PDF Oxu

Araşdırma

  • 1 299

Düşünülmüş siyasət uğurlu sabahımızdır

Düşünülmüş siyasət uğurlu sabahımızdır

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində son on il ərzində Azərbaycan bölgənin iqtisadi baxımından ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bir tərəfdən zəngin neft və təbii qaz qaynaqlarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində Azərbaycan gəlirlərinin sürətlə yüksəlməsi, digər tərəfdən isə bu gəlirlərin səmərəli şəkildə nəzarət edilməsinə və iqtisadiyyatın fərqliliyinə yönəlik ardıcıl reformaların həyata keçirilməsi çox keçmədən öz müsbət nəticələrini vermişdir. Azərbaycan iqtisadiyyatı son 10 ildə dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmaqla ötən bu müddətdə ölkəyə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ümumi daxili məhsul 3 dəfə, sənaye istehsalı 2,5 dəfə artmışdır. Ölkənin valyuta ehtiyatlarının həcmi 2013-ci ilin əvvəllinə olan məlumata görə 50 milyard dollar səviyyəsindədir. Xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq ölkənin valyuta ehtiyatlarının ilbəil artmasına və ölkədə 10 ildə yoxsulluq səviyyəsinin 8 dəfə azalaraq 50 faizdən 6 faizə düşməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanda işsizlik göstəricisi 5 faiz həddindədir, ölkəmizin xarici borcun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi səviyyəsindədir.

Eyni zamanda ötən bu müddət ərzində iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi artaraq, iqtisadiyyatın neftdən aslı riskini azaltmışdır. Halhazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən olduğu bölgədə və onun xaricində böyük əhatəli investisiyalar yatıran ölkəyə çevrilmişdir. 2012-ci ildə ölkəmizdə investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, bu rəqəm 2012-ci ildə 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu ilk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Ötən on il ərzində sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür – minlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. İnvestisiya proqramında nəzərdə tutulmuş layihələr uğurla həyata keçirilmişdir.

Dövlətimizin qarşısında duran ən əsas vəzifələrdən biri də qeyri-neft sektorunu inkişaf etdirmək idi. Bununla əlaqədar ölkəmizdə bir çox çox iş görülməklə yanaşı, bu gündə bu işlər davam etdirilməkdədir. Cari ilin ilk aylarının statistik göstərircilərinə baxsaq qeyri-neft sektorunda 11 faizdən çox artmı görə bilərik. Bu artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin göstəricisidir.

Ötən 10 il ərzində sənayeləşmə istiqamətində çox mühümü addımlar atılmışdır. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Həmçinin sahibkarlara verilən kreditlərin həcmi daha da artırılmışdır. Bu, dövlətimiz tərəfindən iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür.

Prezident İlham Əliyev tərəfindən müəyyən etdilmiş sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilmiş, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.

Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kreditlər ayrılmışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaratmışdır. İldən-ilə fond tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin məbləği daha da artırılır. Təkcə bu il üçün bu məbləğ 250 milyon manatdır. Ümumiyyətlə bu istiqmətdə görülən bütün işlər daxili istehsalı stimullaşdırmaqla ölkəmizin idxaldan asılılığı minimuma endirir.

Bundan əlavə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar ötən dövr ərzində Bakı və onun qəsəbələrində 419 investisiya layihəsinin maliyyələşdirilməsinə 102 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 500-dən çox yeni iş yerləri yaradılacaqdır.

Ölkəmizdə müasir texnologiyalara, informasiya-kommunikasiya texnologiyalarına daha böyük sərmayə qoyulur. Bu ilin fevral ayında Azərbaycanın "Azərspace-1" adlı ilk süni telekommunikasiya peykinin orbitə buraxılmsı ölkəmizin bu sahədən inkişafın ən yüksək göstəricisidir. Qürürla qeyd edə bilərik ki, Azərbaycan kosmik ölkələr klubuna daxil olmuş, texnoloji tərəqqiyə, innovasiyalı iqtisadiyyat sahib olan və uğurla inkişaf edən ölkədir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - "Azərspace-1"in uğurla orbitə buraxılması münasibətilə xalqımızı təbrik edərkən xüsusilə qeyd etmişdir ki, "Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə "Azərkosmos" Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir. Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir".

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarını qəbul etməsi və bu iqtisadi inkişaf proqramlarında qarşıya qoyulmuş məqsədlərin mərhələ-mərhələ həyata keçirilməsi nəticəsində əldə olunan inkişaf dünyada iqtisadi inkişafın yeni bir modelinin - Azərbaycanın milli iqtisadi inkişf modelinin yaranmasına səbəb oldu. Beləliklə, əldə olunan bu uğurlar nəticəsində dünyanın öndə gələn maliyyə təşkilatlarının diqqəti Azərbaycana yönəldi. Dünya Bankı və Beynəlxalq Maliyyə Şirkətlərinin illik hesabatlarında Azərbaycan investisiya yatırılacaq ölkələrin sırasında ön yerlərdən birini tutmaqla dünyanın inkişaf etmiş ölkələrinin diqqətini özünə cəlb etməyi bacardı. Bu gün "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir. Dünya siyasi arenasında əhəmiyyətli bir yer tutan Azərbaycan, əlbəttə, bu nəaliyyətlərə Prezidentimiz İlham Əliyevin icra etmiş olduğu uğurlu siyasəti ilə nail olmuşdur.

Biz gənclər inanırıq ki, Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Amil Cavadov

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri

yap.org.az

Digər xəbərlər