Yaxud, toplananların yeri dəyişilsə də, cəm dəyişmir
Avqustun əvvəlində Qarabağda yaşanan eskalasiya və Bakı tərəfindən irəli sürülən sonuncu xəbərdarlıqlar, daha dəqiq desək, ultimatum faktı nəticə etibarı ilə Ermənistan-Azərbaycan gündəmində dinamiklik yaratdı. Artıq bir sıra nəticələr əldə olunub:
-Avqustun 25-də yeni Laçın yolunun istifadəyə verilməsinə bir neçə gün qaldı;
- Azərbaycan Prezidentinin Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması və Zəngəzur dəhlizinin açılması istiqamətində daha dəqiq razılaşmaların əldə olunması;
- Ermənistanın təhlükəsizlik şurasının sədrinin sülh danışıqlarında “status” mövzusundan imtina etməsi;
- Azərbaycan və Ermənistan liderlərinin şəxsi nümayəndələrinin Brüssel görüşü;
- Avqustun sonunda Moskvada üçtərəfli görüşün keçirilməsi haqqında informasiyanın yayılması. Belə ki, Rusiya XİN yüksək səviyyəli görüşün keçiriləcəyini bəyan edib, Ermənistan və Azərbaycan KİV-ləri isə liderlərin görüşlərinin həm Moskvada, həm də Brüsseldə keçiriləcəyini yazırlar.
Və belə bir sual yaranır: burada və indi həll ediləcək məsələlər hansılardır?
Məhz bu sual əsaslıq təşkil edir, belə ki, üçtərəfli bəyanatın imzalanmasından 2 ilə yaxın müddət keçsə də, bir sıra mühüm öhdəliklər (Ermənistan tərəfindən) yerinə yetirilməmiş qalıb. Bu baxımdan, görüş(lər) bilavasitə Bakının diktəsi altında keçiriləcək və ən əsası, digər məsələrlə yanaşı, başda Zəngəzur dəhlizinin istifadəyə verilməsi tələbi dayanacaq. Dəhlizin maneəsiz keçilməsinin müəyyən edilməsi isə Laçın dəhlizinə giriş-çıxış rejiminin necə olması ilə dəqiqləşdiriləcək. Təbii ki, ən mühümü Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasıdır!Lakin daha bir maraqlı məqam görüşlərin harada keçirilməsi yeridir. Moskva üçün vacib olan üçtərəfli bəyanatda qeyd edilən blokadadan çıxma tələbinin yerinə yetirilməsidir. Üstəlik, Rusiya hökumətlərarası komissiyanın təkibində yer alır.
Bakı və İrəvan danışıqlar məkanını differensiyalaşdırmırlar
Əlavə və əsas məqam əlbəttə ki, Qarabağda qalmış qanunsuz erməni silahlılarının çıxarılmasıdır. Azərbaycan məhz bu ayın əvvəlində sübut etdi ki, onun üçün bir nömrəli məsələ budur..! Təbii ki, Ermənistanın da qarşısında bir nömrəli məsələ dayanır – Bakıda saxlanılan diversantların geriyə qaytarılması. Bu kimi məsələ isə üçtərəfli bəyanat əsasında aparılan danışıqlar atmosferinə öz neqativ təsirini göstərir.Brüssel üçün sülh razılaşması vacibdir, hansı ki, bu amil üçtərəfli bəyanat öhdəliyində məsuliyyət kimi qoyulmayıb. Daha dəqiq desək, bu mövzuda həm Rusiya, həm də Avropa İttifaqı intentik mövqeyə malikdirlər. Ona görə də Brüssel görüşü məhz bu kontekstdə əhəmiyyət daşıyır.Onu da qeyd etmək yerinə düşərdi ki, Bakı və İrəvan danışıqlar məkanını differensiyalaşdırmırlar. Hər iki tərəf üçün danışıqlar məkanı əlverişlidir və bu da doğru seçimdir. Belə ki, bu cür mürəkkəb prosesdə hər bir vasitəçi üçün ayrı-ayrılıqda monopoliyalaşdırılmış sahələrin, mövzuların yaradılması prosesin irəliləməsinə imkan verə bilməz. Misal üçün, Rusiya 2021-ci ilin ortalarında vasitəçilik missiyasını unutmuşdu, Avropa İttifaqı isə 2022-ci ildə ciddi səhvə yol verməsi ilə “status” haqqında ciddi nöqsana yol verdi və bu kimi monopoliya cəhdləri hər iki tərəfə zərərlidir.
Bu məsələlərin harada, hansı vasitəçilərin dəstəyi ilə həll olunacağı isə mühüm olsa da prinsipial deyil
Beləliklə, bizi dinamik proseslər gözləyir və bu proseslər sülh gündəmini aktuallaşdırır. Artıq Ermənistan da analamalıdr ki, təxribatlara yol verməklə o heç nəyə nail ola bilməyəcək. Azərbaycan üçün isə dinamikanı saxlayaraq qarşıda dayanan məsələləri həll etmək missiyası dayanmaqdadır - Qarabağın demilitarizasiyası, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və yeni Laçın yolunun, həmçinin dəhlizinin hansı istiqamətdə təqdim edilməsi. Bu məsələlərin harada, hansı vasitəçilərin dəstəyi ilə həll olunacağı isə mühüm olsa da prinsipial deyil. İstər Brüssel olsun, istərsə də Moskva – necə deyərlər, toplananların yerləri dəyişilsə də, cəm dəyişmir. Yəni prinsipial olan üçtərəfli bəyanatda əks edilən bəndlərin icrasıdır.
Rövşən RƏSULOV