PDF Oxu

Araşdırma

  • 1 467

Elçin Mirzəbəyli: “ “Milli Şura”nın Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməsi inandırıcı deyil”

Elçin Mirzəbəyli: “ “Milli Şura”nın Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməsi inandırıcı deyil”

" "O olmasın bu olsun" filmindəki "qızın iki adaxlısı var" məsəli kimi, "Milli Şura"nın da prezident seçkilərində iştirak edəcək iki yox, çoxlu sayda namizədi var". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.E.Mirzəbəylinin sözlərinə görə, "Milli Şura" adlanan qurumda baş verənlər ayrı-ayrı qüvvələrin maraqları üçün prosesə qatıldıqlarını sübuta yetirir: "Qənaətimə görə, "Milli Şura"nın prezident seçkilərində iştirak edəcək namizədlərinin sayı daha çoxdur. Çünki İsa Qəmbərlə yanaşı Mirmahmud Mirəlioğlu da öz namizədliyinin qüvvədə olduğunu bildirib. Rüstəm İbrahimbəyovun antivətəndaş olduğu, Azərbaycanda yaşamadığı və prezident seçkilərində iştirak üçün namizədliyinin qeydə alınmaması "Milli Şura"da təmsil olunan siyasilərin bəzilərinə çoxdan bəllidir. Bu baxımdan İsa Qəmbərin Müsavat partiyası tərəfindən namizədliyinin hələ də qüvvədə olması və divanın səlahiyyətlərinin ona verilməsi təbii qəbul olunmalıdır. Bu məsələ isə ilk növbədə "Milli Şura"da qeyri-səmimi mövzu göstəricisi kimi dəyərləndirilməlidir".Siyasi şərhçi qeyd edib ki, İsa Qəmbərin namizədliyinə aqressiv münasibət bəslənilməsi, xüsusilə Əli Kərimli tərəfindən daha qabarıq şəkildə nəzərə çarpır: " "Milli Şura"da təmsil olunan hər bir şəxs kimi, Əli Kərimlinin də öz məqsədləri var. Əli Kərimli tərəfindən "Milli Şura"da təmsil olunma və Rüstəm İbrahimbəyovun namizədliyinin dəstəklənməsi ilk növbədə İsa Qəmbərin seçkilərdən kənarda qalmasına xidmət edir. İsa Qəmbərin namizədliyi məsələsi qabardıqca, ziddiyyətlər dərinləşdikcə Əli Kərimli daha ciddi bəyanatlar verir, onların tərəfdarları arasındakı ziddiyyətlər ağır təhqir formasına keçir"."Hələ "İctimai Palata" adlı qurum yaradılanda bəyan etmişdik ki, bu insanların bir yolda addımlaması mümkün deyil. Onları bir araya gətirəcək platforma yoxdur. Digər tərəfdən bu insanlar bir-birlərinə uzun illər patoloji nifrət bəsləyiblər. Vaxtilə Əbülfəz Elçibəyin namizədlik məsələsində güzəştə getməyən insanların Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməsi nə dərəcədə inandırıcıdır? Əslində bu prosesin başlanğıcıdır və tamamilə absurd siyasi mülahizələr üzərində qurulub. İsa Qəmbərin tərəfdaşı Pənah Hüseyn bəyan etmişdi ki, biz ilk dəfədir başqalarının çəkdiyi filmdə rol almışıq. Bu fikirlə bəyan olunur ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi Putindən asılıdır. Onlar açıq şəkildə bəyan edirlər ki, başqa dövlətlərin ssenarisində yer alırlar. Bunlar da "Milli Şura" adlı qurumun tamamilə adına zidd bir fəaliyyətdə olduğunu sübuta yetirir" - deyə E.Mirzəbəyli vurğulayıb.

sia.az

Digər xəbərlər