PDF Oxu

Araşdırma

  • 1 590

Legioner müxalifətə üzü astarından baha başa gələcək

Legioner müxalifətə üzü astarından baha başa gələcək

Ölkəmizdə hər seçki öncəsi müxalifətin birlik, təşkilatlanma, toparlanma kimi oyuncaq formatlarını cəmiyyətimiz dəfələrlə müşahidə edib. Xüsusilə də, ənənəvi müxalifətin 20 ildən artıq bir müddətdə müxtəlif blok və qurumlar yaratması nəticə etibarilə uğursuzluqlarını şərtləndirən əsas amil olub. Söz yox ki, "Milli Şura" da məhvə məhkumdur. Məhz bu qondarma "şura"nı da, prezident seçkilərindən sonra hətta günün işıqlı vaxtında belə, çıraqla tapmaq mümkün olmayacaq. Ümumiyyətlə, ənənəvi müxalifət siyasi arenada köhnə nomenklatura təsirini bağışlayır. Bu baxımdan, nəticəyə gəlmək mümküdür ki, müasir və demokratik Azərbaycan cəmiyyətində köhnə nomenklaturanın qalıqlarına heç vaxt yer olmayıb. Söz yox ki, qarşıdan gələn prezident seçkilərində də yüksək təfəkkürə malik olan demokratik cəmiyyətimiz köhnəlmiş müxalifətə və onun tör-töküntülərinə növbəti dəfə layiq olduğu qiyməti verəcək. Bizlər də onların seçkidən sonra qeybə çəkilməsinə növbəti dəfə şahidlik edəcəyik.

Bu gün isə hələlik seçkiyə müəyyən vaxt qalıb və müxalifət sözcüləri başqa qütblərin himayəsi ilə prosesə qoşulmaq müəyyən dividendlər əldə etmək iddiasındadır. 20 ildən artıqdır ki, müxalifətçilik edib guya aktiv siyasətlə məşğul olurlar, öz aralarından bir nəfəri "vahid namizəd" kimi göstərib dəstək ola bilmirlər. Çünki bu adamların şəxsi, fərdi ambisiyaları buna imkan vermir. Ona görə də, kənardan legioner gətirdilər ki, onun da müxalifətə üzü astarından baha başa gəldi. Kənarda müəyyən qütblərin diqtəsi ilə Azərbaycana qarşı həqarətini, xalqımıza olan mövqeyi ilə ad çıxaran Rüstəm İbrahimbəyov indi müxalifətin "vahid namizədi" olub. Bu dırnaqarası namizədi məhz belə mövqeyinə görə müxalifətin özü belə az qala topa tutmuşdu. Bu zaman sual yaranır: Necə ola bilir ki, indi R.İbrahimbəyov cəmiyyətə mələk donunda təqdim olunur? Görünən isə budur ki, bir rejissorun əlində oyuncaq olan müxalifət sözcüləri kənardan alınmış bir göstərişin müqabilində belə susmalı olublar.

Aydın HÜSEYNOV,

YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü

Digər xəbərlər