PDF Oxu

Araşdırma

  • 2 203

Ermənistan suquta doğru

Ermənistan suquta doğru

Özlərinə qondarma "tarixini" yaradan, həyasızcasına Azərbaycan ərazilərinə iddialı olan və "böyük Ermənistan" xülyaları ilə "yaşayan" mənfur ermənilərin atdıqları hər bir addım nəinki bizlərə, beynəlxalq aləmə də məlumdur. Bu gün dünyaya bir sıra ölkələri iqtisadi böhran bürüdüyü halda, ölkəmiz öz gücü sayəsində bu böhranı yaşamadı, Ermənistanın isə dizin-dizin sürünüb xarici dövlətlərdən dilənçi payı almağa səy göstərməkdən başqa bir əlacı qalmayıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində işğalçı Ermənistanın iqtisadiyyatının anbaan tənəzzülə uğradığını söylədi: "Bu gün Ermənistan rəhbərliyi tez-tez "iqtisadi-sosail artım" rəqəmlərinə söykənərək, nikbin proqnoz mesajları versə də, həqiqətdə səfalətdən, işsizlikdən, aclıqdan əzab çəkən əhalini həmin rəqəmlərlə yedizdirib-doyuzdurmaq, başını qatmaq qeyri-mümkündür. Ölkənin bütün sahələrini əhatə edən ümumi durumu günlər keçdikcə daha da ağırlaşır".

Politoloq onu da vurğuladı ki, erməni xalqı o qədər ac və səfildir ki, ölkəyə daxil olan ianələrin məbləğindən asılı olmayaraq, bir neçə gün içində tükənməsi vəziyyəti daha da ağırlaşdırır: "Bu gün Ermənistanda mitinqlər səngimək bilmir. Ölkədə baş verən proseslər onu təsdiq edir ki, qara erməni camaatı hər an qanlı-qadalı çevrilişə əl ata bilər. Çünki buna səbəb ola biləcək digər nüans da mövcuddur. Bu, Rusiyanın Ermənistana yatırılan investiyalarının azaldılması ilə bağlıdır. Bir sözlə, ölkə çıxılmaz vəziyyətdədir. Üstəlik, ölkədə azad bazar iqtisadiyyatının formalaşmaması, inhisar və özbaşınalıq, korrupsiya və rüşvətxorluq, qiymətlərin günbəgün, saatbasaat qalxması, daxili istehsalın idxaldan baha başa gəlməsi də durumu ölkədaxili gərginliyə sürüyür. Daha dəqiq desək, Ermənistanda işsizliyin baş alıb getdiyini, nəticədə, əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə aldıqda, şübhəsiz ki, bu ölkədə narazılıqların yaranması qaçılmazdır".

Hakimiyyət orqanlarının aradabir səsləndirdikləri müharibə əhval-ruhiyyəli bəyanatları, ölkənin millitaristləşdirilməsi sayəsində öz gənc övladlarını götürərək ölkədən çıxanların sayındakı artım hesablamaları, təxminən, gələcək 20 il ərzində Ermənistanın əhalisiz bir dövlətə çevriləcəyindən xəbər verir. Faktlar belə deməyə əsas verir ki, Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. Belə ki, ötən il və 2013-cü ilin birinci yarımili ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır. Yoxsulluqdan və işsizlikdən təngə gələn əhali kütləvi şəkildə ölkəni tərk etməyə başlamış, qarşıdurmalar, toqquşmalar fonunda siyasi qeyri-müəyyənlik davam etmiş, korrupsiya, qanunsuzluq çoxalmış, maddi-texniki təminatdan məhrum edilən orduda ölüm halları xeyli artmışdır. İşğalçı ölkənin əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq 53 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 53 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısından çoxu dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.

Yaxın dövrdə münaqişənin həlli üçün daha öncəki kimi aralıqla deyil, aramsız danışıqlar prosesinə start veriləcək

Politoloq M.Əhmədoğlu onu da bildirib ki, bu gün Azərbaycanın istər indiki, istərsə də sonrakı danışıqlar prosesinə güclü tərəf və söz sahibi kimi qatılacağı real fakt olaraq qiymətləndirilməlidir. Çünki rəşadətli Azərbaycan Ordusu Dağlıq Qarabağı dondurulmuş münaqişə mərhələsindən çıxardı və dünya gördü ki, Qarabağ heç də bəzilərinin iddia etdikləri kimi, buzlaşmış münaqişə ocağı hesab edilə bilməz. Məhz bu səbəbdən, deyə bilərik ki, yaxın dövrdə münaqişənin həlli üçün daha öncəki kimi aralıqla deyil, aramsız danışıqlar prosesinə start veriləcək. Lakin Azərbaycan tərəfi bu danışıqlarda güclü əl olaraq status-kvonun indiki şərtlər daxilində qalması ilə barışmayacağı iradəsini ortaya qoyacaq.

Göründüyü kimi, hadisələrin gedişatı belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər