Cəbhə xəttində baş verən insidentlər Ermənistanda etirazlara səbəb olub
Son günlər cəbhə boyu Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə layiqli zərbələr endirilməsi və bunun nəticəsində düşmənin böyük itkilər verməsi qarşı tərəfdə böyük qorxu hissi yaradıb. Bu isə Ermənistanda etirazlara səbəb olub. Erməni mətbuatının yazdığına görə bu etirazlarda Yerevanda cəbhədə gərginlik və itkilərlə əlaqədar "Müharibəyə yox!" şüarı altında aksiya keçirilməsi planlaşdırılıb.
Ölən əsgərlərin anaları Serj Sarkisyana etiraz etdilər: "Serjik qatil!"
Ermənistanda prezident Serj Sarkisyanın iqamətgahı qarşısında əsgər analarının etiraz aksiyası keçirilib. Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etiraz aksiyasında son günlər cəbhə xəttində atəşkəs dövründə öldürülən erməni əsgərlərin qohumları, "Reallıqdakı ordu" təşkilatının üzvləri və Ermənistan ordusundakı hazırkı vəziyyətə etiraz edən çox sayda sadə ermənilər iştirak edib. Aksiya iştirakçıları atəşkəs dövründə ölmüş erməni əsgərlərinin şəkillərini tutaraq Serj Sarkisyandan onların qarşısına çıxaraq əsgərlərin ölümündə günahkarların nə səbəbə cəzalandırılmamasına aydınlıq gətirməsini tələb ediblər: "Əgər Serj Sarkisyan bu ölümlərin arxasında kimin dayandığını müəyyənləşdirməkdə acizdirsə, onda qoy istefa versin. Biz bilmək istəyirik ki, bizim oğullarımız nə etmişdilər ki, onları Ermənistan ordusunda bu cür vəhşicəsinə öldürdülər. Qətllərin üstünün açılmamasının baiskarı Serj Sarkisyandır. O istəsəydi, bir bəyanatı ilə ordudakı hərc-mərcliyə son qoyardı".
Valideynlərin çağırışına baxmayaraq Serj Sarkisyan iqamətgahının divarları arxasında gizlənərək aksiya iştirakçılarının qarşısına çıxmağa cəsarət etməyib. Ancaq aksiya iştirakçıları qarşısına Ermənistan müdafiə nazirinin müavini Vladimir Qasparyan çıxaraq etirazçıları hərbi polisə dəvət edib. O, burada aksiya iştirakçılarının istəklərinin nəzərə alınacağına söz verib. Ancaq aksiya iştirakçıları prezident iqamətgahının qarşısından çəkilməyərək sonadək "Serjik, get", "Serjik qatil" şüarları səsləndirməkdə davam ediblər. Respublika meydanından Azadlıq meydanına qədər davam edən və əllərində Ermənistan və Avropa İttifaqının bayraqları olan yürüş iştirakçıları bildiriblər: "Bu, bizim müharibə deyil, rejimin müharibəsidir". "Tert.am"la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib: "Biz cəmiyyətlə müzakirələrə girmək istəyirik". Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağı tələb edir.
Ermənilərin qorxulu yuxusu
Soçidə prezidentlərin Dağlıq Qarabağ münaqişəsinə həsr ediləcək görüşü ərəfəsində Ermənistanın təbliğat maşını sürət götürüb. Yerli KİV-lər bütün ağır günahları Azərbaycanın boynuna yıxırlar, Dağlıq Qarabağın tarixi erməni torpağı olması kimi yalan iddialar irəli sürürlər. Əgər ermənilərin yazdıqları ilə yaxından tanış olsaq, bu qərəra gəlmək olar ki, hələ yer üzündə insanlar olmayanda ermənilər var imiş, tək Dağlıq Qarabağda deyil, çox yerdə kələz və dinozavrlarla birlikdə gəzirmişlər. "Biz çox qədim millətik, ona görə də daha bir erməni dövlətinin yaradılmasına icazəmiz var",- deyə onlar iddia edirlər.
Yəqin ki, məhz qədimlik erməni siyasətçilərinin əqli qabiliyyətinə təsir göstərib. Yeni erməni dövlətlərinin yaradılmasına gəldikdə isə, Azərbaycan bunun əleyhinə deyil. İstəyirsiniz 20 dövlət yaradın, amma öz ərazilərinizdə, məsələn, Spitakda, Gümrüdə və ya Yerevanda. Amma quldurcasına oğurlanmış Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək. Bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyev Cənabları bir daha yada salıb.
Ən maraqlısı da odur ki, beynəlxalq təşkilatlar Soçi görüşü ərəfəsində yenidən münaqişə zonasında atəşkəsə riayət etməyə çağırırlar. Hadisələrin bu cür cərəyan etməsi Ermənistan rəhbərliyinin xeyrinədir, çünki bu gün özünü Azərbaycanın təcavüzünə uğramış günahsız ağ quzu kimi təqdim etmək niyyətindədir. Ermənilər silah gücünə yalnız Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın yeddi rayonunu tutublar və təhlükəsizlik zonası yaratdıqlarını iddia ediblər. Dünyada isə bu, heç kimi narahat eləmədi. BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələr isə heç nəyə yaramayan kağız parçasına çevrildilər. Sayı bir milyona çatan qaçqınların taleyi heç kimi narahat etmədi. Amma on-on beş erməni hərbçisi dünyasını dəyişən kimi az qala bütün dünya bunu qınayır. Bu müharibənin ilkin səbəbkarı Ermənistanın təcavüzkar siyasəti və onun quldur əməlləridir ki, buna görə o, dünya birliyi tərəfindən cəzalandırılmalıdır.
Ermənilər etiraf etdilər: "Xocalı soyqırımını biz törətmişik"
Ermənistan silahlı qüvvələrinin atəşkəsi müntəzəm pozması nəticəsində cəbhə xəttində baş verən atışmalar hər iki ölkədə gündəlik həyatın bir hissəsinə çevrilib. Az müddət öncə ermənilər artıq tamahlarına güc gələ bilməyib Azərbaycan torpaqlarına soxulmaq istədilər və geri çəkilməyə məcbur oldular. Azərbaycan ordusu itkilər bahasına olsa da torpaqlarımızdan bir toz dənəciyi belə verməyəcəyini ermənilərə sübut etdi.
Baş verən məlum hadisələrdən sonra daha bir atışma alovlandı - hər iki ölkənin media vasitələri bir-birinə qarşı hücuma keçdilər. Xüsusən də ermənilərin yalançı lovğalığa əsaslanan xəbərləri, təsəlli xarakteri daşıyan karikaturaları paylaşılmağa başladı. Sosial şəbəkələr qızğın müzakirə mərkəzlərinə çevrildi. Əksər ermənilərin müzakirələrinin ana xəttini anti-Azərbaycan çıxışları təşkil etdi. Lakin içlərində elələri də oldu ki, ermənilər və Ermənistanın gerçək sımasına işıq tutdu. Bu yaxınlarda sosial şəbəkələrin birində Azərbaycan əleyhinə foto paylaşan və onu müzakirə edən ermənilərdən bir neçəsi emosiyalara qapılaraq "gerçək erməni necə olur, görün" siqnalları verib. Ermənilərin müharibə istəmədiyi aydın məsələdir. Amma müharibə olacağı təqdirdə Azərbaycana "dərs verəcəklərini" deyən ermənilər var. Bir qrup erməni yazdıqları fikirlərlə terroru dəstəklədiklərini, terrorçu millət olduqlarını etiraf ediblər. Onlar yazırlar: "Bu torpaqlar bizimdir. Onu bizdən ala bilməzlər. Azərbaycan bu torpaqlardan əlini çəksin. Yoxsa biz çıxararıq onları buradan. Necə ki, 22 il əvvəl başlarına oyun açdıq. Xocalıda etdiklərimizi bir daha edərik. Bu dəfə daha qəddar olarıq, biz ermənilər bunu bacarırıq. Və bunu Xocalıda törətdiklərimizlə sübut etmişik".
Ermənilər beyinləri ilə dillərini tutuşdurmağa başlayıblar. Bütün Ermənistan yaxşı bilir ki, Xocalı terroru onların əməlidir, yəni bu həqiqət onların beyinlərinə həkk olunub. Amma onu dildə ifadə etmirlər, terrorçu yox, terrora məruz qalan millət kimi danışırlar. Sözügedən ermənilər isə əsl erməninin necə olduğunu çox əla formada göstəriblər. Deyirlər, it ona görə hürür ki, qorxur. Çox güman ki, ermənilərin bu etirafı qorxudan irəli gəlir. Azərbaycanın 20 il öncəki ölkə olmadığını çox gözəl bilirlər. Xocalıda törətdiklərini boyunlarına almaqla bizi terrorçu ermənidən qorxmağa çağırırlar. Gülməmək mümkün deyil...
A.SƏMƏDOVA