Yaxud "beşinci kolon" ümidini bağladığı sosial şəbəkələrdə də məğlub olur
Azərbaycanın milli-siyasi palitrasında mövcudluğu bilinməyən dağıdıcı müxalifətin son illər ərzində fəaliyyətini sosial şəbəkələr üzərində qurması heç kəsə sirr deyil. Hətta vəziyyət o yerə çatıb ki, xüsusilə, AXCP, "Milli Şura", Müsavat mitinqini də virtual olaraq keçirməkdən çəkinmirlər. Bu da onunla bağlıdır ki, dağıdıcı müxalifətin sosial bazası yoxdur. Müxalifətin cəmiyyətdə tərəfdarlarının olmamasını sübut edən faktların isə ortaya çıxması dağıdıcı müxalifətin sosial şəbəkələrdəki anti-Azərbaycan fəaliyyətinin bir sıra qaranlıq məqamlarının da işıq üzü görməsinə səbəb olub...
Saxta profillər və "like yığmaq" proqramları
Azərbaycanın milli və dövlətçiliyi əleyhinə yazıları ilə məşhur olan "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Meydan" TV və başqaları maliyyələşdikləri mənbələrə "haqlı" olduqlarını sübut etmək üçün çox asan bir yol seçiblər. Facebookda onlarla saxta profil yaradaraq tirajladıqları materialların altında özlərinə sərf edən istiqamətdə şərhlər yazırlar. Bunun ardınca isə, xüsusi proqramlardan istifadə edərək, "like"lərin sayını artırırlar. Bununla da, həm "xüsusi işlə məşğul olduqlarını", həm də daxil olan siyasi sifarişləri "mükəmməl" şəkildə yerinə yetirdiklərini isbatlamağa çalışırlar. Lakin onların Facebook taktikası da ifşa olunmaqdadır. Çünki istər "Azadlıq" qəzeti, istər "Azadlıq" radiosu, istərsə də "Meydan" TV və digərlərində yayımlanan xəbərləri "like" edənlərin siyahısına xabarkən mənzərə bəlli olur. Bunu Facebookda aparılan müzakirələrdən də görürük. Belə ki, Ali Panahov adlı istifadəçi yazır ki, "Təsadüfən Facebookda "Azadlıq" qəzetinin səhifəsində dərc olunan paylaşımların birində kimlərin bəyəndiklərinə baxmaq üçün daxil olduqda, bu mənzərə ilə qarşılaşdım. Adamlar yalandan proqramlar vasitəsilə "like" yığırlar.
Tural Nəbiyev: "Hər kəs nəyin nə olduğunu bilir. Bir nəfər 20 profil açıb yazır və özü də bəyənir".
Yazılmış statusla əlaqədar paylaşılmış şəkildən görünür ki, guya "Azadlıq" qəzetinin səhifəsində dərc olunan yazıları Castin Bieber bəyənir. Hər halda, buradan da görünür ki, dağıdıcı müxalifət saxta profillər və "like" yığmaq proqramları ilə sayt və qəzetlərini ucuz reklam edirlər.
Təxribat xarakterli fikirlər və onların silinməsi
Dağıdıcı müxalifətin istifadə etdikləri taktikadan biri də Azərbaycan dövləti və xalqı üçün önəmli olan məsələlərlə bağlı təxribat xarakterli materiallar yerləşdirmək və bu barədə yanlış ictimai rəy formalaşdırmaqdır. Əlbəttə ki, yerləşdirilən məlumatın trend qazanması üçün ilk olaraq "likelər" və saxta profillər işə düşürlər. Lakin həmin materiala etirazını bildirən və həqiqəti yazanların sayının artmasından sonra sayt adminləri həmin məlumatı dərhal silirlər. Məsələn, oktyabrın 24-də "Azadlıq" qəzetinin səhifəsində dərc olunmuş materiala sosial şəbəkə istifadəçiləri tərəfindən irad və etiraz bildirildikdən sonra həmin məlumat silindi. Bununla bağlı, Facebook istifadəçilərindən Ramil Velibeyov yazdığı statusunda bildirirdi ki, bir neçə saat öncə "Azadlıq" qəzetinin səhifəsində yazı yerləşdirimişdi: "Yazıya münasibətdən şoka düşənlər onu sildilər. Çünki gənclər onlara imkan vermədilər... Gənclər dövlətinə, Vətəninə və Prezidentinə sədaqəti pulla nümayiş etdirmir. Amma müxalifətçilərin sözündən çıxan fikir budur ki, onlara Azərbaycan xalqını və dövlətini təhqir etməyə görə pul verilir".
Ali Panahov isə bildirirdi ki, Facebookda "Azadlıq" qəzeti adlı səhifə bir yalan məlumat yerləşdirmişdi: "Ulu Öndər Heydər Əliyev haqqında ittiham irəli sürərək, özlərinin saxtakar olduqlarını bir daha təsdiq etdilər. Lakin bizim həqiqətləri söyləməyimizin qarşısında məcbur olub həmin paylaşımı sildilər".
Arqumentlər və faktların qarşısında acizlikdən məcburən bloketməyə
Anti-Azərbaycan qüvvlər təxribat xarakterli materialları dərc etdikdən sonra sosial şəbəkə istifadəçilərinin haqlı iradları ilə üzləşdikdə və arqumentlər, faktlar qarşısında acizlikdən məcburən bloketməyə gedirlər. Onlar, xüsusilə yerləşdirdikləri materialları iflasa uğradacaq faktlar və arqumentlər yazan profilləri bloklayırlar. Bunu da sosial şəbəkəçilər statuslarında təsdiq edirlər.
Belə ki, Aytac Aliyeva adlı istifadəçi "Azadlıq" qəzetinin Facebook səhifəsinin adminlərinə müraciət edərək yazır ki, niyə məni və mənim kimi minlərlə fəal gənci səhifənizdə blok etmisiniz?! Olmaya həqiqət payı olmayan çağırışlarınızı ifşa edirik deyə, ürkəklik göstərirsiniz?! Ayıb olsun sizlərə... Elə sizin rəhbərliyiniz də 1992-ci ildə yalanlarının gətirdiyi nəticədən qorxdular və qaçdılar!!! Siz də onların tökdüklərini yığmısınız, davam edin...".
Heyranxanim Sərdar qızı Idriszade: "Onlar artıq nə edəcəklərini bilmirlər. Həqiqət günəş kimidir. Günəşi palçıqla suvamaq olmaz".
İlqar Hamzayev: "Həqiqət acı olur. Ona görə də blok edirlər. Onlar şirin Qərb dollarını sevirlər axı".
Namiq Murad Sulduz: "Düz 10 profilimi blok ediblər. Hamısını da öz adımla açmışdım. Bir rəy yazandan sonra blok edirlər".
"Meydan" TV də şərh bölməsini ləğv etdi
Azərbaycan xalqına və dövlətinə qarşı "qara piar" kampaniyası aparanlardan biri də "Meydan" TV-dir. Onun xaricdəki anti-Azərbaycan şəbəkəsi tərəfindən idarə edildiyi cəmiyyətə bəllidir. Elə sosial şəbəkələrdə də yazılanlar bunu sübut edir. Mirzəağa Səməd adlı Facebook istifadəçisi yazır: "Meydan" TV-nin "vətənpərvər" fəaliyyətini Whatcapp nömrəsinin rəqəmlərindən hiss etmək olur. Azərbaycanın üç böyük mobil operatoru ola-ola, onlara bu azlıq edir, Vətəni qoyub bəzilərinin qaçdığı Almaniyanın mobil kodu ilə (+49) nömrə işlədib camaatın problemlərini həll edən kimi özlərini büruzə verirlər.
Qeyd edək ki, elə "Meydan" TV də "Azadlıq" qəzeti və "Azadlıq" radiosu kimi şərh, "like" və bloklama taktikalarından istifadə edir. Lakin "Meydan" TV bir neçə gün öncəyədək rəsmi internet səhifəsindən şərh yazmaq bölməsini ləğv edib. Bunun səbəbi isə odur ki, son zamanlar sosial şəbəkə istifadəçiləri "Meydan" TV-nin "qara piar" kampaniyasına etiraz olaraq ədalət tələb etdilər. Əlbəttə ki, bu cür axının qarşısında tab gətirə bilməyən "Meydan" TV-nin Emin Milli kimi rəhbərləri demokratiyadan, söz azadlığından bol-bol danışarkən, belə bir addım atdılar.
Bu məsələ də sosial şəbəkələrdə geniş müzakirə edildi.
Pasha Hadıyev yazır: "Meydan" TV, biz sizin tətbiq etdiyiniz texnologiyanı başa düşürük. Siz hardan idarə olunursuz, o da bizə bəllidir. Bu texnologiya ərəb ölkələrində tətbiq olunub. Oraları viran qoydunuz, elə bilirsiniz buranı da viran qoya bilərsiniz. Burada sizin qarşınızda yüksək savadı ve intellekti olan Azərbaycan xalqı durub. Bu oyunlar burada işləməz. Himayədarlarınıza çatdırın ki, havayı pul xərcləməsinlər. Şərh bölməsini yox, saytı bağlayın.
Günay İmanova: "Meydan" TV Azərbaycanın əleyhinə kampaniya aparan qüvvələrin və erməni lobbisinin maraqlarına xidmət etmək üçün yaradılmışdır. O, vətənimizin və dövlətçiliyimizin əleyhinə yönəlmiş məkrli fəaliyyətlərin mərkəzində qərar tutur. Nə tez yadlarından çıxdı erməni aktyora görə canfəşanlıq etmələri? Ya Ermənistanın mərkəzində aksiya oldu, əvvəl "Meydan" TV bir kəlmə belə yazmadı o barədə, sonra çoxsaylı "müraciətlərdən" qınağa gəlib paylaşdı. Biz bunları bilirik, amma gərək hamı onların erməni lobbisinə olan maraqlarını, kimlərə xidmət etdiklərini görsün.
Murad Məcidli də qeyd edir ki, "Meydan" TV erməni lobbisindən maaş alır. Bu TV erməni soyqırımının tanınması ilə bağlı status paylaşmışdır.
Bir sözlə, göründüyü kimi, radikal müxalifətin, anti-Azərbaycan qüvvələrinin ölkəmizdəki "beşinci kolonu"nun nəzarətində olan internet və sosial şəbəkələrdəki səhifələri ölkəmizin əleyhinə birtərəfli "qara piar" kampaniyası aparır. Açıq müzakirələrə dözümü olmayan bu qruplar söz azadlığı və demokratiya kimi anlayışları özlərinə yaxın qoymurlar. Bu da onların əsl simalarını və təbiətlərini ortaya qoyur...
"Səs" Analitik Qrupu