Erməni sosioloqu Eyron Adibekyan: "Müstəqillik dönəmində erməni xalqının itkisi qazancından qat-qat çox oldu"
İşğalcı Ermənistan müstəqillik bayramının 22- ci ilini qeyd etsə də, bu bayram demək olar ki, beynəlxalq gülüş günü kimi yaddaşlara həkk olundu. Həmən günlə əlaqədar Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyana təbrik məktubu göndərib. Təbrik məktubu rəsmi xarakter daşısa da, məktubun məzmunu başdan-ayağa acı gülüş və sarkazmdan ibarət olub. Ermənistanda hökm sürən müflisləşmə hamıya bəllidir. Ola da bilməz ki, bu cür acınacaqlı vəziyyətlə bağlı Rusiya kimi dövlətin və V.Putinin xəbəri olmasın.
Keçid alaq məktubun məzmununa. Məktubda Rusiya dövlətinin başçısı Ermənistanın əldə etdiyi "sosial-iqtisadi", "elmi-texniki" inkişafında Rusiyanın rolu olduğunu qeyd edib. Bu da, Ermənistanın çoxsaylı nəşrlərində qeyd olunduğu kimi, erməni icması tərəfindən narazılıqla qarşılanıb.
V.Putin bu sözləri ilə doğurdan da S.Sarkisyanı ələ salmasını erməni sosioloqunun Ermənistandakı vəziyyət və bayram haqda verdiyi açıqlamalarda açıq-aydın görə bilirik. O deyir ki, "müstəqillik dönəmində erməni xalqının itkisi qazancından qat-qat çox olub". Onun sözlərinə görə, müstəqillik dönəmində Ermənistan 2,3 milyon əhalisini itirib. Bundan başqa, sosioloq qeyd edir ki, 90-cı illərin ikinci yarısında əhalinin 60%-i Ermənistanın müstəqilliyinə qarşı idi. Və ya Putinin erməni soyadlı silahdaşı Kurqinyan deyir: "Əgər erməni xalqı yaxşı yaşamayacadısa, müstəqillik onun nəyinə lazım idi?" Daha sonra o, qeyd edib ki, Ermənistanda daima müstəqilliklərini və azadlığını güclüyə satmağa can atan "elita" təbəqə var və hazırda erməni xalqının getdikcə müflisləşməyə aparan da elə məhz onlardır.
Bundan başqa, Rusiya dövlət başçısının gülüş hədəfinə çevirdiyi erməni hakmiyyətinin idarəçilik prinsiplərinin bir nüansına da nəzər yetirək. Belə ki, hazırda erməni hakimiyyəti nəinki mövcud problemləri həll etmir, əksinə, müstəqillik dönəmində olan diskomfortu və kütləvi emiqrasiya problemlərini xüsusi olaraq ört-bastır edir. Bu problemləri erməni qəzeti belə şərh edir: "Bu birbaşa Ermənistan hakimiyyətinin istedadsız və cinayətkar siyasətiylə bağlıdır və hakimiyyət müstəqilliyə istinad edərək, məsuliyyəti öz üzərindən atmağa çalışır".
Bir sözlə, 22 il Ermənistanın qul düşüncə tərziylə hökm sürdüyü bir dövrdür. Baxmayaraq ki, bu günü ermənilər müstəqillik günü kimi qeyd edir, amma bu gün onlar üçün sanki müflisliyə və erməni icmasının tarixdən silinməsinə yol açan gün kimi qeyd olumalıdır. Bunu erməni nəşrləri və ekspertlər Ermənistandakı mövcud vəziyyəti şərh edərkən deyir: "Qul düşüncəsi ilə əmrə tabe olan Ermənistan mövcud iqtisadi-sosial, hərbi, indi də artıq siyasi sahədəki asılılığı ermənilərin sonu deməkdir".
Ülkər Musazadə