PDF Oxu

Araşdırma

  • 3 922

Azərbaycanın növbəti uğuru - Fərrux Zəfəri - TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

Dünya praktikası diplomatiyanı dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti, xarici siyasətin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin hüquq və maraqlarının xaricdə müdafiə olunması kimi səciyyələndirir. Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. İngilis diplomatı E.Satou diplomatiyanı “müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağılın tətbiq edilməsi” kimi təqdim edir. Diplomatiyanın əsas predmeti, subyekti və obyekti dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Fərəhli haldır ki, bu gün Azərbaycan belə bir dövlət kimi tanınır. Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri də məhz 44 günlük zəfər yürüşü nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyulması oldu. Xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun gücü ilə başa çatdı. Şuşanın, Laçının, Kəlbəcərin ən uca zirvələrinə Azərbaycan bayrağı sancıldı. Beləcə, Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ulu öndər Heydər Əliyevin arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

FƏRRUX ZƏFƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN NƏYİ, NƏ VAXT, NECƏ ETMƏK LAZIM OLDUĞUNUN GÖSTƏRİCİSİDİR

Bu günlərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, deyilənlər həqiqətə uyğun deyildir: "Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”.

O da bildirilib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb: “Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".

Həmçinin, o da vurğulanır ki, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər: “Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir. Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir”.

“AZƏRBAYCAN ƏRAZİSİNDƏ “DAĞLIQ QARABAĞ” ADLI İNZİBATİ ƏRAZİ VAHİDİ YOXDUR VƏ OLMAYACAQ”

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında, görüşlərində biildirib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və olmayacaq. Prezident İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur". Bəli, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında bildirib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Və bu günə kimi, yəni Azərbaycan Prezidenti İlham Əliyev 18 illik prezidentliyi dövründə nəyi necə və nə vaxt etməyi bilir... Məhz dövlət başçımızın diplomatik siyasəti nəticəsində Azərbaycan torpaqlarının separatçı ünsürlərdən təmizlənməkdədir. Bu gün artıq üçrəngli bayrağımız Fərrux kəndində dalğalanır. Artıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz zəfər tarixini yazmaqda davam edir.

Fərrux Zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu dəqiq bilir, məsələlər səbr və təmkinlə həllini tapır. Bu gün Fərrux kəndi ətrafında səngər qazan silahlılar kimi digərləri də bilməlidir ki, Güclü Azərbaycan Ordusu vəziyyəti nəzarətdə saxlayır, istənilən qanunsuz hərəkətin qarşısını almağa qadirdir və həmişə də o işğalçı ünsürlər qazdıqları "quyuya" özləri düşürlər.Onu da vurğulamaq lazımdır ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi qanunsuz erməni birləşmələrinin ərazilərimizdən çıxarılmasını tələb edir. Rusiya sülhməramlılarının bölgədə yerləşməsi ilə bu qanunsuz birləşmələrin neytrallaşdırılması paralel baş verməli idi. Təəssüf ki, erməni separatçılarının qanunsuz əməllərinə göz yuman sülhməramlı qüvvələr Fərrux kəndi yaxınlığında mövqe bərkitmə əməllərinə, sadəcə, müşahidəçi qismində qalırdılar. Bu cür addımlar Azərbaycan və Rusiya arasında bu il 22 fevralda imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə də zidd hərəkətlərdir. Heç kimin şübhəsi olmasın ki, bütün qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq. Cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir.

Fərrux kəndi artıq bizdədir. Bu, o deməkdir ki, digər ərazilərdən də qanunsuz erməni silahlı birləşmələri çıxarılacaq.Ermənilər bunu nə qədər tez anlasalar, onlar üçün o qədər yaxşı olar və onu da bilməlidirlər ki, qüdrətli Azərbaycan ordusu qarşısında duran hər bir tapşırığı yerinə yetirməyə hazırdır. Əgər qanunsuz erməni silahlı birləşmələri 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycan ərazilərindən çıxarılmayacaqlarsa, bu işi Azərbaycan ordusu görəcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər