PDF Oxu

Araşdırma

  • 3 549

Afina Ankaranın əsəbləri ilə oynayır: situasiya dəyişilə bilər! ANALITIK+AKTUAL

image

Yunan general-leytenantı Türkiyənin ərazi bütövlüyünə qarşı dil uzatdı, iddia etdi

Dünya ictimaiyyəti Rusiya-Ukrayna böhranı ətrafında analiz və təhlillərini apardıqları, müharibənin olub-olmayacağı ilə bağlı çoxsaylı və fərqli münasibətlər nümayiş etdirdikləri bir vaxtda, Yunanıstanda cərəyan edən hadisələr növbəti siyasi gündəmə doğru inkişaf etməyə başlayıb. Belə ki, son vaxtlar Afinanın rəsmi Ankaraya münasibətdə paranoyaları diqqət çəkməyə başlayıb.SİA xəbər verir ki, yunan KİV-lərinin məlumatına görə, Türkiyənin Lozanna və Paris razılaşmalarını dəyişmək planı var. Mətbuat onu da yazır ki, Türkiyə Şərqi Egey dənizindəki yunan adalarının suverenliklərini də mübahisə vasitəsinə çevirmək niyyətindədir.
“Ekathimerini” qəzeti qeyd edir ki, Türkiyənin müdafiə sənayesinin yerli PUA-ları inkişaf etdirməsi və onları Egey dənizində istifadə etməsi Yunanıstanı qayğılandırmaqdadır
Bütün bunlardan əlavə, “Ekathimerini” qəzeti qeyd edir ki, Türkiyənin müdafiə sənayesinin yerli PUA-ları inkişaf etdirməsi və onları Egey dənizində istifadə etməsi Yunanıstanı qayğılandırmaqdadır. Belə ki, yunan tərəfi Türkiyə PUA-larına qarşı müqavimət vasitələrini axtarmaqdadır. Yunanıstan Silahlı Qüvvələrinin general-leytenantı Nikolaos Tamouridis isə 11 fevral 2022-ci ildə yazdığı məqaləsində Türkiyənin ünvanına təhdidlərlə dolu fikirlərini qeyd edib.Yunan ali rütbəlisi hətta xəbərdarlıq etməyi də unutmayıb və yazıb ki, onlar Türkiyədən qorxmurlar və Ankara Egey və Aralıq dənizlərində irəli sürdüyü tələblərindən əl çəkməlidir və s.
Yunanıstan hərbi xərclərinə görə hətta ABŞ-ı da üstələyib
Lakin bu da son deyil. Tamouridis bir az da irəliyə gedərək iddia edib ki, İstasmbuldakı tarixi Müqəddəs Sofiya məbədində zənglər vurulacaq. O, tarixi məkanın məscid kimi fəaliyyətinə qarşı olduğunu açıq-aşkar və dözümsüzlük münasibəti ilə nümayiş etdirib. Bu davranış isə açıq-aşkar Türkiyənin ərazi bütövlüyünə qarşı dil uzatmaq, iddia etmək anlamını daşıyır. Ancaq fakt budur ki, yunan general-leytenantının bənzər tərzi əslində onun fikirlərinin təhdid deyil, qorxaqlıq olduğunu sübuta yetirir.Başqa yandan, Yunanıstanın Türkiyə qarşılığındakı qorxusu bu ölkənin müdafiə xərclərini artırlamağa məcbur edir. Əbəs deyil ki, artıq Yunanıstan hərbi xərclərinə görə hətta ABŞ-ı da üstələyib və digər NATO ölkələrindən fərqli olaraq həmin sahədə önə çıxıb.
ABŞ, Fransa və s. kimi ölkələri Afinaya müəyyən yarıdmlarını göstərsələr də Türkiyə faktoru keçilməz səddə çevrilib
Amma bütün bunlara rəğmən, Yunanıstan hərbi xərclərini atrırsa belə yenə də hərbi güc və imkanlar baxımından Türkiyənin potensialından kifayət qədər geri qalır. Bu gün NATO-nun yunanların maraqlarından çıxış edən ABŞ, Fransa və s. kimi ölkələri Afinaya müəyyən yarıdmlarını göstərsələr də Türkiyə faktoru keçilməz səddə çevrilib.
Ankaranın səbri tükınməz deyil, bu Afinanın zərərinə işləyə bilər
Vəziyyətin gərginləşəcəyi halda isə Afina Ankaranın sərt davranışları qarşısında aciz qalacaq. Çünki Türkiyə NATO ölkəsidir və bu alyansın aparıcı lokomotivlərindən hesab olunur. İki ölkə arasında hərbi münaqişə baş verəcəyi halda (hansı ki, bu mümkünsüz görünür-R.R.) digər alyans üzvlərinin bu münaqişəyə qatılmaları ehtimalı demək olar ki, yoxdur. Təbii ki, Afina bunu da çox gözəl anlayır və bu gün hədə dili ilə çıxış etməsi isə sadəcə görüntü xarakteri daşıyır. Nəzərə alsaq ki, Ankaranın da səbri tükənməz deyil belə olan vəziyyətdə, yəni yunan tərəfinin sözügedən davranışlarının səngimədiyi halda situasiya Afinanın zərərinə işləyə bilər.
Rövşən RƏSULOV

Digər xəbərlər