PDF Oxu

Araşdırma

  • 1 648

"Human Rights Watch" reallıq hissini itirib

"Human Rights Watch" reallıq hissini itirib

Yaxud cinayətkar Leyla Yunus və Arif Yunus nə vaxtdan günahsız olublar?

Hər zaman anti-azərbaycan mövqeyi ilə çıxış etmiş "Human Rights Watch" təşkilatı yenə də əsassız, reallıqdan uzaq və qeyri-obyektiv tələblər irəli sürüb. "hüquq-müdafiə" təşkilatı konkret cinayət əməllərinə görə həbs edilən "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun azadlığa buraxılmasını tələb edən bəyanatla çıxış edib.

Lakin hər kəsə bəllidir ki, uzun müddət "hüquq müdafiəçisi" maskası altında gizlənən "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus həyat yoldaşı Arif Yunusla birlikdə bəzi xarici dairələrdən aldıqları külli miqdarda qrantların müqabilində ölkəmizin milli və dövlətçilik maraqlarına ağır zərbələr vurmaqla məşğul olublar. Elə buna görə də erməni lobbisinin təsiri altında olan bəzi xarici "hüquq-müdafiə" təşkilatları və anti-Azərbaycan qüvvələr L.Yunusun "insan haqlarının yorulmaz müdafiəçisi" obrazını yaradaraq, həmişə ona dəstək veriblər.

L.Yunus heç zaman insan haqlarının müdafiəsi ilə məşğul olmayıb. O, həmişə anti-Azərbaycan dairələrinin və Ermənistanın maraqlarını müdafiə edib və bunun müqabilində həmin qüvvələrdən qrant adı altında külli miqdarda maliyyə vəsaiti alıb. İndiyə kimi kimsə xatırlamır ki, L.Yunus kiminsə hüququnu müdafiə etsin. Erməni lobbisinin əlaltısı olan L.Yunus iştirak etdiyi beynəlxalq tədbirlərdə Ermənistanın işğalı nəticəsində öz dədə-baba yurdlarından qaçqın düşən soydaşlarımızın hüquqlarından bir kəlmə belə bəhs etməyib.

Bu çirkin xislətli qadın iyirmi ildən çox bir müddətdə ermənilərlə işbirliyinə girərək, sözün həqiqi mənasında ölkəmizə qarşı vuruşub . L.Yunus Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə müştərək layihə həyata keçirərək ermənilərlə birgə yaratdığı "İctimai dialoqlar" adlı saytda Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Bu üzdəniraq saytda qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus erməni lobbisinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edərək Azərbaycanın milli maraqlarının əleyhinə təbliğat aparıb.

L.Yunus həyat yoldaşı A.Yunusla birlikdə "hüquq müdafiəçisi" kimi fəaliyyət göstərdikləri müddətdə dələduzluq, qanunsuz sahibkarlıqla məşğul olmuş və vergidən yayınıblar. Məhkəmə prosesində aydın oldu ki, onlar 896 min manat məbləğində qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər. Qrantları banklarda nağdlaşdırarkən heç bir maliyyə uçotu aparmayıblar. Vergilər və maliyyə nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə keçirdikləri yoxlamalar nəticəsində məlum olub ki, Leyla və Arif Yunuslar maliyyə uçotu qaydalarını kobud şəkildə pozublar. Bankdan nağdlaşdırdıqları vəsaiti heç bir mədaxil qəbzinə qeyd etməyiblər.

Unikal maxinasiyalar ustası olan bu "məşhur" cütlük həmin qrant vəsaitlərini banklarda şəxsi depozit hesablarına qoyaraq faizlər hesabına şişirtdikdən sonra qeyri-qanuni yollarla xaricdə-Çexiya, Almaniya və Türkiyədə olan bank hesablarına köçürüblər. Bütün bunlar təsdiq edir ki, onlar qrant vəsaitlərinin istiqamətini qeyri-qanuni yolla dəyişərək xaricdə özlərinə mülk almağa yönəldiblər.

Beləliklə, Yunuslar qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməklə külli miqdarda vergidən yayınıblar. O cümlədən L. Yunus işçilərə əməkhaqqı verərkən onlar üzrə heç bir vergi və sosial müdafiə xərcləri ödəməyib. Həmçinin, bank köçürmələrini qeyri-qanuni yolla aparıblar. L.Yunus qrant vəsaitlərini əvvəlcə öz adına olan hesaba, daha sonra isə Arif Yunusun xaricdəki bank hesabına köçürüb. Eyni zamanda, Arif Yunusun adına köçürülən pul daha sonra yenidən L.Yunusun xaricdə olan bank hesablarına köçürülüb. O, həmçinin vəzifə səlahiyyətlərindən də sui-istifadə edib. Belə ki, L.Yunus Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini kimi çıxış edib və bu adla bir çox qeyri-qanuni bank əməliyyatları həyata keçirib. Halbuki araşdırmalar zamanı onun Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini təyin edilməsi haqqında heç bir sənədə rast gəlinməyib.

Leyla və Arif Yunuslar törətdikləri cinayət əməllərinə görə haqq-ədalət məhkəməsi qarşısında cavab verərək, öz layiqli cəzalarını aldılar.

Göründüyü kimi, daim Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli mövqe tutmuş Leyla Yunus və Arif Yunus əsl cinayətkar və xəyanətkardırlar. Buna görə də, "Human Rights Watch" kimi təşkilatların əsassız bəyanatlar verməsi bir daha sübut edir ki, onlar reallıq hissini itiriblər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər