PDF Oxu

Araşdırma

  • 1 629

ERMƏNİLƏRİN İŞĞAL ETDİKLƏRİ AZƏRBAYCAN TORPAQLARINDA XARİCİ ŞIRKƏTLƏR İNVESTİSİYA YATIRMAQDA DAVAM EDİRLƏR

ERMƏNİLƏRİN İŞĞAL ETDİKLƏRİ AZƏRBAYCAN TORPAQLARINDA XARİCİ ŞIRKƏTLƏR İNVESTİSİYA YATIRMAQDA DAVAM EDİRLƏR

Araşdırmalar nəticəsində məlum olub ki, bir sıra xarici şirkətlər və təşkilatlar, Azərbaycanın işğal olunmuş torpaqlarına investisiyalar yatırır. Ermənilərin zəbt etdikləri torpaqlarda ermənilər üçün iş yerləri yaratmalarını necə başa düşmək olar? Nəzər yetirsək, görərik ki, bu xarici təşkilat və şirkətlər ikili standartlara xidmət edənlərdir. Bu proses hələ 1999-cu ildən etibarən davam etməkdədir. Bu şirkətlərin bir çoxunun Qarabağdakı fəaliyyəti rəsmi şəkildə qeyd olunmasa da, faktiki olaraq rəsmi qeydiyyatda olan təşkilatların fəaliyyətində maraqlı nəticələr qeydə alınıb. Belə ki, bu günə qədər Ermənistan da daxil olmaqla, Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəssisələrinə 35 096 500 dollar investisiya yatırır. Bunun da hesabına Qarabağda 1325 daimi iş yeri açılıb. Qarabağda fəaliyyət göstərən xarici ölkələrin şirkət rəhbərləri, eyni zamanda burada özlərinin 6 törəmə, yəni yerli müəssisələrini yaradıblar. Belə ki, onlar bu törəmə müəssisələrə hər il 2 745 300 dollar investisiya yatırmaqla, burada daha 400 nəfərlik daimi iş yeri yaratmağa nail olublar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800 dollar investisiya qoyulur. İşğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlər, əsasən telekommunikasiya, parket kafel istehsalı, tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı, ağac emalı və digər fəaliyyət növləri ilə məşğul olduqları da məlumdur.

1999-2012-ci illərdə xarici ölkələrin aparıcı şirkətləri tərəfindən Dağlıq Qarabağa qoyulan investisiyalar yatırmaları və iş yerləri yaratmaları ikili standartlardan çıxış etmələri ilə izah olunmalıdır. Eyni zamanda, onu da qeyd edək ki, bu büc davranış bütün beynəlxalq konvensiyalara və beynəlxalq hüquqa ziddir. Belə ki, Livanın "Karabakh Telecom Co" telekommunikasiya şirkəti 30 iş yeri ayırmaqla 15000000$, ABŞ-ın "ATA-Vank-Les Co" parket, kafel istehsalı şirkəti 120 iş yeri açmaqla, 1500000 $, İsveçrənin "Haik Watch and Jewelry Co" və "ArtsakhBank Co" zərgərlik malları şirkəti 118 iş yeri açmaqla 1200000 $, daha sonra İsveçrənin "Sirkap Armenia Co" tikinti materialları 85 iş yeri açmaqla, 650000 $, Rusiyanın "Iceber G-A" soyutma sistemləri 37 iş yeri olmaqla 500000 $, ABŞ-ın "Arvard Co" süd məhsulları şirkəti 40 iş yeri 380000 $ və sairə şirkətlər maddi vəsait yatırıblar. Bundan başqa, bir sıra şirkətlər işğal olunmuş Azərbaycan torpaqlarının təbii resursları hesabına yaradılan yerli şirkətlərdə də mövcuddur. Məsələn, "Artsakh Alco CO" şərab, araq və spirt istehsalı, "Shoe Factory Co" geyim istehsalı ilə məşqul olan şirkət, "Varanda Co" çəllək istehsalı, "Urartu" almaz cilalama, "GF Ltd" mebel istehsalı kimi daha bir sıra şirkətlər fəaliyyət göstərir. Görəsən, nə üçün işğal olunmuş torpaqlarda bu qədər ədalətsiz rejim hökm sürdüyü halda, beynəlxalq hüquq susmaqda davam edir. Erməni separatçıları zəbt etdikləri torpaqları istədikləri kimi geninə-boluna istifadə etməkdə davam edirlər və ən acınacaqlısı isə o separatçılara bu kimi hüquq pozuntusunu həyata keçirməyə kömək edən böyük təəssüf doğuran dövlətlər var.

Ülkər Musazadə

Digər xəbərlər