PDF Oxu

Araşdırma

  • 1 819

Ermənistan anti-Azərbaycan siyasətini davam etdirir

Ermənistan anti-Azərbaycan siyasətini davam etdirir

Azərbaycanın Ermənistanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlarına baxmayaraq, münaqişə hələ də həll olunmamış qalır. 21 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə hələ də nail ola bilməyib. Bu müddət ərizində dəfələrlə atəşkəs rejimi pozulub. Bu, Ermənistanın işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi, müxtəlif bəhanələrlə danışıqlar prosesini pozmaq niyyətindən irəli gələn amildir. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞ PA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Bir çox beynəlxalq təşkilatlar da, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyib, işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. Bütün bu addımlara baxmayaraq Ermənistan işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirir.

TƏCAVÜZKAR ERMƏNİSTAN BÜTÜN PARAMETRLƏRLƏ AZƏRBAYCANDAN GERİDƏ QALIR

Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədini və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edir. Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri erməni silahlı birləşmələrinin təxribatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ciddi qınanağa səbəb olur.

Bütün parametrlərlə Azərbaycandan geridə qalan təcavüzkar Ermənistan öz iyrənc siyasətində "israrlıdır". Belə ki, Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistandan müqayisəyəgəlməz dərəcədə üstündür. Bu gün Azərbaycanın inkişaf tempindən danışarkən, bütün sahələrdə olduğu kimi, dövlətimizin hərbi qüdrətinin artdığını da bildirməliyik. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından ən güclü ordudur. Dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitin məbləğinin yüksək olması, Azərbaycanda müdafiə sənayesinin inkişafı, buraxılan hərbi təyinatlı məhsulların çeşidinin çoxluğu Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlardır.

Bu gün Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinin işğaldan azad edilməsi qarşıya qoyulan əsas məsələlərdəndir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər Ermənistana qarşı bütün istiqamətlərdə hücum siyasəti həyata keçiriləcək.

Bu gün Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən artıq olması danılmaz faktdır. Belə olan halda, ölkəmizin qələbəsi labüddür.

ERMƏNİSTANIN EHTİYAT FONDU HƏR AY 70 MLN DOLLAR İTİRİR

Son aylarda ermənilərin maddi və sosial qayğıları daha da artıb. Yoxsulluq içində yaşamağa məhkum olunan insanların səsini isə eşidən yoxdur. Ermənistan iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcminin kəskin surətdə azalması isə problemlərin miqyasını genişləndirib. Statistik məlumatlara əsasən, valyuta ehtiyatları 2 dəfə azalıb. Ehtiyat fondu hər ay 70 mln dollar itirir. Ermənistanın ümüd bəslədiyi əsas ixrac olan konyak istehsalı da azalıb.

Ermənistan iqtisadiyyatının tamamilə iflasa uğraması ixracatın da azalması ilə nəticələnib. Bu isə ölkədə kiçik və orta sahibkarlığı müflis vəziyyətinə salıb. Dramın dəyərini itirməsi bütün sahələrə mənfi təsir göstərib. Nəticədə, ölkədə ixracat azalıb. Bu da kiçik və orta sahibkarlığı müflis vəziyyətinə salıb. Ermənistanda daha çox çaxır və konyak istehsalı ilə məşğul olan şirkətlər hazırkı vəziyyətdən əziyyət çəkirlər. Xarici sərmayədarların Ermənistan iqtisadiyyatına pul yatırmasından söhbət belə gedə bilməz.

Belə olan vəziyyətdə Yerevandakı ictimai–siyasi proseslər vəziyyəti daha da gərginləşdirib. Şəhərdə aksiyalar yenidən vüsət alıb. Yayın qızmar günlərində Ermənistanda hadisələrin kəskin xarakter alması ölkədə xaotik durumun daha da dərinləşməsindən xəbər verir. İqtisadi bataqlıqdan çıxa bilməyən Ermənistan hökuməti düşdüyü xaosdan çıxmaq üçün yollar axtarır.

Səfalətin, aclığın hökm sürdüyü ölkədə siyasi rəhbərlik hər zamankı kimi çıxış yollarını başqa dövlətlərin rəhbərlərinin qapısında pul toplamaqda görür. Artıq kəskin şərait ölkənin hər an nəzarətdən çıxması ilə nəticələnə bilər. Ümumi razılığın olmaması, ölkədəki xaos hökumətin siyasi böhran yaşadığını göstərir. Ermənistanda hadisələrin bu məcrada davam etməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır.

NƏZAKƏT

Digər xəbərlər