PDF Oxu

Araşdırma

  • 3 672

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı - Qafqazın təhlükəsizliyi fonuda yeni ideyalar

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı - Qafqazın təhlükəsizliyi fonuda yeni ideyalar

ANALİTİKA

Rusiyalı ekspert: "Rusiya Azərbaycanla daha geniş və çoxşaxəli əməkdaşlıqda maraqlıdır"

Bir neçə gün öncə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə getməsi və avqustun 14-də Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, eləcə də bu səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi bir daha sübut etdi ki, son dövrlər ölkələrimiz arasındakı münasibtlər sosial-iqtisadi sahələrlə yanaşı, həmçinin, hərbi-müdafiə sahəsində də ən yüksək xəttlə inkiaşf etməkdədir. Digər tərəfdən, ölkəmizin regionda və dünyada mövqeyinin güclənməsi, beynəlxalq səviyyəli görüş və tədbirlərdə söz sahibinə çevrilməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq dünyanın siyasi-iqtisadi müstəvisində önəmli geopolitik oyunçuya çevrilmiş Azərbaycan həm də söz sahibi kimi qiymətləndirilməkdədir. Məhz bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərinin daha yeni funksiya üzərində formalaşmasında da mövcud aspektləri nəzərə almaq vacibdir.

Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri

Rusiyanın müdafiə nazidi Sergey Şoyqunun və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində onun ölkə başçısı İlham Əliyev Cənabları ilə görüşü isə digər əhəmiyyətli faktorları önə çəkməkdədir. Görüş çərçivəsində dövlətimizin başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq, səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunmuşdu. Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, görüş çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.

Beləlkilə, fakt budur ki, artıq ikitərəfli müasibətlərin yeniləşməsi baxımından, yaxın gələcəkdə daha çox avanqard ideyaların və potensialın ortaya qoyulmasına start veriləcək.

Vladimir Yevseyev: "Rusiya Azərbaycanla nəninki siyasi müstəvidə dialoq qurur, iqtisadi əməkdaşlığını genişləndirir, eyni zamanda, hərbi sahədə də dialoq qurmağa hazır olduğunu sərgiləyir"

Diqqətçəkici məqamlardan biri də Azərbaycaın müdafiə naziri Zakir Həsənovun Moskvaya və RF-nin müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinin qonşu ölkənin mətbuatında və siyasi çevrlərində diqqətlə izlənilməsidir.

Məsələn, "Vestnik Kavkaza" nəşrinin müxbiri ilə söhbətində sözügedən mövzuya toxunan tanınmış rusiyalı ekspert, Siyasi-İctimai Araşdırmalar Mərkəzinin rəhbəri, MDB Ölkələri üzrə İnstitutun Qafqaz Bölməsinin direktoru Vladimir Yevseyev bildirib ki, Sergey Şoyqunun Bakı səfəri çox ciddi əhəmiyyət daşıyır: "Rusiya Azərbaycanla nəninki siyasi müstəvidə dialoq qurur, iqtisadi əməkdaşlığını genişləndirir, eyni zamanda, hərbi sahədə də dialoq qurmağa hazır olduğunu sərgiləyir".

Yevseyev deyib ki, rusiyalı müdafiə nazirinin görüşləri ikitərəfli əməkdaşlığın daha dərin inkişafına öz töhfələrini verəcək. Belə ki, söhbət, həmçinin, azərbaycanlı zabitlərin Rusiyanın hərbi təlim-tədris müəssisələrindəki hazırlığı ətrafında da gedib. "Rusiya Azərbaycanla daha geniş və şoxşaxəli əməkdaşlıqda maraqlıdır"-deyə ekspert güvənli şəkildə vurğulayıb.

"Digər region ölkələri ilə dostluq müasibətləri, məhz Azərbaycan üzərindən qurula bilər"

Şoyqunun Bakı səfərinin siyasi münasibətlər baxımından da böyük əhəmiyyət kəsb etdiyini də bildirən Yevseyev xatırladıb ki, bu yaxınlarda Naxçıvanda Azərbaycan-Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilmildi: "Rusiya hesab edir ki, digər region ölkələri ilə dostluq müasibətləri, məhz Azərbaycan üzərindən qurula bilər. Ona görə ki, Rusiya ilə Türkiyə hazırkı dövrdə hərbi əməkdaşlıq edə bilməz, çünki Türkiyə NATO üzvüdür. Rusiyanın məlum səbəblərə görə Gürcüstanla da hərbi əməkdaşlığı mümkün deyil. Bu ölkələr arasında yeganəsi Azərbaycandır ki, Rusiya bu dövlətlə hərbi əməkdaşlıq imkanlarını inkişaf etdirə bilər".

V.Yevseyev əlavə edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: "Ona görə də Cənubi Qafqaz regiounda daha böyük qarşıdurmaların yaranmaması üçün Azərbaycanla əməkdaşlığa üstünlük verir".

Göründüyü kimi, Azərbaycanın regiondakı mövqeyi sarsılmaz olduğu qədər, həm də maraqlar dairəsində inkişaf edir. Xüsusilə, Rusiya ilə müdafiə və hərbi sahədə inkişaf xəttinin artması da, əminliklə belə qənaətə gəlməyə zəmin yaradır ki, yeni əməkdaşlıq fonunda Cənubi Qafazq, eləcə də bütövlükdə, Qafqaz regionunun əsas təhlükəsizliyi Azərbaycanın və Rusiyanın birgə marağı çərçivəsində təmin oluna bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər