Avropa üçün əsl sınaq maliyyə böhranı deyil, milliyyətçilik və populizmin yüksəlişinin dayandırılması və son qoyulması ola bilər
Məlum olduğu kimi, hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində artıq Avropada qeyri-avropalılara qarşı mənfi münasibət formalaşmağa başlamışdı. Xüsusilə də, mədəniyyət faktorunu önə çəkən avropalı alimlər millətçiliyi təbliğ etməklə, hətta bəzi hallarda fiziki zorakılığı real sayırdılar. Miqrantları kütlə, qaragüruh kimi adlandıran avropalılar onları təhqir etməkdən də çəkinmirdilər.
Həmin dövrdə eyni düşüncəni paylaşmış M.Şeler yazırdı ki, mədəniyyətə instinktlər daxil olur və bu da ağılsızlığa təsir edən vasitələr haqqında düşünməyə vadar edir. O, hesab edir ki, real dünyada mədəniyyətlə ziddiyyət təşkil edən instinktlər, motivasiyalar hakimlik edir. Müasir dövrdə insanların maddi vəziyyətinin bərabərləşməsi homogen cəmiyyətin formalaşmasına gətirib çıxarır. Bu proses isə irrasional təsirin altında baş verir, həmçinin, insanların bərabərləşməsi insan təbiətində emosionallığa, destruktivliyə və uşaqlığa gətirib çıxarıb. Bununla da, müasir insan şəxsi keyfiyyətlərindən məhrum olur və kütlənin bir hissəsinə çevrilir.
M.Şeler ilə eyni məntiqi paylaşan Şpenqler isə daha irəli gedərək yazırdı ki, sivilizasiyalara formasız və böyük şəhərlərə axışmış qaragüruh tərəfindən rəhbərlik edilir. O, kütləni formasız, düşüncəsiz və nifrət daşıyıcısı olan istənilən formalı bir şey kimi təsvir edirdi: "Bu, öz gələcəyini bilməyən, keçmişini dağıdan böyük şəhərlərin "yeni köçərisidir". Kütlə hər bir şeyin sonudur, nəhayət radikal heç bir şeydir". Kütləni cəmiyyətin düşməni adlandıran Şpenqler Avropanın çöküşünü məhz böyük şəhərlərə köç etmiş ənənəsi olmayan, formasız kütlə ilə bağlayır.
Kütlələrin cəmiyyətlərin həyatındakı rolundan "Kütlələrin üsyanı" əsərində geniş bəhs edən X.Orteqa-i-Qasset isə yazırdı ki, keçmişdə ictimai pərdə arxasında qalmış kütlə indi göz önündədir. Orteqa-i-Qasset iddia edirdi ki, "naşükür kütlələr" elitalarının arxasınca getmək əvəzinə, "hakimiyyətə can atırlar". Ümumiyyətlə, idarəçiliyi bacarmayan kütlələr elitanı ənənəvi siyasət və mədəniyyət sferalarından çıxarmağa çalışır. Onun fikrincə, bütün bunlar XX əsrdə baş vermiş kataklizmlərin əsasıdır. "Kütlələrin üsyanı"nı, müasir vəziyyəti anlamaq üçün X.Orteqa-i-Qasset "insan-kütlə" anlayışını irəli sürdü. Onun üçün bu, sosial və ya sinfi deyil, sırf psixoloji anlayışdır. Bu orta insan özünü hər kəsin olduğu kimi hiss edir. Orteqa-i-Qasset yazırdı ki, belə insanlar bütün siniflərdə, hətta aristokratların sırasında da mövcuddur. Onlar üçün yaşamaq aktiv fəaliyyət göstərmək, baş verənlərə reaksiya verməkdir. "İnsan-kütlə" və ya Orteqa-i-Qassetin dediyi kimi, "yeni insanlar" - bunlar barbarlardır. Orteqa-i-Qassetin fikrincə, "kütlələrin üsyanı" cəmiyyətin intellektual və mənəvi əsaslarına qarşı çıxmaqdır, eyni zamanda, mədəni mövcudluqdan və qanunlara tabe olmaqdan imtina etməkdir. Adları çəkilən alimlərlə yanaşı, Nitsşe də bu məsələdə xüsusi fəallıq göstərmiş və İtaliyada və Almaniyada faşizmin yaranmasına ideoloji zəmin yaratmışdı.
Soyuq müharibə dönəmində dünyanın iki ideoloji qütbə ayrılması zamanı Avropada inteqrasiya proseslərinin sürətlənməsinə və bu cür millətçi çağırışların "yer altına" getməsinə səbəb olmuşdu. Bu cür düşüncələrin, əsasən, Almaniyada və Fransada yarandığını nəzərə alan Adenauer və Ş.Qoll fəaliyyətlərilə xalqlarını bu mənfi stereotiplərdən müdafiə etməyə səy göstərmişdilər. Lakin bu gün Avropada cərəyan edən maliyyə-iqtisadi böhran nəticəsində adları çəkilən xalqların şüur altında qalmış mənfi stereotiplər yenidən canlanmağa və cəmiyyətdə diskriminasiyanı təbliğ edən ağır atmosfer yaratmağa başlayıb. Burada əsas ideya ondan ibarətdir ki, başqa ərazilərdən Avropaya gəlmiş miqrantlar "qoca qitə"nin malik olduğu klassik mədəniyyətə yad elementlər gətirməklə onun özülünü dağıdır. Bu mənada avropalılarla qeyri-avropalılar arasında qarşıdurmalar baş verir.
Qeyd edək ki, artıq Avropanın çökməsilə bağlı düşüncələr cəmiyyətdən elitalara da sirayət etməkdədir. Belə ki, Martin Şults bildirirdi ki, Avropa İttifaqının çöküşü artıq real ssenaridir. Şultsa görə "yenidən milliləşdirmə" və "sammitizasiya"ya doğru narahatedici tendensiya son bir neçə ayda ictimai metoda məhəl qoymadan dövlət və hökumət başçılarının daha çox özləri üçün qərarları mənimsəmələri, müzakirə aparmaları və bağlı qapılar arxasında qərarlar qəbul etmələri ilə başlayıb. Şults həmçinin maliyyə ittifaqının formalaşmasında Maliyyə Stabilliyi Paktını Komissiyadan və Parlamentdən yan keçmə cəhdi kimi xarakterizə edib. Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Rumıniyadakı çıxışında bildirib ki, "populizm küləkləri" Avropanın açıq sərhədlərinə təhlükə törədir.
Stratfor uzun müddət maliyyə böhranının, əslində elə siyasi böhran olmasını iddia edirdi. Aİ fərqli xalqlara və sosial təbəqələrə müxtəlif üsullarla mənfi təsir göstərməklə iqtisadi böhrana davam gətirmək üçün nəzərdə tutulmayıb. Siyasi liderlər hər bir yolla ilk olaraq öz millətlərini müdafiə etməyə cəhd etdikləri üçün milliyyətçiliyin dirçəlişi qaçılmaz nəticə olub. Sərt iqtisadi qənaət şəraitindən əziyyət çəkən sosial təbəqələrin müxtəlif cəbhələrdə, immiqrasiyadan tutmuş sosial gəlirlərin ixtisarına qədər, reaksiya vermələri populizmin də inkişafını qaçılmaz edib.
Milli siyasi liderlər iki səbəbdən Avropa Parlamenti və Komissiyasından yan keçirlər. Birincisi ona görə ki, onların mövqeləri milli-siyasi proseslərdən asılıdır. Avropa, üstünmilliyətçiliyi suverenliklə birləşdirməyə cəhd edib. Təcrübədə bu milli seçicilərin kimin idarə etməsini təyin etmələri və milli hökumətlərin həmin seçicilər qarşısında məsuliyyət daşımaları mənasını verir. ABŞ-da da, həmçinin bu proses federal, yoxsa ştat hökumətininmi suveren olub-olmadıqları qeyri-müəyyənliyi ilə başlayıb. Cənub ştatları suverenliyin dövlətə bağlı olduğu anlayışı ilə ayrılmışdılar. Yalnız amansız vətəndaş müharibəsindən sonra federal hökumət suverenliyin son yeri kimi təsdiq olundu.
Bu da ikinci problemə doğru aparır. ABŞ-da çoxluq milli və ya dövlət suverenliyini saxlamaq üçün döyüşməyə və ölməyə hazır idi. Hər iki tərəf üçün ABŞ-ın xarakterinə bağlı olan mənəvi prinsip var idi. Avropanın millətlərin suverenliyi üçün döyüşən və ölən vətəndaşları haqqında uzun tarixi var. Lakin kim Avropa Parlamenti və Avropa Komissiyası üçün döyüşməyə və ölməyə hazırdır?
Avropada populizmin və milliyyətçiliyin inkişafı itirilmiş suverenliyin nəticəsidir. Bu Aİ-nin əlavə müzakirələrini öz üzərinə götürən liderlərdə görülə bilər. Bu, həmçinin Aİ və immiqrasiyaya qarşı milliyyətçi düşmənçilik hisslərində görülə bilər. Milli liderlər siyasi və institusional reallıqlara cavab verir. Onların taleyi Aİ-yə yox, millətə bağlıdır. Populistlər düşüncələrində ifadə edirlər ki, Avropa qurumları onların problemlərinə biganə yanaşırlar. Liderlər və populistlər - hər ikisi qorxudan və ya patriotizmdən yaranan real həvəslərini nümayiş etdirirlər.
Aİ-nin daha müəyyən əlamətlərindən biri də məqsədli istəyin çatışmazlığıdır. Bu şəhvətin sonsuz qırğınlara gətirib çıxartdığı qitədə Aİ-nin məqsədi emosiyalara qadağa qoymaq və təmənnasız rəhbərlik prinsiplərinə uyğun olan idarəçilikdir.
Avropa İttifaqı sülh və tərəqqi vəd edib. Ancaq Aİ bir mütəfəkkirin Veymar Almaniyası haqqında söylədiyi ədalətin qılıncsız olması kimi, aciz təsvir kimi təklifindən əziyyət çəkir. Aİ-nin razılıq əldə etmək üçün imkanı yoxdur. Bu, nəhayətində sona varmaq üçün tərtib edilən bir rahatlıqdır. Özü-özlüyündə bu da son deyil.
Şults və Van Rompoyun Aİ-nin çökməsi barədə xəbərdarlıqları boş hay-küyçülük deyil. Hər iki lider oyunda milli dövlətlərin Avropa ictimaiyyəti haqqında Aİ-nin danışmadığı üsulla danışmasının mühüm dinamikasını hiss ediblər. ABŞ-da Qettisberq döyüşündə İttifaq qüvvələri savaşdılar və həlak oldular. Heç kəs ciddi olaraq kiminsə Aİ-ni qorumaq uğrunda döyüşəcəyini güman etmir. Bu, o deməkdir ki, daha heç kəs Avropanın milli dövlətləri üçün döyüşməyəcək. Bu, çoxluq üçün həqiqət olsa da, hamı üçün belə deyil. Populizmin trayektoriyası bizə onu göstərir ki, bəziləri döyüşəcək.
Kiminsə Avropanın qısa müddət əvvəl nə olduğunu güman etməsi ayıldıcı və hətta qorxuducu fikirdir. Aİ-nin, Avropanın rifah dövründə yox olmasını seyr etdiyi, əzəmətli xəyalı bu istəyin qarşısını almaq idi. Lakin sərt iqtisadi qənaət dövründə milliyyətçiliyə və populizmə doğru canlanmış istəklər və onlara qarşı çəpərin çəkilməsi onları yox olmağa məcbur etməyəcəkdir. Avropa üçün əsl sınaq maliyyə böhranı deyil, milliyyətçilik və populizmin yüksəlişinin dayandırılması və son qoyulması ola bilər.
"Səs" Analitik Qrupu