PDF Oxu

Araşdırma

  • 1 297

İşğal olunmuş Dağlıq Qarabağ torpaqlarındakı narkoplantasiyalarda işlidilənlər kimlərdir?

İşğal olunmuş Dağlıq Qarabağ torpaqlarındakı narkoplantasiyalarda işlidilənlər kimlərdir?

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi yalnız regional təhlükəsizliyə deyil, həmçinin qlobal təhlükəsizliyə, o cümlədən, transmilli cinayətkarlığa, xüsusilə, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə şərait yaradır

Ermənistan hakimiyyətinin yürütmüş olduğu absurd siyasət, hazırda onun özünü olduqca çıxılmaz bir durumda buraxmışdır. Belə ki, Ermənistan iqtisadiyyatının sürətlə tənəzzülü, ölkə əhalisinin ölkəni durmadan tərk etməsi, yoxsulluq və işsizlik səviyyəsinin pik həddə çatması, habelə, günü-gündən Azərbaycan ordusunun artan gücü, Ermənistandakı mövcud rejimi ağlasığmayan hərəkətlərə əl atmasına vəsilə olmuşdr. Maraqlıdır ki, hakimiyyətdə olan korrupsioner rejim, ölkə itisadiyyatının düşümüş olduğu ağır durumdan xilas yolunu, o cümlədən, Qarabağda yerləşdirilən muzdur qatilləri maliyyələşdirməsini və qanunsuz silah satışını təmin edilməsini narkotik vasitələrin ticarətinin canlandırılmasında görərək, işğal olunmuş Qarabağ torpaqlarında bu qəbildən olan bitkilərin kultivasiyasını, habelə, onların istehsal həcmini və ticarət dövriyyəsini bir qədər də genişləndirmişdir.

Daxil olan məlumatlara görə ticarətin bu növünə daha çox önəm verən hazırkı Ermənistan hakimiyyəti, məsələni öz nəzarətində saxlayaraq, bu kimi aktları işğal altında olan torpaqlarda öz əlaltıları vasitəsilə həyata keçirməyə daha çox üstünlük verirlər. Təsadüfi deyildir ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə məlum olan faktlara görə, hazırda bu işləri birbaşa, ordu içərisində müəyyən nüfuza malik şəxslər həyata keçirirlər. Onlar bu torpaqlarda narkotik bitkilərin plantasiyalarının qarovulunu çəkməklə yanaşı, bu tip plantasiyaların say ertibarı ilə artımı üçün də vacib olan bütün addımları atmaqda davam edirlər.

Verilən bilgilərə görə plantasiyalarda qul kimi işlədilənləri isə Ermənistan həbsxanalarından bu bölgəyə gətirilən dustaqlar təşkil etməkdədir. Çox maraqlıdır ki, bu barədə hələ ötən ilin yanvar-fevral aylarında məlumatlar dolaşsa da, ancaq bu addımların arxa planında nəyin dayandığını heç kim müəyyən edə bilməmişdir.

O dövrdə Ermənistan dustaxanalarındakı məhbusların bu bölgəyə köçürülə biləcəyi xəbərini "EurasiaNet" saytının jurnalisti öz məqaləsində işıqlandıraraq göstərmişdir ki, yaxın vaxtlarda erməni cinayətkarların "azad torpaqlara", yəni işğal altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa yerləşdirilməsi haqda Ermənistanda bəzi QHT-lər tərəfindən irəli sürülən və barəsində qanun layihəsi hazırlanan məsələ, parlamentdə müzakirəyə çıxarılacaqdır.

Məqalədə diqqətçəkən məqamlardan ən mühimi isə o idi ki, bu ideyanın müəllifi kimi hakim dairəyə yaxın olan "23 avqust, milli alyans" adlı hüquq-müdafiə təşkilatının sədri Puşkin Serobyanın adı və bəzi fikirləri səslənmişdir.

Məqalədə göstərilir ki, Serobyana görə, məhbusların Qarabağda yerləşdirilməsi bir sıra sosial vəzifələrin öhdəsindən gəlməyə imkan yaradar ki, bu da bir tərəfdən Qarabağda demoqrafik vəziyyətin yaxşılaşmasına, digər tərəfdən isə Ermənistan həbsxanalarındakı şəraitin normallaşmasına xidmət etməli olar. Sitat: "Azad olunmuş ərazilərin iqtisadi cəhətdən möhkəmləməsi üçün məhbusların orada yerləşdirilməsi çox mühimdir. Mən hesab etmirəm ki, məhbusların Qarabağda məskunlaşdırılması hansısa problemlər yaradr. Fikrimcə, bu addım çox müsbət nəticələr verə bilər. Bu baxımdan qanun layihəsinin parlamentdən keçəcəyinə çox inanıram".

Qeyd edək ki, o dövürdə hazırlanmış olan bu qanun layihəsinin müəlliflərindən biri də, Qarabağ məsələləri üzrə ictimai şuranın işçi qrupunun rəhbəri olan yazıçı-publisit Bakur Karapetyan olmuşdur. Layihə parlamentdən keçərsə, Qarabağda məskunlaşmaq üçün ən azı minə yaxın məhbusun ərizə verəcəyi gözlənilir. Mən bir çox məhbuslarla söhbət etmişəm. Onlar birmənalı şəkildə bu ərazilərdə məskunlaşmağa və dövlətin məsləhət gördüyü sahələrdə işləməyə hazırdırlar. Bu, humanist bir addımdır. İnsanların 20 il türmələrdə çürüməyindənsə, bu əraziləri abadlaşdıraraq, cəmiyyətə fayda vermələri daha məqsədəuyğun olardı".

Maraqlıdır ki, o zaman belə bir informasiyalar yayılsa da, bəzi yerli politoloqlar bu qəbildən olan addımların arxasında Qarabağda etnik dəyişikliyə səbəb ola biləcək bir amilin dayandığını zənn edirdilər. Onlar belə hesab edirdilər ki, bu Ermənistan hakimiyyəti tərəfindən növbəti təxribat faktıdır. Və burada əsas məqsəd Azərbaycanın işğal altındakı ərazilərində demoqrafik vəziyyəti dəyişməkdir.

Ancaq bugünkü hadisələr göstərir ki, bu, heç də belə deyilmiş. Belə ki, Sarkisyan hakimiyyəti tərəfindən bu cür addımların atılmasının arxa planında daha mühüm faktlar dayanırmış. Hakim dairə tərəfindən dustaqların təkcə Dağlıq Qarabağın inzibati hüdudlarındakı ərazilərdə deyil, həm də ona bitişik ətraf rayonlarda yerləşdirməkdə israrlı olması, bu ərazilərdə narkoplantasiyaların daha geniş şəkildə fəaliyyət göstərməsi ilə bağlı olmuşdur. Çünki bu ərazilərdə belə hallar üçün daha münbit şərait vardır.

Çox maraqlıdır ki, Ermənistan rəhbərliyi bununla yanaşı, eyni zamanda, işğal altdakı torpaqlarda yaşayan əhalinin həyat fəaliyyətini normallaşdırcaq addımlardan daha çox yeni yolların tikintisi, habelə, Xoca hava limanının inşası ilə məşğul olmuşdur ki, bu addımların da atılmasında məqsədin nədən ibarət olması indi daha aydın şəkildə sezilməkdədir: Yeni salınmış yollar və hava limanı vasitəsilə narkotranzit ticarətin daha da canlandırması.

Məlumat üçün onu da bildirək ki, Ermənistan KİV-lərinin xəbərinə görə, işğal altındakı Kəlbəcər rayonunu qədim Azərbaycan torpaqları olan Göyçə ilə birləşdirəcək yeni yol salınmışdır ki, strateji əhəmiyyətli bu yolun tikintisi də hazırda son tamamlanma mərhələsindədir. Və bu yol istifadəyə veriləndən sonra Qarabağı Ermənistanla birləşdirən ikinci iri avtomagistral tam gücü ilə işə düşəcək.

"Medifaks" agentliyinin verdiyi xəbərdə göstərilir: "Yeni yolun Dağlıq Qarabağ üçün təkcə siyasi deyil, iqtisadi əhəmiyyəti də böyük olacaq. Çünki bu yol yük daşımaları üçün olduqca əlverişli olacaq...". Maraqlıdır ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin "hökumət üzvü" Karen Şahramanyan da tamamlanmaqda olan yol tikinti işlərini işğal altındakı ərazilərin inkişafına dair bəlli olmayan bəzi proqramlarla əsaslandırıb.

Göründüyü kimi, ermənilər Kəlbəcəri Ermənistana birləşdirən yeni magistral yolu Azərbaycanın işğal altındakı ərazilərindən daha çox pul gətirən narkotik vasitlərəin daşınmasında daha çox yararlanmaq fikrindədirlər.

Ərəstun

Digər xəbərlər