Frensis Fukuyama: “Həm Rusiyanın, həm də Ukraynanın verdikləri böyük itkiləri hazırkı məqamda kompromis şəraitini qeyri-mümkün edir”
Stenford universitetinin amerikalı professoru, filosof, politoloq və siyasi iqtisadçı, verdiyi proqnozlarının əksər çoxluğu doğru çıxan Frensis Fukuyamanın American Purpose jurnalında Rusiya-Ukrayna müharibəsi və onun hansı nəticələrlə başa çatacağı haqqında “Rusiya: məğlubiyyətə hazırlıq” sərlöhvləli məqaləsi çıxıb. SİA xəbər verir ki, məqalədə 12 bənd ayrılıb və professorun proqnozuna görə, məhz həmin bəndlər Rusiya-Ukrayna müharibəsinin nəticələri olacaq. Həmin bəndləri təqdim edirik:1. Rusiya Ukraynada tam məğlubiyyətə doğru hərəkət edir. Rusiyanın planları qeyri-kompetent olub və ukraynalılarının Rusiyayaya tərəf meyllənməyə köklənmələri və Rusiyanın hərbi müdaxiləsi başlayan kimi onların ordularının qaçacağı ehtimalları səhv nəticəyə əsaslanıb. Göründüyü kimi, Rusiya əsgərləri əlavə hərbi ləvazimatlar və qidalar payları yerinə Kiyevdəki qələbə paradında iştirak etmələri üçün özləri ilə hərbi parad formaları aparıblar. Hazıırkı məqama qədər Putin bu əməliyyata öz silahlı qüvvələrinin böyük hissəsini göndərib – onun döyüşə göndərməsi üçün daha əhəmiyyətli rezerv gücləri qalmayıb. Rusiya ordusu üzləşdikləri nəhəng problemləri ilə müxtəlif Ukrayna şəhərlərində ilişib-qalıblar və onlar təchizat problemləri ilə yanaşı, ukraynalıların fasiləsiz hücumları ilə qarşılaşırlar.2. Rusiyanın hərbi məğlubiyyəti ani və faciəvi olacaq. Bu məğlubiyyət müharibə nəticəsində əldən düşmə və aramlı son olmayacaq. Səhra şəraitindəki ordunu təchiz etmək, vəziyyətdən çıxarmaq mümkün olmadığı kimi, onun döyüş ruhu da buxarlanacaq. Ən uzağı isə bu, ölkənin şimalı üçün daha gerçək görünür, cənubda isə vəziyyət bir az yaxşıdır, ancaq şimal çökərsə, onlar da öz mövqelərini saxlaya bilməyəcəklər.
3. Müharibənin diplomatik şəraitdə başa çatması artıq mümkün deyil. Həm Rusiyanın, həm də Ukraynanın verdikləri böyük itkiləri hazırkı məqamda kompromis şəraitini qeyri-mümkün edir.
4. BMT-nin Təhlükəsizlik Şurası növbəti dəfə özünün əhəmiyyətsizliyini sübuta yetirdi. BMT-dəki yeganə səmərəli məsələ Baş assambleyadakı səsvermə oldu ki, bu da “pis oğlanların” ifşa olunmasına kömək etdi.
5. Bayden administrasiyasının uçuşsuz zona elan etməsi və Polşa MiQ-lərinin göndərilməsinə yardım etməməsi ilə qəbul etdiyi qərarları doğru idi. O, qaynar vaxtı soyuq başını saxlamağı bacardı. Daha yaxşı olardı ki, ukraynalılar Rusiyanı öz gücləri ilə məğlub etsinlər ki, Moskva öz məğlubiyyətinin səbəblərini NATO-nun hücumu ilə əlaqələndirməsin və növbəti eskalasiyalara da yol açılmasın. Polşa MiQ-ləri isə çətin ki, Ukraynanın imkanlarına nə isə əlavə edə bilsin. MiQ-lərin yerinə “Javelinlərin”, “Stingerlərin”, “Bayraktarların”, tibb ləvazimatlarının, rabitə avadanlıqlarının və kəşfiyyat mübadilələrinin çatdırılması daha əhəmiyyətlidir. Mən təklif edirəm ki, Ukrayna gücləri artıq NATO-nun bütün kəşfiyyat imkanlarına malikldir.
6. Ukraynanın ödədiyi qiymət əlbəttə ki, nəhəngdir. Ən böyük zərəri raketlər və artilleriyalar vururlar ki, onlara qarşı nə MiQ-lər, nə uçuşsuz zonalar heç nə edə bilmirlər. Bu qırğının qarşısını ala biləcək yeganə şey rus ordusunu quruda məğlub etməkdir.
7. Putin öz ordusunun məğlubiyyətini yaşaya bilməyəcək. O, ona görə dəstək alır ki, onu hakim avtokrat hesab edirlər. Bəs gücsüzlük kompetentsizliyində o daha nə təklif edə bilər?
8. Müdaxilə artıq bütü dünyanın populistlərinə nəhəng zərbə vurub, hansı ki, onlar hücuma qədər birağızdan Putinə dəstəklərini göstərirdilər. Onların arasında İtaliyadan Matteo Sallvini, Braziliyadan Jair Bolsonaru, Fransadan Erik Zemmur və Marin Le Pen, Macarıstandan Viktor Orban və əlbəttə ki, ABŞ-dan Donald Tramp var idi. Müharibə siyasəti onların avtoritarlığa meylliliklərini açığa çıxarmış oldu.
9. Rusiya-Ukrayna müharibəsi Çin üçün yaxşı dərs ola bilərdi. Rusiya kimi Çin də son onilliklərdə belə görünürdü ki, yüksək texnologiyalı silahlı qüvvələr yaradıb, ancaq onlarda hərbi təcrübə yoxdur. Rusiyanın Hərbi Hava Qüvvələrinin uğurusz işlərini çətin hava əməliyyatlarının idarə olunmasında təcrübəsi olmayan xalq-azadlıq ordusunun da təkrarlayacağı görünür. Ümid etmək olar ki, Çin Tayvanı ilhaq etmək qərarını verərkən Rusiya kimi öz gücünü səhv qiymətləndirməyəcək.10. Ümid edəcəyik ki, Tayvan müharibəyə hazırlaşmaq vacibliyini dərk edib, necə ki, bunu ukraynalılar əvvəlcədən bildilər və hərbi xidmətə çağırışlarını təşkil etdilər. Adanın məğlub olmasına vaxtından əvvəl hazırlaşmağa isə ehtiyac yoxdur.
11. Türkiyə dronları besteller olacaqlar.
12. Rusiyanın məğlubiyyəti “yeni azadlığın doğulmasını” mümkün edəcək və “qlobal demokratiyanın enişi” ilə bağlı narahatlıqara son qoyacaq. 1989-cu ilin ruhu qəhrəman ukraynalıların sayəsində yenidən yaranacaq.
Rövşən RƏSULOV