PDF Oxu

Araşdırma

  • 1 980

Ermənistan dövlət müstəqilliyini itirə bilər

Ermənistan dövlət müstəqilliyini itirə bilər

Beynəlxalq güclərin ikili yanaşması Ermənistanı işğalçılıq siyasətini davam etməyə ruhlandırır. Amma münaqişənin uzanması Ermənistanın fəal təbəqəsində ciddi narazlıqlar yaradır. Erməni politoloq Anuş Sederakyan bildirib ki, "Rusiya və İran öz mənfəətləri üçün maska geyinirlər. Onlar Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlıdırlar". Sual yaranır, erməni içtimaiyyətinin fikrini ifadə edən bu cür yanaşmalardan Sarkisyan rejimi nəticə çıxarırmı? Çıxarmırsa bunun səbəbi nədir? Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rusiya regionda özünün geosiyasi maraqlarını təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edir: "Ermənistan tərəfindən Dağlıq Qarabağla bağlı sərgilənən mövqedə də Rusiyanın dəsti-xətti görünür. Aydındır ki, Sarkisyan hakimiyyətinin arxasında rəsmi Moskva dayanıb. Təbii ki, Sarksiyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlarını atmamışdan əvvəl Rusiya ilə müzakirələr aparır. Ümumiyyətlə, post-sovet məkanında olan münaqişə vəziyyətlərindən Rusiya özünün maraqlarını təmin etmək üçün istifadə edir. İran isə son dövrlərdə Rusiyanın siyasətinə dəstək verəcək bir mövqe nümayiş etdirir. Yəni İranla Ermənistan arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində qalmasında da çox güman ki, Rusiyanın müəyyən təsirləri var. Çünki biz dəfələrlə görmüşük ki, İranla Rusiyanın bəzi məsələlərdə sıx əməkdaşlığı bir növ Ermənistana dəstəyə hesablanıb. Çünki iqtisadiyyatı zəif olan Ermənistan Azərbaycana aid olan əraziləri kənardan dəstək olmadan bu qədər müddətə əsarət altında saxlaya bilməzdi. Bir sözlə, İranla Rusiyanın yaxın əməkdaşlığı Ermənistana imkan verir ki, işğalçılıq siyasətini davam etdirsin".

"Suriyada, İraqda sıxışdırılan terrorçular və xüsusilə də erməni terror təşkilatının üzvləri Dağlıq Qarabağa gəlirlər. Sizcə, bu ciddi problemlərin yaranmasına gətirib çıxarmaz ki" sualını cavablandıran politoloq bildirdi ki, Dağlıq Qarabağın ərazisi nəzarətsiz ərazi olduğundan, orada çirkli pulların yuyulması, terrorçuların hazırlanması kimi cinayət hadisələri baş verməkdədir: "Çünki dünyanın əksər nəzarətsiz ərazilərindən bu kimi məqsədlərə xidmət etmək üçün istifadə olunur. Təbii ki, bu, özü-özlüyündə olduqca ciddi problemlərdi. Bu, Azərbaycanın əraziləridir. Azərbaycan hələ ki, bu ərazilərə nəzarət etmir. Amma bu hal uzun çəkə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü terrorçuları zərərsizləşdirməklə bərpa edəcək".

GÜLYANƏ

Digər xəbərlər