Rəsmi Bakı Ermənistan tərəfinə mesajlar verməkdə davam edir və bu mesajlar heç şübhəsiz ki, erməni cəmiyyətinin diqqətindən yayınan deyil. Təbii ki, Ermənistan tərəfi bu mesajlardan nəticə çıxarmaq məcburiyyətindədir. Əks halda, arzuolunmaz hallarla qarşılaşacaqları dəfələrlə öz təsdiqini tapıb və bu baxımdan da verilən mesajlar diqqətlə izlənilir. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələrinin yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirməsi də Ermənistan tərəfinə verilən mesajlarla diqqəti cəlb edib.Sərsəng su anbarında texniki monitorinqin aparılmasında məqsəd, ilk növbədə, su bölgüsünün aparılması və həmin su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası olduğu bəllidir. Cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi, eləcə də gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq da ön planda durur. Təsadüfi deyil ki, belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq keçirilməsi və bunun gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən, 1976-cı ildə şəxsən Ümummilli Liderin iştirakı ilə açılışı olan Sərsəng su anbarının mühüm starteji əhəmiyyətə malik olduğu heç kim üçün sirr deyil. Su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Azərbaycanın ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində salınan bu su anbarı vasitəsi ilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarının sahələri olmaqla, 96000 hektar ərazi suvarılır. İstər şirin su ehtiyatları, istərsə də kənd təsərrüfatında suvarma məqsədi daşıyan mühüm strateji obyekt olan Sərsəng su anbarının nə qədər böyk əhəmiyyətə malik olduğu hər kəsə bəllidir. Sözügedən su anbarının daha bir əhəmiyyəti də onun bəndində tikilən və ümumi gücü 50 mvt olan su elektrik stansiyasının olmasıdır ki, bu da regionların enerji təminatında mühüm əhəmiyyətə malikdir.Heç şübhəsiz ki, Sərsəng su anbarında bölgünün aparılması da maraq doğuran məqamdır və hər kəsi düşündürür. Niyə Sərsəng su anbarında bölgü aparıldı, deyə hər kəs düşünə bilər. Təbii ki, bu bölgünün məqsədli şəkildə edildiyi təkzib edilə bilməz və bu baxımdan, Sərsəngdə bölgünün aparılması maraq doğuran, düşündürən məqamdır. Özü də bu anbarın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olması da müəyyən məqamlara aydınlıq gətirir. Bu əraziyə, yəni rus sülhməramlılarının müvvəqəti yerləşdiyi əraziyə baxış keçirilməsi, eləcə də su bölgüsünün aparılmasına dair müzakirələr həmin strateji obyekdən imtina edilməyəciyi anlamına gəlir ki, ən böyük mesaj məhz budur. Bu, həm də rəsmi Bakının mövqeyinin ciddi olduğunu bir daha təsdiq edir.Sərsəng su anbarında bölgünün aparılmasına gəlincə isə bu məsələ daha diqqətə layiqdir. Bölgü aparılması ilk öncə problemlərin həllində təkcə gücdən istifadə etmək istəmədiyi mesajıdır. Doğrudur, bir qədər əvvəl “Qisas” əməliyyatı aparan Azərbaycan, hərbi əməliyyatlardan qarşı tərəfi mənfur əməllərindən çəkindirmək üçün istifadə edib. Bu əməliyyat həm qətiyyətin nümayişi kimi tam yerində idi, amma indi bölgünün aparılması ölkəmizin heç də hər zaman gücdən istifadə etmədən məqsədlərinə nail olacağı əzminin təzahürüdür. Həmçinin, Azərbaycan tərəfi, rəsmi Bakı su anbarında bölgünün aparılması ilə problemlərin həllində kostruktiv mövqe tutduğunu bir daha təsdiq etdi.Sərsəng su anbarına baxış keçirilməsi, bölgünün aparılması bir sıra məqamlar üçün olduqca əhəmiyyətli hesab olunur və burada diqqət çəkən bir məsələ də olduqca önəmlidir. Bilirik ki, ermənilər sülhməramlılardan daim istifadə etmək niyyətindədirlər və xüsusən, sülhməramlılarla Azərbaycan tərəfinin toqquşmasına, fikir ayrılığına səbəb olacaq hadisələrin olması üçün əldən-ayaqdan gedirlər. Məqsəd də bəllidir və burada əsas məqsəd ondan ibarətdir ki, sülhməramlıların timsalında Rusiya ilə Azərbaycan arasında münasibətləri pisləşdirmək, gərginlik yaratmaq və bundan öz çirkin niyyətləri üçün istifadə etməkdir. Çünki ermənilər Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasından heç də rahat deyillər, əksinə, narahatdırlar. Bu isə o deməkdir ki, münasibətlərin körlanması, iki ölkənin bir-birinə qarşı qoyulması İrəvanın maraq dairəsindədir. Elə bu mənada da su anbarına baxışın keçirilməsi, bölgünün aparılması çox yerində atılan addım oldu. Yəni, Bakı ilə Moskva arasında münasibətləri gərginləşdirməyə çalışan ermənilərə mesaj verildi ki, onların planlarından, məqsədlərindən biz xabərdarıq və Rusiyanın sülhməramlıları ilə konflikt niyyətimiz də yoxdur. Biz sülhməramlıların yerləşdiyi ərazilərdə qanuni hüquqlarımızı, qanuni şəkildə tələb edir və buna nail oluruq, mesajı ermənilərə vaxtında ünvanlandı. Həmçinin bildirildi ki, heç zaman rus sülhməramlıları ilə qarşıdurma olmayacaq və bunu sülhməramlıların prosesə mane olmadığı təsdiq etdi. Təsdiq etdi ki, sülhməramlılar da Azərbaycanın haqlı olduğu qənaətindədir və ölkəmizin bütün prosesləri qanun müstəvisində həll etdiyini hər kəs görür. Bir sözlə, ermənilərə bu dəfə də anladıldı ki, sülhməramlı məsələsi də haqq işinə mane ola bilməz və Azərbaycan öz haqlarını sivil qaydada, konstruktiv şəkildə tələb edərkən nəyə isə ümid etməklərinə dəyməz. Məhz rus sülhməramlılarının yanaşması, ümimiyyətlə, mövcud vəziyyət hər şeyin bizim lehimizə olduğunu göstərir.Ermənistan tərəfinə dəfələrlə xatırladılıb ki, Azərbaycan qanunlarını qəbul edən hər bir erməni əsilli Qarabağ ərazisində qalıb, yaşaya bilər və bu barədə ölkə rəhbəri də dəfələrlə bildirib. Bildirilib ki, ərazilərimizdə məskunlaşan ermənilər digər Azərbaycan vətəndaşları kimi dövlətimizin qanunlarına tabe olmalıdır və bu halda onların təhlükəsizliyi təmin olunacaq, əks halda qanun qarşısında sivil şəkildə cavab verməli olacaqlar. Məhz Sərsəng su anbarına baxış keçirilməsi, orada bölgünün aparılması da təsdiq edir ki, ölkəmizin, dövlətimizin məqsədi erməni əsilliləri ərazilərimizdən qovmaq deyil, hansıki ermənilər bu barədə bütün dünyaya car çəkməyə, iftira atmağa çalışır. İndi belə bir addımın atılması, Sərsəng su anbarına baxış keçirilməsi, bölgü aparılması ermənilərin mənfur, çirkin siyasətinin də qarşısının alınması üçün əvəzsizdir. Ermənilərin özləri soyqırımlara imza atdıqları halda, bundan sonra Azərbaycana bu barədə iftira atmaq kimi bir imkanları qalmır və məhz sözügedən su anbarına baxış bu mənada çox əhəmiyyətlidir.Ümumiyyətlə, Sərsən su anbarına baxışla, orada bölgünün aparılması ilə çox ciddi mesajlar verildi. Ermənistan tərəfinə rəsmi Bakı çox kəskin mesajlar vermiş oldu və hətta ermənilərin bir sıra niyyətlərinin qarşısı alındı. Ölkəmiz öz mövqelərində dəyişməz olduğunu bir daha bəyan etdi. Həmçinin, mövcud şəraitinin bizim xeyrimizə olduğu da bir daha xatırladıldı. Bununla diqqətə çatdırıldı ki, Azərbaycan həm qətiyyətlidir, həm güc tətbiq etmək əzmindədir, həm də konstruktiv mövqeyi var və sülh yolu ilə məsələlərə aydınlıq gətirilməsinin tərəfdarıdır. Bir sözlə, Sərsəng su anbarına baxışla, bölgü aparılması ilə çoxsaylı mesajlar verildi və bu baxımdan da, onun əhəmiyyəti olduqca böyükdür.
Müəllif: İnam Hacıyev