PDF Oxu

Araşdırma

  • 1 873

"ZAVALLI" KATOLİKOSUN ŞEYXƏ MƏKTUBU və ya xeyirsiz xeyir-dualar

"ZAVALLI" KATOLİKOSUN ŞEYXƏ MƏKTUBU və ya xeyirsiz xeyir-dualar

Ermənilərin "zavallı", gecə-gündüz Allaha (onların dilində "astvas"a-R.N) "sidq ürəklə dua edən" katolikosu II Qaregin Şeyximizə məktub ünvanlayıb. Məktubunda Şeyx həzrətlərinə atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırış edən "zavallı", "əzabkeş" erməni katolikosu yazıb ki, bəs atəşkəsin pozulması zəif, lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır və insan həyatının müqəddəsliyini, həyata olan haqqın müqəddəsliyini təhlükə altına salır (?-R.N.). Hələ bu da azmış kimi, "siyasi ağıl" qoymaq istəyən Qaregin Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativinin ola bilmədiyini də sözügedən məktubunda yazıb.

Beləliklə, məsələ aydındır. Bəlli olur ki, bu "zavallı" ermənilər köhnə bicliklərini yenidən işə salmağa başlayıblar. Lap 1993-cü ilin iyunundan başlayaraq Azərbaycan ordusunun cəbhədə mühüm zəfərlər əldə etməsindən, işğal olunmuş ərazilərimizin bir qisminin azad edilməsindən sonra atəşkəs danışıqları masasına oturmaq yalvarışları kimi...

Axı bu gün hər kəsə bəllidir ki, məhz həmin dövrlərdə ordumuz sürətlə irəliləyir, kəndləri, yüksəklikləri erməni-rus işğalından azad edir, hətta Xankəndi istiqamətində uğurlu əməliyyatlar həyata keçirmək üçün ciddi hazırlıqlara başlayırdı.

Ermənilər 20 ildən sonra yenidən qudurdu, quduzlaşdı

Fəqət ermənilərin, məhz ermənilərin (ruslar, fransızlar, amerikalılar, ingilislər də daxil olmaqla-R.N.) "zavallı", "yazıq", "bədbəxt" yalvarışları, beynəlxalq təşkilatlardan etdikləri atəşkəs təvəqqeləri Azərbaycan ordusunun qələbəyə doğru aparan yoluna müvəqqəti sədd çəkmiş oldu. Daha sonra ATƏT-in Minsk Qrupu və s. bu kimi qurumlar hələ 20 il (!-R.) başımızın altına yastıq qoyacaqdı. Üstəlik ermənilərin yalvararaq əldə etdikləri atəşkəs rejimini yüz min dəfələrlə pozmalarına rəğmən! Bax beləcə, 20 il geridə qaldı və ermənilər 20 ildən sonra yenidən qudurdu, quduzlaşdı. Xocalıdan tutmuş Kərkicahana qədər, Bağanis Ayrımdan tutmuş Qarakəndə qədər baş verən faciələr, həmin faciələrdə şəhid olan günahsız insanlarımızın ah-naləsi də bizə ermənilərin kim deyil, nə olduqlarını bir daha xatırlatdı.Xatırlatdı ki, bunlar qədər bic, tülkü, xain millət yoxdur, olmayacaq da!

Qaregindən öncəki gorbagor katolikos Vazgen...

İndi həmin bu "zavallı", "əzabkeş" xalqın "bədbəxt" katolikosu Şeyxə ağız açır. Ağız açır ki, bəs Azərbaycan ordusu onlara atəş açmasın. Ancaq xatırlamır ki, ondan öncəki gorbagor katolikos Vazgen məhz Azərbaycan torpaqlarını işğal etməyə gedən erməni terrorçularına xeyir-dua verir, onları xaç suyu ilə yola salırdı! Əgər bunların Allahı var idisə, nəyə görə bizə qarşı kişi kimi, düzgün düşmən kimi müharibə aparmaları yerinə, mülki vətəndaşlarımıza qarşı amansız soyqırımları törədirdilər?! Əgər bunların dinləri, imanları var idisə, nəyə görə körpə balalarımızı qadınlarımızı, qocalarımızı vəhşicəsinə qətlə yetirərək, onların kəslimiş başlarından təpəciklər düzəldib, onları atəş nişangahlarına çevirirdilər?! Əgər bunlarda vicdan və həyata müqəddəs baxş var idisə, daim Vazgenin yanında görünən Zori Balayan hansı səbəbdən "türk balasının dərisini soydum və o da beş dəqiqədən sonra öldü" kəlmələrini "qəhrəmancasına" öz murdar kitabına həkk edirdi?! Məgər "zavallı" Qaregin bütün bunları bilmirmi?! Məgər "yazıq" din adamı öz astvasına dua edərkən, baş verən faciələrdən dolayı özündə mənəvi iztirab çəkməyə güc tapırmı?!

Məncə, yox! Əsla! Əgər ermənilərin katolikosu II Qaregində bir azca vicdan, mənəviyyat hissi olsaydı, təmsil olunduğu xalqın qaniçənlərinin törətdikləri faciələrə görə ilk öncə, möhtərəm Şeyximizdən üzr istəyərdi!!! Əgər onda bir balaca insanlığa dəyər amili mövcud olsaydı, "sülhə çağırış" tipli müraciət məktubunu, ümumiyyətlə, qələmə almazdı!!!

Azərbaycan, ona xor baxanlar üçün cəhənnəmdir!

Bu gün cəbhədə oğullarımız Vətən uğrunda şəhid olur, Vətən torpağına gömülür. Bu gün canını bu torpaqlar uğrunda fəda edən igid balalarımız sabah həmin faciələrin yenidən yaşanmaması üçün bunu edirlər. Və bu gün Ali Baş Komandanımız hər an gözlənilən əmri verə bilər. Bax, onda "zavallı", insan həyatını müqəddəs hesab edən II Qaregin Şeyximizə yazdığı həmin məktubu unudaraq, sələfi Vazgenin etdiyi kimi, torpaqlarımıza dürtülməyə cəhd edən terrorçulara xeyir-dua verəcək, onları xaç suyu ilə üstümüzə yollayacaq! Ancaq onun nə xeyir-duası, nə də ki, xaçının suyu kimsəyə dərman olmayacaq. Çünki burası Azərbaycandır! Azərbaycan isə ona xor baxanlar üçün son mənzildir, məzarlıq və cəhənnəmdir!

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər