PDF Oxu

Araşdırma

  • 2 938

Turizm sənayesi yeni inkişaf mərhələsində

Turizm sənayesi yeni inkişaf mərhələsində

Son on ildə Azərbaycana gələn turistlərin sayı 4,6 dəfə çoxalıb

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Əldə olunmuş sosial-iqtisadi irəliləyişimizin inkişafına lazımi şərait yaradıb. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişafının təmininə yönəlib. Ölkədə turizmin inkişafına münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib.

Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ kimi məkanları gəzən, tarixi abidələr və mənzərəli yerlərlə tanış olan qonaqlar bu gözəlliklərin cazibəsinə düşürlər. Qobustandakı qədim "Piribaba" ziyarətgahı, Şamaxıdakı "Yeddikümbəz" abidəsi, İsmayıllının meşələri, görməli yerləri, Qəbələnin "Yeddi gözəl" şəlalələri, Nohur gölü və ətrafdakı gözəl təbiət turistlərin diqqətindən kənarda qalmır. Təmiz hava, müasir turizm infrastrukturu və qədim maddi-mədəniyyət nümunələri füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin gözəlliyindən həzz alan qonaqların xoş anlar təssüratına çevrilir.

Azərbaycan xarici ölkələrdən saysız turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstəriən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub. Azərbaycana gələn turistlərin sayının artırmasında turistlərə tətbiq olunan viza rejiminin sadələşdirilməsi də əsas şərtlərdəndir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin martından ölkəmizdə elektron viza sisteminin tətbiqinə başlanılıb. Artıq sistemə qoşulmuş turizm şirkətləri tərəfindən aprel-sentyabr ayları ərzində 3596 nəfər üçün elektron viza rəsmiləşdirilib.

Əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsindir ki, ölkəmizə artan maraq gündən-günə çoxalır, beynəlxalq aləmdə tanınır. Son on ildə respublikamızda turizm sahəsində mühüm addımlar atılıb. Belə ki, statistik göstəricilərə istinadən, Azərbaycana gələn xarici vətəndaşların sayı 4,6 dəfə çoxalıb. Turizm sənayesinin inkişafı, onun infrastrukturunun əsas amillərindən olan mehmanxanaların sayının artması ölkəmizdə bu sahənin müsbət inkişafından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər