Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Ən əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb-endirməklə tarixdə heç biz zaman olmayan uydurma "soyqırımı"nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bu yerdə təəccüb doğuran odur ki, həmin əl qaldıranlar tarix kitabının belə bir səhifəsini oxumadıqları halda "tarixçi" rolunda çıxış etməklə, təkcə məsuliyyətsizlik deyil, tarixi faktlara, materiallara hörmətsizlik, tarixi inkar etmək kimi məsuliyyətdən qaçırlar. Ancaq əsl, gerçək tarix heç də onların bilmədikləri tarixə əl qaldırmaq deyil. Əsl, gerçəklikdə uydurma "soyqırımı"nın olmamasıdır.
Musa Qasımlı: "Qondarma "soyqırımı"- erməni ideologiyasıdır"
Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı ermənilərin uydurduqları qondarma "erməni soyqırımı"nın yalan olmasını faktların dili ilə sübut edir. Tarixçi professor bunun üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma apardığını bildirir: "Soruşa bilərsiniz ki, nəyə görə ermənilər 24 apreli uydurma "soyqırımı" günü kimi qeyd edirlər? Diqqət yetirsək, görərik ki, bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc tükləri, müsəlmanları qırıblar, o yerlərdə yaşayan ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə getməsinə baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər erməninin qırıldığını söyləyirlər. Bu, həqiqətə nə dərəcədə uyğundur? Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar. Həmişə yalan və böhtan yazan ermənilərdən həqiqəti gözləmək olmayıb. Əvvəla, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, sonra isə 1 milyon 500 min nəfər göstərilir. Ona görə də, qondarma "soyqırımı"- erməni ideologiyasıdır. Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin "soyqırımı" ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. "Soyqırımı" onların alver predmetinə çevrilib".
Nizami Cəfərov: "Ermənilər öz rəhbərlərinin həbs olunduğu günü soyqırımı günü, yəni "millət"in sınan günü kimi qeyd etməyə başladılar"
Milli Məclisin Elm və Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov qondarma erməni soyqırımı məsələsinə tarixin öz qiymətini verdiyini, erməni iddialarının, əslində, heç bir fakta əsaslanmadığını dilə gətirib. N.Cəfərov söhbət əsnasında qeyd etdi ki, bu gün gündəmə gətirilən məsələ erməni uydurmalarının nəticəsidir. "1920-ci illərdən başlayaraq, ermənilərin millətçilik hərəkatlarına start verildi. Bu hərəkatlarda isə, həmişə olduğu kimi, dünyanın bölüşdürülməsində maraqlı olan böyük güclərin təsiri olub. 1920-ci-1930-cu illər sovet dönəminə düşdüyünə görə müəyyən qədər millətçiliyə qarşı mübarizə gedişində bu məsələ bir qədər səngimişdi. Lakin bununla yanaşı, yenə də xaricdə yaşayan ermənilər hər zaman bu xəyalpərvər ideyadan öz məqsədləri üçün istifadə etməyə xüsusi maraqlı olublar. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişində Türkiyədə mövcud olan Osmanlı dövlətinin təbəələri olan ermənilər arxa cəbhədə satqınçılıqla məşğul olublar. Məhz ona görə də, Osmanlı hökuməti məcburiyyət qarşısında qalaraq, erməniləri cənuba köçürüb. Bu köçürmə prosesi isə sistemli şəkildə, öz qaydasında həyata keçirilib. Köçürmə prosesində müəyyən problemlər yaşansa da, konkret məqsəd ermənilərə qarşı "soyqırımı" həyata keçirməkdən ibarət olmayıb. Türkiyənin burada başlıca məqsədi özünə qarşı arxadan vurulan zərbənin qarşısını almaqdan ibarət idi"- deyə N.Cəfərov ermənilərin bu iddialarına nə Atatürk, nə də ondan sonrakı dövrlərdə Türkiyə hökuməti tərəfindən heç bir cavab verilmədiyini də diqqətə çatdırıb. Eyni zamanda, "Türkiyə tərəfi bu məsələ ilə bağlı uzun müddət heç bir reaksiya vermədiyinə görə, ermənilər sonradan mürtəce hərəkətlərini genişləndirdikdən sonra arxivlər açıldı və tədqiqatlar aparıldı" deyən N.Cəfrov bu tədqiqatlarda da ermənilərin uydurmalarının tam əsassız olduğunun sübut edildiyini bildirdi: "Türk alimləri isə son on ildə əhəmiyyətli dərəcədə çox ciddi araşdırmalar apardılar. Bu araşdırmalardan bir faktı misal çəkmək olar ki, ermənilərin təqdim etdikləri, guya 1915-ci ildə köçürülmə hərəkatı dövründə adları qeyd olunan bir çox sayda erməninin adları, soyadları və sənədləri 1916-1917-1918-ci illərdə rəsmi şəkildə başqa-başqa yerlərdən çıxıb. Halbuki onları ermənilər 1915-ci ilin aprel hadisələrində ölmüş kimi qələmə vermişdilər. Amma bir həqiqəti unutmaq olmaz ki, əgər həmin vaxt 1,5 milyon erməni öldürülmüş olsaydı, bu gün dünyada bir-iki nəfər erməni qalmış olardı".
N.Cəfərov onu da vurğulayıb ki, qondarma 24 aprel məsələsi ermənilər tərəfindən "soyqırımı" günü kimi qeyd edilsə də, aparılan tədqiqatlarda ermənilərin uydurmalarının tam əsassız olduğu sübuta yetirilib.
A.SƏMƏDOVA