilər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetimizə verilən məlumata istinadən, bu fakt Litvadakı Azərbaycan diasporunu və Azərbaycanın bu ölkədəki dostlarının etirazlarına səbəb oldu. Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək və üzdəniraq "Dostluq qrupunun" ləğv edilməsi məqsədi ilə Litva azərbaycanlıları cəmiyyəti və "Litva - Azərbaycan" Assosiasiyası tərəfindən birgə tədbirlər görülməyə başlandı. Bu tədbirlər çərçivəsində müvafiq qurumlara və təşkilatlara müraciətlər edilməsi, etiraz məktubları ünvanlanması və görüşlər keçirilməsi ilə yanaşı, yerli kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bəyanatlar yayımlandı, müsahibə və məqalələr dərc etdirildi.

Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş yazılardan tarixçi və ictimai xadim, "Litva - Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanasın "Tarixçinin elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər" adlı məqaləsini xüsusilə vurğulamaq yerinə düşərdi. Litvanın www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu yazıda ermənipərəst Litva tarixçisi və siyasət adamı Algis Kaşetanın "1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı" mövzusunda bu ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanıb.

Tarixçi İmantas Melyanasın sözügedən məqaləsində təqdim olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr və məntiqi nəticələr litvalı siyasətçilər və elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılanıb, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirilib. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə İ.Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü və vətəndaş cəsarəti yüksək qiymətləndirilib. Bu məqalə litvalı ermənipərəst tarixçi A. Kaşetaya və Seymdə fəaliyyət göstərən "Dağlıq Qarabağla parlament dostluq qrupu" üzvlərinə tutarlı cavab olaraq nəticə etibarı ilə onları susdurub.

NƏZAKƏT

Digər xəbərlər