Gürcüstanda "Beynəlxalq Gənclər Festivalı"nın keçirilməsi əhəmiyyətli hadisədir. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ.Babayev bildirib ki, Gürcüstanın Sinqnaxi şəhərində baş tutan festival hər iki ölkənin gəncləri üçün mədəniyyət və idman sahələrinin tanınması baxımından çox önəmlidir.
"Festival çərçivəsində Azərbaycan və Gürcüstan Hökuməti arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında Sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanıb. Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və gürcü gənclərinin iştirakı ilə konsert proqramı keçirilib. Festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır"- deyə nazir müavini vurğulayıb.
yap.org.az