PDF Oxu

Araşdırma

  • 1 463

Prezidentlərin görüşü ...

Prezidentlərin görüşü ...

Elçin Mirzəbəyli: "Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən görüşdən hansısa bir nəticə gözləməyə dəyməz "

Noyabrın əvvəllərində ATƏT-in Minsk Qurupunun həmsədrlərinin regiona səfərləri planlaşdırılır. Məlumata görə, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etməkdir. Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, mütəmadi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri təşkil olunur: "Həmsədrlərin regiona səfərlərləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipal irəliləyişə gətirib çıxarmayıb. Yəni, yenidən həmsədrlərin regiona səfər etməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində hər hansı bir irəliləyişə səbəb olacağını gözləmirəm" .

"Yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçiriləcəyi gözlənilir" sualını cavablandıran politoloq onu da bildirdi ki, bundan öncə həmsədrlərin iştirakı ilə xarici işlər nazirlərinin müəyyən təmasları olmuşdur: " Bu təmaslar nəticə etibarı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin olmasına gətirib çıxarmamışdır. İndiki şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün hanısa bir səbəbin və əsasın olduğunu müəyyənləşdirmək bir qədər çətindir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işğalçı ölkə olan Ermənistanın mövqeylərində irəliyə doğru hər hansı bir irəliləyiş yoxdur. Son vaxtlar beynəlxalq təşkilatların qəbul etdiyi bəyənatlarda Ermənistanın Azərbaycan ərzilərinin işğaldan azad etməsi məsələsi vurğulanır, MDB-nin son samitində belə Ermənistana işğalçı mövqedən çəkinməsi barədə müəyyən mesajlar çatdırıldı. Bu prosesin özünə bu mesajların və bəyanatların müəyyən təsiri olacaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən görüşdən hansısa bir nəticə gözləməyə dəyməz".

E.Mirzəbəyli onu da bildirdi ki, hər zaman Ermənistan ayrı-ayrı dövlərlərin əlində bir alətə çevrilərək istifadə olunub: "İndiki şəraitdə də bir neçə ölkənin siyasətçiləri erməni diasporasına görə Ermənistanın təcavüzkar mövqeyinə qarşı birmənalı mövqe ortaya qoymurlar. Yəni, konkret olaraq işğalçı ölkəyə qarşı beynəlxalq hüququn tələb etdiyi prinsiplər həyata keçirilmir. Bu da onu deməyə əsas verir ki, məhz həmin dövlətlərin regionda maraqları var. Ümumiyyətlə, bu gün Ermənistan işğalçılıq siyasəti apardığına görə öz ölkəsini çox pis vəziyyətə qoyub. Demək olar ki, Ermənistanda yaşayan vətəndaşlar ölkəsinin ağır bir vəziyyətdə olduğunu görərək öz ölkəsini tamamilə tərk edərək gedir. Lakin bu mənzərənin ortalıqda olmasına baxmayaraq, Ermənistan hələ də bu işğalçılıq siyasətindən əl çəkmir. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlər də eyni mövqedən çıxış edirlər. Bir sözlə, Rusiya Ermənistana özünün fortpostu kimi baxır. Ermənistan Cənubi Qafqazda Rusiyanın hərbi bazası funksiyasını yerinə yetirir. Belə olacağı təqdirdə beynəlxalq hüququn prinsipləri işləmir və Ermənistana qarşı hər hansı bir təzyiq həyata keçirilmir. Belə olan halda da Dağlıq Qarabağ münaqişəsinin həll olunması bir qədər də uzanır".

GÜLYANƏ

Digər xəbərlər