PDF Oxu

Araşdırma

  • 1 936

Ermənistan hakimiyyəti Azərbaycanı "hərbi cinayətlərdə" ittiham edirsə...

Ermənistan hakimiyyəti Azərbaycanı "hərbi cinayətlərdə" ittiham edirsə...

ANALİTİKA

Beynəlxalq tribunal onları ittihamçıdan müttəhimə çevirə bilər

Erməni politoloqları və hüquq müdafiəçiləri istər öz ölkələrində, istərsə də Dağlıq Qarabağda etnik təmizləmə apardıqlarını, bütün azərbaycanlıları həmin ərazilərdən çıxardıqlarını unudaraq, hazırda "Azərbaycanı Qarabağ münaqişəsi zonasında çoxsaylı beynəlxalq konfenssiyaları pozmaqda" günühlandırırlar. Hətta ermənilərin ədliyyə naziri Arpine Ovannisyan bildirib ki, ölkə rəhbərliyi "Azərbaycan tərəfindən törədilmiş hərbi cinayətlər" ittihamı ilə beynəlxalq tribunala müraciət etməyi də planlaşdırır (?!-R.N.). Bundan əlavə, erməni nazir bir az da irəli gedərək, həyasızcasına iddia edib ki, onun hakimiyyəti Azərbaycan tərəfindən törədilən irqi dözümsüzlüyün nümayişinə görə Haaqa Tribunalına və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək. Ermənilərin iddiasına görə, guya hətbi əməliyyatlar vaxtı Azərbaycan tərəfindən açılan atəş nəticəsində Talış kəndində erməni ailəsi məhv olub. Halbuki bu barədə heç bir real fakt və sübut ortaya çıxarılmayıb. Bu kimi sərsəm iddiaları ilə də kifayətlənməyən Ovannisyan Azərbaycana qarşı təzminat davası açılacaqlarını da bildirib.

Bunun üçün isə əsrlərlə öncəyə varmaq lazım deyil

Halbu ki Ermənistan dünya ölkələri arasında kimlərisə hərbi cinayətlərdə ittiham etmək üçün düzülmüş sıralamada ən axrıncı yerdə ola biləcək bir "dövlətdir".

Əslində, erməni politoloqları, yaxşı olardı ki, öz xalqlarının tarixini səhifələməli və insanlığa, bəşər övladına qarşı hansı cinayətləri törətdiklərini öyrənməlidirlər. Bunun üçün isə əsrlər öncəyə varmaq lazım deyil. Ermənilər sadəcə ötən əsrin sonuncu onilliyinin başlanğıcında Xocalıda azərbaycanlılara qarşı yaşatdıqları qan bazarını, cəhənnəmi xatırlamalıdırlar.Onlar qadınların, uşaqaların, yaşlıların öldürülməsini, hətta metyitlərin ələ salınmasını xatırlayaraq, bütün bu cinayətləri özləri törətdiklərini yada salmalıdırlar.

Xocalını yaddan çıxmış hadisə sanırlar

Maraqlısı da budur ki, onda beynəlxalq aləmin böyük hissəsi ermənilərə "gözünüz üstündə qaşınız var" deməmişdi. Görünür, indi də hesab edirlər ki, artıq Xocalı yaddan çıxmış bir hadisədir. Sual yaranır: görəsən, həqiqətənmi Ermənistanda ümid edirlər ki, beynəlxalq təşkilatlar Xocalı soyqırımından məlumatsızdırlar? Onlar həqiqətənmi Azərbaycanın erməni vəhşiliyi barədə ortaya faktlar qoymayacağına bu qədər inanırlar?

Yeri gəlmişkən, ermənilərin sərsəml iddialarını, axmaq "təşəbbüslərini" Azərbaycanın Müdafiə Nazirliyi də cavablandırıb. Nazirlik tərəfindən qeyd edilib ki, əslində, rəsmi Bakı Qarabağda hərbi cinayətlərin törədilməsi ilə tribunalın yaradılmasını daha çox istəyir.

"Onda bütün dünya erməni hakimiyyətinin cinayətləri barədə xəbərdar olacaq. Təkcə Xocalıda baş verən cinayətlər kifayət edir ki, erməni hakimiyyəti müttəhim kürsüsündə oturub, layiq olduğu cəzasını alsın"-deyə Müdafiə Nazirliyindən bildirilib.

Ermənilərin Azərbaycanı məhkəməyə verəcəkləri ilə təhdid etmələri onların özlərinin ifşasına doğru atılan addım kimi qiymətləndirilə bilər

Bu arada hüquqşünas Fuad Ağayev məsələyə münasibət bildirərkən deyib ki, ilk növbədə Azərbaycan Beynəlxalq Tribunalın yuridiksiyası altına düşmür. Digər tərəfdən, əəgər Ermənistanın hərbi cinayətlərinə baxılarsa, dünya, sadəcə olaraq dəhşətə gələcək.

"Bəli, hipotetik olaraq, Beynəlxalq Tribunal ötən 25 ildə Qarabağda baş verən hadisələrlə bağlı ümumi işi götürə bilər. Ancaq belə olan halda ittihamçı tərəf, yəni ermənilərin yüksək rütbəli hakim və prokurorları anidən müttəhimə çevrilətək, Miloşevişin, Karaciçin və s. hərbi cinayətkarların aqibətini yaşaya bilərlər".

O da unudulmayıb ki, ermənilər yalnız Xocalıda deyil, paytaxt Bakıdan tutmuş bir sıra bölgələrimizə qədər terror əməlləri törədiblər. Ermənilərin isə bu dünyada var olduqları dövrlərdən başlayaraq, cinayətkar xalq olması barədə on minlərlə faktlar möövcuddur.

Beləliklə, qənaətə gəlmək mümkündür ki, ermənilərin son zamanlardakı qışqır-bağırtıları yalnız özləri üçündür. Çünki beynəlxalq aləm Qarabağ torpaqlarının Azərbaycana məxsusluğunu tanıdıqlarını bəyan edir və təkcə bu fakt nəticəyə gəlməyə kifayət edir ki, aqressor, işğalçı. Hərbi cinayətkar kimdir. Ona görə də ermənilərin Azərbaycanı məhkəməyə vermələri ilə təhdid etmələri onların özlərinin ifşasına doğru atılan addım kimi qiymətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər