Məhz düşmənin altına yıxılmaqla, özlərini düşmənə satmaqla siyasi fahişəlik prinsiplərini bayraq edən bu kimi mənfurlar indi də Azərbaycan bayrağını Avropa Liqasının qrup mərhələsində qaldıracaq Qarabağ futbol klubunun qarşıdan gələn oyununa tərəf kirli, murdar kapmaniyaya start veriblər
Məlum olduğu kimi, Ağdam təmsilçisi və Azərbaycan futbolunun qüruru – Qarabağ futbol klubu yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. Komanda ilk oyununu Fransanın Nant klubu ilə keçirəcək. Bəri başdan dünyaya səs salan Qarabağımıza uğurlar və sarsılmaz qələbə ruhu arzu edirik.Lakin məsələ yalnız bunda deyil. Məlum olduğu kimi, milli klubumuz zaman-zaman bir sıra Avropa ölkələrində - xüsusilə, anti-Türkiyə və anti-Azərbaycan xarakterli lobbi təşkilatlarının çoxluq təşkil etdikləri ölkələrin klubları ilə görüşlərində arzuolunmaz hallarla qarşı-qarşıya qalıb. Misal üçün, Belçika, Fransa kimi ölkələrdə keçirdiyi qarşılaşmalarda açıq ermənipərəstlik mövqeyi göstərən ayrı-ayrı fanat qrupları, habelə onlara maliyyə buraxan erməni təşkilatları istər ərazi bütövlüyümüzə, istərsə də dövlətimizə və bayrağımıza qarşı həyasızcasına dil uzadıblar.
Məhz Qarabağ klubu, habelə Azərbaycan azarkeşləri, həmçinin digər ölkələrdəki qarabağsevər fanklubları öz əzmkar mübarizələri, qələbələri ilə lazımi cavablarını veriblər!
Lakin söz yox ki, bütün bu kimi faşizm qığılcımlarına yerinə, artıqlaması ilə cavablar verilib, bundan sonra da veriləcək. Eyni zamanda, idmanın siyasiləşdirilməsi faktı da göz önündə olub və əlbəttə ki, bənzər ürəkbulandırıcılıqlara məhz Qarabağ klubu, habelə Azərbaycan azarkeşləri, həmçinin digər ölkələrdəki qarabağsevər fanklubları öz əzmkar mübarizələri, qələbələri ilə lazımi cavablarını veriblər.Ancaq ən təəssüfedici və hiddət yaradan məqamlardan biri də mövcuddur! Onlar, Avropa ölkələrində “siyasi mühacir” adı altında oturma izni alıb Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik edən xainlər və satqınlar yığnağıdır. Söyüş və təhqirlərlə, ləyaqətə və şərəfə zidd olan davranışları ilə sözdə blogerlik edən, əslində isə aşkar düşmən çörəyi ilə bəslənən belələri əllərinə düşən hər imkandan maksimum yararlanaraq növbəti qazanc mənbəyi əldə etməkdən belə çəkinmirlər. Bu haqda yüzlərlə yazı və məqalələrlə çıxışlar edilib, faktlar, dəlillər artıqlaması ilə ortaya qoyulub.Bəli, məhz düşmənin altına yıxılmaqla, özlərini düşmənə satmaqla siyasi fahişəlik prinsiplərini bayraq edən bu kimi mənfurlar indi də Azərbaycan bayrağını Avropa Liqasının qrup mərhələsində qaldıracaq Qarabağ futbol klubunun qarşıdan gələn oyununa tərəf kirli, murdar kapmaniyaya start veriblər.
Məhəmməd Mirzəli adlı şərəf hissindən uzaq ünsür dərhal erməni baronlarının sifarişlərindən bəhrələnərək anti-kampaniyaya start verib
Yuxarıda da qeyd edildiyi kimi, Qarabağ klubu Fransanın Nant klubu ilə qarşılaşacaq və məhz bu məlumat üzə çıxandan sonra adıçəkilən şəhərdə yaşayan və düşmən çörəyi ilə bəslənən Məhəmməd Mirzəli adlı şərəf hissindən uzaq ünsür dərhal erməni baronlarının sifarişlərindən bəhrələnərək anti-kampaniyaya start verib. Vaxtilə Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı terrorçuluq siyasətinə milyonlarla sərmayə buraxan erməni lobbisi də həmin andan istifadə etməklə Məhəmməd Mirzəlini siyasi fahişə olaraq necə deyərlər, satın alıb!Əbəs deyil ki, Məhəmməd Mirzəli sosial şəbəkələrə çıxaraq Azərbaycan dövlətini “terrorçu” adlandırır, üstəlik bir müddət əvvəl özü kimilər tərəfindən xuliqanlıq hücumuna məruz qaldığı vaxtının (bıçaqlanaraq döyülməsi) fotosunu paylaşaraq bütün bunları hakimiyyətin üzərinə atmağa cəhd edir. Söz yox ki, ən kiçik detalı, yaxud məişət hadisəsini belə özləri üçün “qarşı tərəfə güclü təzyiq vasitəsi” hesab edən belə siyasi fahişələr bir daha daxillərindəki və zahirlərindəki ucuzluqlarını, satın alınmağa hazır olduqlarını sərgiləyirlər - istənilən cinahların altlarına yıxılmaları ilə siyasi eyş-işrət yaşamağa olan hədsiz meyllərini nümayiş etdirməklə, yekunda isə öz qiymətlərini qaldırmaqla məşğuldurlar!
Düşmən saytları və sosial şəbəkələri bu mənfur ünsürün şivənçiliklərini bəh-bəhlə paylaşırlar
Elə də uzağa getməyərək, erməni sosial şəbəkə və saytlarının Məhəmməd Mirzəlinin şivənçiliklərini necə bəh-bəhlə paylaşmalarını bir daha nəzərdən keçirək. Nəzərdən keçirək və bir daha əmin olaq ki, bu kimi siyasi fahişələrin əslində Azərbaycandan kənarda yaşamaları bir tərəfdən də yaxşı bir haldır.Çünki onların murdar, idbar, iyrənc və xain nəfəsləri burada, ölkəmizdə, Azərbaycanda olan sağlam cəmiyyəti zəhərləmir. Nə zamansa ya Məhəmməd Mirzəli olsun, ya da onun kimi digərləri – onların hər biri mütləq, amma mütləq öz əməllərinə görə cavab verməli olacaqlar. Hələlik isə qoy düşmən çörəyi yeməklə məşğul olsunlar. Zaman gələcək, yedikləri həmin haram tikələri Bakı əhli demişkən, “piltə-piltə” burunlarından qaytaracaqlar. Əmin olsunlar!
Rövşən RƏSULOV