Oktyabrın 3-də Vaşinqtonda "Freedom House" hüquq-müdafiə təşkilatının sayca dördüncü "İnternet azadlığı" hesabatı elan ediləcək. Məruzə dünyanın 60 ölkəsində İnternetə çıxış, senzura, tariflər və istifadəçilərin hüquqlarını əks etdirir. Təşkilatın ekspertləri rəqəmsal medianın azadlıq vəziyyəti haqqında əsas təmayülləri qiymətləndirir.
Bu təşkilatın əvvəlki məruzələrində Azərbaycanda İnternetə çıxışda ciddi məhdudiyyətlər və problemlər, blogerlərin və şəbəkədə hakimiyyəti tənqid edən sadə vətəndaşların izlənməsi və təqibi faktları haqqında danışılırdı. Şübhə yoxdur ki, bu məruzələrində də biri bir qəpikdən olan yalanlarla təşkilatlarını gündəmdə saxlamağa çalışacaqlar.
Müxalifət düşərgəsi böyük sevinc içindədir ki, bu təşkilat yenə də hesabat yayacaq, Azərbaycanı saxta dəlillərlə ittiham edəcək. Ancaq burda bizim üçün elə də qeyri-adi bir şey yoxdur. Nə Azərbaycan cəmiyyəti, nə də müvafiq qurumlar bu tipli qeyri-ciddi və şantaj xarakterli hesabatları ciddiyə almır. "Freedom House" təşkilatının hesabatlarını Azərbaycanda baş-ayaq oxumağa artıq adət ediblər. Bu təşkilat heç vaxt obyektiv olmayıb və onun bundan sonrakı dövrdə də Azərbaycanla bağlı hər hansı pozitiv məsələləri əks etdirməsi gözlənilmir. Gizli deyil ki, "Freedom House"un hesabatları Azərbaycandakı "5-ci kolon"un donosları əsasında hazırlanır, qərəzli xarakter daşıyır, əsassız iddialar, subyektiv mülahizələrlə zəngin olur.
Burada bir neçə məsələ var. Əvvəla, "Freedom House" təşkilatı köhnə tozlu məruzələrinin tarixini dəyişib hər dəfə eyni şəkildə çıxış eləyir. İkincisi, aldığı pullar müqabilində bu təşkilat Azərbayacanın xeyirinə bir cümlə belə yaza bilməz. Çünki ayrılan vəsaitin təyinatı demokratiyanın normal şəkildə inkiaş elədiyi ölkələr haqqında təxribatçı məlumatlar yaymaqdır. Digər tərəfdən, bu təşkilatın Azərbyacanda heç vaxt dayaq qura bilmədi, bu təşkilat heç vaxt Azərbyacandan qoparmaq istədiyin qopara bilməyib. Çünki nə Azərbaycan dövləti və hökuməti, nə də cəmiyyətimiz milli maraqlarını məqsədi məlum olmayan qurumlara satmaz. Məncə, küçə adamlarının danışıqları əsasında özünə hesabat düzənləyən "Freedom House" təşkilatına önəm verməməyin və bu haqda danışmamağın vaxtdır. Qoy müxalifət qəzetləri öz küçə danışıqlarının rəsmi formasını xarici qurumların səhifələrində görüb zövq alsınlar.
Samir